Damar partlaması
İnsanların əksəriyyəti üzdə, bədəndə və ya ayaqlarda damar partlaması problemi ilə tez-tez qarşılaşırlar. Damar partlaması nədir? Əksər insanlarda müşahidə etdiyimiz damar ulduzcuqları kapilyarların genişlənməsinin nəticəsidir. Təəssüf ki, belə ulduzcuqlar təkcə kosmetik defekt hesab olunmur. Onun arxasında orqanizmi ciddi təhlükə ilə üz-üzə qoyan səbəblər durur.
Ayaqlarda meydana çıxan göyümtül ulduzcuqlar bir çox hallarda venoz xəstəliklərdən xəbər verir. Damar partlamasının səbəbi həm də bir sıra somatik xəstəliklər və pozulmalarla bağlı ola bilər.
- Ayaqlarda venoz qanın durğunluğu, xüsusən də varikoz və s.;
- Endokrin və ginekoloji xəstəliklərlə əlaqəli hormonal pozulmalar;
- Hamiləlikdə, abortlardan sonra;
- Xroniki venoz çatışmazlıq;
- Klimaks, uşaqlığın mioması, yumurtalıqların kistaları;
- Ürək-damar sistemi xəstəlikləri;
- Qaraciyərin metabolik proseslərinin pozulmaları;
- Vitamin C çatışmazlığı – damar divarının keçiriciliyinin artması;
- Birləşdirici toxumanın anadangəlmə zəifliyi.
Hamiləlik dövründə belə ulduzcuqların əmələ gəlməsi estrogenin miqdarının artması ilə əlaqələndirilir.
Varikoz xəstəliyində damar partlaması necə yaranır?
Ayaqda damar partlaması kapilyarlarda qan durğunluğu nəticəsində yaranan simptomdur və əksər hallarda bu əlamət damar genişlənməsi ilə əlaqəli olur. Bəzi insanlar düşünürlər ki, varikoz yalnız iri və orta diametrli damarları zədələyir. Bu belə deyil!
Varikoz xəstəliyi kapilyarlarda da yarana bilər. Bu o deməkdir ki, vaxtında müdaxilə olunmadıqda tez bir zamanda ulduzcuqlara varikoz genişlənmənin başqa simptomları da qoşulur.
Belə ki, venoz divarın və onun qapaqlarının elastikliyinin azalması nəticəsində venalar genişlənməyə başlayır. Bu isə həmin damarlarda qan durğunluğuna və təzyiqin artmasına səbəb olur. Kapilyar damar partlaması da məhz elə budur.
Bu mərhələdə xəstəlik düzgün müalicə olunmadıqda proses dərinləşir. Təzyiq müəyyən həddə qədər yüksəldikdə damar divarları daha da genişlənir – qanın maye hissəsi ətraf toxumalarda toplanmağa başlayır. Beləliklə, ayaqda göyərmə, şişkinlik və ağrı, dəridə quruluq, qaşınma baş verir.
Beləliklə, ayaqda kapilyarların partlaması təkcə estetik problem olmayıb, kifayət qədər ciddi səbəblərlə bağlı ola bilər.
Damar partlaması ilə necə mübarizə aparaq?
Bu problemin həlli ilə fleboloq məşğul olur. Xəstənin vəziyyəti ilə tanış olduqdan sonra damarların diametri, qan axınının sürəti və damar divarının vəziyyətini qiymətləndirmək üçün Doppler müayinəsi tətbiq edilir. Digər orqanların xəstəliklərini inkar etmək məqsədilə əlavə müayinələrdən də istifadə oluna bilər.
Ayaqda kapilyarların partlaması dərman preparatları, Skleroterapiya kimi metodlarla aradan qaldırılır.
Qan dövranını normallaşdırmaq üçün xəstələrə Detralex, Troksevazin, Lioton gel, Varikosette, Trokserutin və s. mazlar təyin oluna bilər.
Salam həkim, menim 22 yaşım var bud hisselerimde kapilyar damarların partlaması var tünd qırmızı rəngli soyuq olduqda daha cox bilinir ve yayılır, ginekoloji problemimde var. Nə məsləhət görə bilərsiniz, öncədən təşəkkürlər.
Salam. Nazik kapilyarlar estetik prosedurlarla aradan qaldırılır.
Salam doktor ayağımda öz özüne göyərmələr olur bezen iri olur ağrı vermir toxunanda bezen ise yüngül ağrı olur toxunanda bu neyin elemaeti ola bilər ?qan dururlugundan ola bilər?
Salam. Ayaqda göyərmə varikoz və ya laxtalanma problemi ilə bağlı ola bilər.
Salam hər iki ayaqımda damarlar genişlənib
Göyərmə yoxdur sadəcə damarların əvvəlki vəziyyətindən indi şişməsini görürəm bunun əməliyyat olunmadan hansısa müalicəsi varmı
Təşəkkür edirəm
Salam. Əgər damarlar çox şişkindirsə o zaman əməliyyat olunmalıdır. Yox əgər sadəcə genişlənibsə o zaman prosedur aparıla bilər.
Salam qizin 18yaşi var ayaqlarında nazik qirmizi xeyli kapilyar damarlar var dopler muayine olunub hec bir potologiya yoxdu onu nece mualice etmek olar
Salam. Bu halda estetik prosedurlar aparılır, çünki kapilyarlar adi krem və ya tabletlə aradan qalxmır.
Salam qizin 18yaşi var ayaqlarında xirda qirmizi nazik damarlar var dopler muayineden kecib hec bir potologiya yoxdu ona ne mualice olar
Salam, doktor.Məndə hər iki qolumda, dirsəkdən aşağı hissədə birdən-birə ağrılı göyərmə oldu.Ondan əvvəl isə bərk əsəbləşmişdim. Onunla əlaqədar ola bilərmi?…Diz nahiyəmdə də kiçik göyərmələr var…Əvvəlcədən təşəkkür
Salam. Xeyr, ağrılı göyərmələr sinirlə bağlı deyil.
Tromlaşmış damar patdiya biler? Partdayarsa bunun olmaması ucun ne olunmalı tesekkurler
Salam. Divarı nazikləşsə partdaya bilər.
Salam doktor uzumdə bə ayaglarimda balaca kapilyar damarlar var onlarin qarsisin nece ala bilerem
Salam. Xırda kapilyarlar Skleroterapiya və yaxud Kriolazer üsulu ilə təmizlənilir. Yekun qərar Doppler müayinəsindən sonra verilir.
SALAM HEKİM. Yaş 23
Ayaq Baldır nahiyesinde xırda damar partlaması var. Gözle görunur. Buları aradan galdırmaq olarmı? (Yani yox etmek) Zehmet olmasa cavabalandırardız-Cox sagolun.
Salam. Damar partlaması olduqda mütləq ayaq venalarının Rəngli Doppler müayinəsi aparılmalı, damarın vəziyyətinə baxılmalıdır. Və ona uyğun müalicə təyin edilir.
Salam. Mənim ayağımda kiçik kapilyarlar çox üzdədi. Pəncə hissədə demək oıar lap çoxdu. Bəzən ayaqlarımda ağırlaşma olur. Qan tutulçalar olur ayaq barmaqlarımda. Bunun səbəbi nədir? Mən nə edim?
Salam. Belə hallarda ayaq damarlarının Rəngli doppler müayinəsi aparılmalıdır. Bu üsulla damarların vəziyyətinə baxılmalıdır ki, uyğun müalicə aparılsın.
Salam doktor. qaraciyer ve seker xestesinde ayaq bel hisselerde kapilyar partlamalar yaranib. ne meslehet gorursunuz? burda yazdiqiniz mazlardan vurmaq olar? hansindan? zehmet olmasa cavab yazardiz
Salam. Şəkər xəstələrində damarlarda problemlər olur. Onun üçün doppler müayinəsi etmək lazımdır. Sonra ona uyğun dərman təyin edilir.
Salam mənim sol üzümün bir tərəfində qaralma var göz ətraflarındada o nəylə bağlıdı və onun müalicəsi varmı
Salam. Ona baxmaq lazımdır. Görmədən demək olmur.
Salam hekim menim ayaqlarimda goy lekeler olur
Salam. Doppler müayinəsindən keçməyiniz məsləhətdir.
Salam hekim.Məndə son 1 aydı sol qolumda dirsəkdən yuxarı hissədə göyərmələr olur .Nə ilə bağlı ola bilər?Ayaqlarımda damar ulduzcuqları var .
Salam. Varikoz damarların divarları zəif olduğundan onlar partlamaya meylli olur. Amma göyərmə laxtalanma problemləri ilə də əlaqəli ola bilər. Müayinə olunmağınız məsləhətdir.
Təşəkkürlər cavablandırdığınız üçün
Menim el barmaqlarimda tez -tez goyermeler olur, bu agrili kechir…NE ile elaqedardir?
Salam. Damarda qan axınını yoxlamaq lazımdır. Göyərmə onunla bağlı ola bilər.