Troksevazin
Troksevazin damar genişlənməsində istifadə olunan ən məşhur preparatlardan biridir. Bu onunla izah olunur ki, Troksevazin mazı qiyməti hamı üçün münasib olan və asan tapılan dərmandır.
Vena problemlərini Troksevazin ilə müalicə etmək mümkündürmü? Mətni sona kimi oxusaz, bu suala dəqiq və ətraflı cavab tapa bilərsiniz. Preparatın təsiredici komponenti trokserutin adlı maddədir. Trokserutin qlikozidlər qrupundan olan bitki mənşəli maddədir. O, ilk dəfə Yapon saforası ağacının qabığından alınmışdır. Preparatın bütün təsirləri məhz bu maddə ilə bağlıdır.
Troksevazin və varikoz
Troxevasin gel və kapsul formasında istehsal olunan angioprotektordur; sadə dildə belə preparatlara damar möhkəmləndiricilər deyirlər. Preparat damarların, xüsusən də kapilyarların divarlarını möhkəmləndirir, onların keçiriciliyini azaldır.
Niyə məhz kapilyarları vurğulayırıq? Çünki bu damarların divarı venalarla müqayisədə xeyli nazikdir. Varikoz zamanı damar ulduzcuqları məhz həmin kapilyar damarların zədələnməsi nəticəsində yaranır.
Damar partlaması və ya keçiriciliyinin yüksəlməsi qanın ətraf toxumalara axmasına səbəb olur, bu da özünü ödem və ayaqda göyərmə kimi büruzə verir. Troksevazin maz isə damarları qoruyur, onların tonusunu artırır. Bununla da ödem əleyhinə təsir göstərir. Varikoz üçün xarakterik göy-bənövşəyi damar torunu bir qədər zəiflədir.
Troksevazin gel haqda danışarkən bir nüansa diqqət çəkmək istərdik. Belə ki, 2000-ci ildə Angiologiya jurnalında çap olunmuş məqalədə göstərilmişdir ki, gelin təsiredici maddəsi olan trokserutin venalarda tonusu artıraraq, böyümə faktorlarının ifrazına səbəb olur. Bu maddələr isə öz növbəsində damar divarlarına leykositlərin yapışmasının qarşısını alır. Beləliklə, preparatın ikinci mühüm təsiri meydana çıxır – nəticədə iltihab azalır.
Bir çox insanları həm də troksevazin mazın qiyməti maraqlandırır: 40 qramlıq 2%-li gel orta hesabla 2,60-3 AZN-dir.
Troksevazin mazı nə üçündür?
Preparat damarların tamlığını qoruyan, iltihab və ödemi aradan qaldıran xüsusiyyətlərə malik olduğundan ondan aşağıdakı xəstəliklər zamanı istifadə etmək mümkündür:
- Damar genişlənməsi;
- Xroniki venoz çatışmazlıq;
- Tromboflebit;
- Varikoz dermatit;
- Trofik yara;
- Babasil;
- Şəkər xəstələrində, aterosklerozlu və arterial təzyiqi yüksək olan insanlarda gözün torlu qişasının zədələnməsi (retinopatiya).
Troksevazin maz formasındadırsa, onu dərinin açıq yaralarına sürtməyin. Allergiyası olan insanlara da Troxevazin məsləhət görülmür.
Hamilə və körpəsini ana südü ilə qidalandıran qadınlar preparatı rahat şəkildə istifadə edə bilər. Çünki dərman hamiləliyin gedişinə, dölə və ya südəmər körpəyə mənfi təsir etmir.
Troksevazin xoşagəlməz hallar yarada bilər?
Bəli, geli istifadə edərkən allergik dəri reaksiyaları – övrə, ekzema, dermatit meydana çıxa bilər. Kapsul isə ürəkbulanma, mədədə yanğı hissi, ishal, baş ağrısı, mədə və bağırsaq yaraları, üzün dərisinə qansızma verə bilər. Daha ciddi ağırlaşmalarla da rastlaşmaq inkar olunmur.