Varikoz üçün mazlar

Varikozun evdə müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
12677
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Varikoz üçün mazlar damar genişlənməsinin müalicəsində geniş istifadə olunan vasitələrdəndir. Belə məlhəmlərin üstünlüyü ilk növbədə onların tərkibi və effektivliyi ilə bağlıdır. Onlar zədə nahiyəsinə dərindən təsir edir. Damar üçün mazlar, adətən, su əsasında hazırlanmır. Bu da onların qatılığının daha da yüksək olmasına gətirib çıxarır.

Müasir dövrdə apteklərdə varikoz əleyhinə təsir edən külli miqdarda dərman seçimi ilə qarşılaşırıq. Onların bir qismi venaların divarını möhkəmləndirir, digərləri iltihab və ağrını azaldır, başqa bir qrup isə trombların formalaşmasının qarşısını alır. Ona görə də özbaşına ayaq ağrısı üçün maz seçməyin, mütləq damar həkimi ilə məsləhətləşib, ona uyğun addım atın. Çünki yalnız fleboloq məhz Sizə fayda verən vasitəni təyin edə bilər.

Varikoz üçün mazlar ayaqlarda şişkinlik, ağrı, ayaqlarda damar çıxması, damar partlaması, qıcıqlanma, qaşınmanı götürür, dərini yumşaldır və bərpa edir.

varikoz üçün krem şəkil

Varikoz üçün mazlar – 10 ən yaxşı preparat

10. İxtiol mazı – yara, xora və infeksiyalaşma kimi varikozun fəsadları zamanı istifadə olunur. Ən yaxşı antiseptik vasitə hesab olunur. Dərman ayaqlarda ödem, ağrı və qaşınmanı aradan qaldırır.

9. İndometasin – varikozdan qısa zamanda qurtulmaq məqsədilə tətbiq olunur. Varikoz üçün gel ağrıkəsici, iltihab əleyhinə təsir edir, tromb əmələgəlmənin qarşısını alır.

8. Heparin mazı – qiymət baxımından ən münasib varikoz kremi sayılır. Heparin qan və limfa dövranını yaxşılaşdırır, ödemi, ağrını və iltihabı götürür. I və II mərhələdə olan damar genişlənmələrindəfaydalıdır.

7. Flusinar – varikoz üçün mazlar arasında bu kremə istisna hallarda, xəstəliyin ağır gedişli formalarında müraciət  olunur. Səbəb isə hormon tərkibli olmasıdır. Güclü preparat olduğundan yalnız həkim məsləhəti ilə istifadə edin.

6. Hepatrombin – iltihab əleyhinə, bərpaedici və qan duruldan (antikoaqulyant) mazdır. Onun tərkibində limon, şam ağacı yağı və rozmarin kimi təbii qida əlavələri var. Bu varikoz üçün gel daha çox trofik yaralarda istifadə olunur. Maz mikrobəleyhinə də təsir edir.

5. Troksevazin – venotonik, ödem və iltihab əleyhinə xüsusiyyəylərə malikdir. Əsas təsiredici maddəsi trokserutindir. Preparat varikoz, tromboflebit, varikoz fonunda dermatit və digər ağırlaşmalarda, həmçinin ayaqlarda damar dartılması, əziklər və sınıqlarda istifadə olunur.

4. Flebodia 600 – varikozun başlanğıc mərhələsinin müalicəsi və profilaktikası üçün tövsiyə olunur.

3. Dolobene – iltihab əleyhinə və ağrıkəsici təsirlidir, tromb əmələgəlmənin qarşısını alır. Varikoza qarşı krem zədələnmiş toxumaları bərpa edir.

2. Lioton – varikozun yerli müalicəsi üçün ən çox istifadə olunan kremdir. Onun tərkibindəki heparin başqa preparatlarla müqayisədə maksimal qatılıqdadır. Bu maz qanaxmaya meyilli, 18 yaşdan kiçik, səthi yaraları olan  insanlarda əks-göstərişdir.

1. Venolife – damar üçün mazlar arasında öz təsirinə görə qabaqcıl yerlərdən birini tutur. Preparat kombinəolunmuş – iltihab və ödem əleyhinə təsir göstərir, qanı durulaşdırır, yaraların sağalmasını sürətləndirir.

Sonda onu da vurğulamaq lazımdır ki, varikoz üçün mazlar sadəcə xəstəliyin əlamətlərini: ağrı və şişkinliyi bir qədər yüngülləşdirir. Genişlənmiş damarlar aradan qaldırılmadığından bu simptomlar bir müddətdən sonra yenidən qayıdır. O üzdən müalicə varikoz venalara birbaşa təsir edilməklə (Skleroterapiya və ya Lazer ablasiya) aparılmalıdır.  Ehtiyac yarandıqda yanaşı olaraq, bu tip kremlər təyin edilə bilər.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Salam hamiləlik zamanı ayaqda damarların çıxmasına qarşı hansı maz məsləhətlidir. Qeyd edim ki ayaqda ağrı ,qıcolma kimi əlamətlət yoxdu sadəcə olaraq damarlar üzə çıxıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir