Ayaqlarda damar çıxması

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
9911
Müəllif
Paylaşılıb
20 Avqust 2019

Ayaqlarda damar çıxması ifadəsi hamıya tanışdır. Bilirik ki, damarlar bədənimizin hər bir hissəsində yerləşir. Bəs nəyə görə məhz ayaqlarda göyümtül-bənövşəyi rəngli damar toru müşahidə edilir? Bunun səbəbi varikozdur.

Varikoz zamanı ayaqlarda damar çıxması necə yaranır?

Məlumdur ki, arterial damarlar qanı ürəkdən orqanlara çatdırır. Qanı yenidən ürəyə qaytarmaq isə venaların vəzifəsidir. Belə halda qan cazibə qüvvəsinin əksinə, yəni aşağıdan yuxarıya doğru hərəkət etməlidir. Bu məsələdə vena qapaqları və əzələlərin yığılıb-açılması ona kömək edir.

Belə ki, venoz qapaqlar qanın axdığı istiqamətdə açılır, damarda qovulan qan geri qayıtmaq istədikdə isə mexaniki təsir nəticəsində bağlanır. Bəzi insanlarda birləşdirici toxuma zəif olduğundan qapaqlar qanın geri axınının qarşısını almaqda çətinlik çəkir.

Ayaqlarda damar çıxması şəkil

Ümumiyyətlə, istər anadangəlmə, istər sə də sonradan qazanılmış problemlər nəticəsində vena qapaqlarının zəifləməsi qan dövranında pozulmalara gətirib çıxarır – venoz durğunluq yaranır. Bununla əlaqədar damarların diametri böyüyür, yəni onlar “şişkinləşirlər”.

Damarlarda qan durğunluğu yerli qan dövranında təzyiqin artmasına səbəb olur. Təzyiq müəyyən səviyyəyə çatdıqdan sonra isə vena damarlarının divarı artıq ona müqavimət göstərə bilmir, öz formasını itirməyə başlayır. Nəticədə ayaqlarda damar çıxması ilə özünü göstərir.

Bu zaman varikoz venalar burulmuş, əyilmiş şəkildə görünür. Ayaqlarda damar çıxması adətən gözlə görünən dərialtı və səthi venalara məxsusdur.

Ayaqlarda damar çıxması təhlükəlidirmi?

Ayaq damarlarının çıxması hər zaman varikozla bağlı olmur. Əksər insanların fikrincə damar genişlənməsi “ulduzcuqlar” və ya “kapilyar toru” şəklində təzahür edir. Bu fikirdə həqiqət var. Amma bir məqamı nəzərdən qaçırmaq olmaz.

Bəzi insanlar təbiətən açıq rəngli və nazik dərilidirlər. Yəni onların dərialtı piy qatı nazikdir. Bu isə sağlam, iri venaların adi gözlə görünməsinə şərait yaradır.

Ayaqlarda damar çıxması şəkil

Damar ulduzcuqlarını varikoz venalardan fərqləndirmək düşündüyünüz qədər də çətin deyil. Belə ki, varikoz venalar həmişə göyümtül-bənövşəyi rəngdə olur. Ulduzcuqlar isə həm də çəhrayı ola bilər. Bundan başqa, damar ulduzcuqlarına toxunduqda onları barmaqların altında hiss etmək olmur, varikoz damarlar isə əksinə, düyünşəkilli cisim kimi əllənir.

Ayaqlarda damar çıxmasının varikoz mənşəli olub-olmaması damar həkimi tərəfindən təyin edilir. Rəngli Doppler müayinəsi isə varikozun mənbəyini müəyyənləşdirməkdə və müalicə planını qurmaqda fleboloqa kömək edir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
      1. Salam mənim dizimdən aşağıda damarlarım çıxıb 2 ildir ,axır vaxtlar dahada üzə çıxıb yaşıl damar ,sudurğada olur ayağımda ,nədən olar

    1. Salam. Varikoz damar genişlənməsinin yaranma səbəblərindən biri də oturaq işdir. Onun qarşısını alan heç bir maz yoxdur. Hər 2-3 saatdan bir qalxıb gəzə bilərsiniz. Damarları itirmək üçün isə Skleroterapiya və ya Kriolazer kimi prosedurlar mövcuddur.

  1. Salam.Men damar hekimine getmisem.Doppler olunub.Kosmetik damarlardi dedi hekim.3 seans olmalidi.sonra her seansdan sonra corab geymeliyem.Amma men iyne vurdurmaqdan qorxuram.sonra bir problem olarmi deye.damarlar yox olandan sonra damarin oldugu yerlerde cokmus gibi durur.yaxud buzuwmuw kimi olur deyilir.Zehmet olmasa buna cavab yazardizda.

  2. Salam .Məndədə yeni yeni damar çıxmaları müşahidə olunur .Və bu məni çox üzür.Qarşısın başqa yollarlada almaq mümkündürmü.məs:maz vəya təbii yolla?

  3. Salam Mən 11 saat iş ilə əlaqədər ayaq üsdəyəm və ayaqımın bud hissəsi damar ilə dolududur.ən cox görünən yaşıl damarlarıdı.Nə etməliyəm?

    1. Salamş Varikozun yaranma səbəblərindən biri də ayaqüstü işdir. Hazırkı damarları təmizləmək üçün prosedur və ya lazer üsulu lazımdır.

  4. Salam mən hamiləliyin 7 ci ayındayam bu 7 ayda ayağıma hər ikisində baldırdan topuğlarıma qədər nazik bənövşəyi rəngdə damarlar peyda olub
    Ağrılarda günü gündən şiddətlənir..

  5. Salam men 3ildi gunun 15 saat ayaq usteyam hec vaxt rast gelmeyib indi indi ayaqlarim agriyir hemde baldirlar qirmizi goy damarlarla budaq wekilde olub neynim men

    1. Salam. Ayaqüstü işlə məşğul olan əksər insanlarda varikoz xəstəliyi əmələ gəlir. Belə vəziyyətdə Doppler müayinəsi aparılmalıdır ki, damarların vəziyyətinə baxılsın. Ona uyğun müalicə təyin edilsin.

  6. Salam menim eyaqlarimda dehsetli derecede agrilar olur son gunlerde men qan analiz etdirdim revmatizmadan cvb qan laxtalanma cixdi qizinin arxa terefinen qirmizi Kimi xirda damarlar cixib

    1. Salam. Ayağınızda damar genişlənməsi varsa, Doppler müayinəsi məsləhətdir. Onun köməyilə ağrının səbəbi üzə çıxarılır. Yəni ağrı damar mənşəlidir, yoxsa oynaq.

  7. Salam men ayagustu is rejimi ve bu yaxinlarda cox gezmek ve bir murder evde yungul idmanla mesgul olduqdan sonra be ariqladiqdan sonra ayagda uzde bilinmir ama deri altindan goy rengde damarlar gorunur amma el vuranda hiss olunmur nece edimki kecsin

    1. Salam. Ayaqüstü iş və ayaqları yükləyən idmanla məşğul olduqda varikoz yarana bilər. Belə halda Doppler müayinəsi olunmalısınız ki, damarların vəziyyətinə baxılsın.

  8. Salam ayaglarimda qiçlarimda çox sayda damarlar çıxıb necə edə bilərəm ki görünməsin yenidən itsin damarlar? görünüş baxımından diskomfort hiss etdirir

    1. Salam. Genişlənmiş damarların müalicəsi 2 üsulla aparılır: Skleroterapiya və Lazer üsulu. Müalicə üsulu Doppler müayinəsindən sonra seçilir.

        1. Salam. Qadınların əksəriyyətində varikoz elə məhz hamiləlikdə yaranır. Belə halda Doppler müayinə aparılmalı və ondan sonra tədbir görülməlidir ki, varikoz fəsadlaşmasın.

  9. Salam. Menim 26 yaşım var. Son həftələrdə ayaqlarımda(diz altı hissədə) qəfildən göyümtül damarlar üzə çıxmağa başlıyıb.Heç bir gücə salma hadisəsi olmayıb.İdmanla da məşğul olmuram.Bu nə ilə əlaqəli ola bilər,Öncədən təşəkkürlər

    1. Salam. Ümumiyyətlə varikoz damarların əmələ gəlmə səbəbi müxtəlifdir: genetik meyillik, artıq çəki, hamiləlik, hormonal dəyişikliklər, ayaqüstü iş və s. Ona görə onun səbəbini əvvəlcədən dəqiq demək mümkün deyil.

  10. Salam mən 15 yaşındayam və mənim bud nahiyəmdə və baldır nahiyəmdə idmandan bir neçə gün sonra kiçik damarlar çıxmağa başladı. Bunlar üçün nə etmək olar? Keçicidir bu damarlar?

    1. Salam. Ayaqları trenajorda çox yükləyəndə damarların genişlənmə və üzə çıxma ehtimalı yüksəlir. Onlar təəssüf ki, öz-özünə keçib getmir.

  11. Mənim 14 yaşım var ayağımda ağrılar oldu bir müddət sonra isə ayağım baldır hissəin arxa hissəsində kiçik yaxından baxılsa bilinən kapiliyarlar çıxıb nə etməliyəm?çox isləyirəmki getsinlər ama bilmirəm nə edim?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir