Ayaq ağrısı üçün maz

Ayaq ağrısı
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
13013
Müəllif
Paylaşılıb
03 Oktyabr 2019

Ayaq ağrısı yorğunluq, fiziki gərginliklə bağlı ola bilər. Lakin bir sıra hallarda ağrı orqanizmdə ciddi dəyişikliklərin getməsindən xəbər verir. Bu səbəbdən ayaq ağrısı ilə rastlaşdıqda mütləq həkim qəbuluna yazılıb, müayinə olunmaq lazımdır. Ağrı hissiyyatını aradan qaldırmaq üçün dərman preparatları ilə yanaşı bir sıra maz növlərindən istifadə edə bilərsiniz.

Ayaq ağrısı üçün maz: aptekdə satılan vasitələr

Hazırda apteklərdə ağrı üçün müxtəlif maz və gellər mövcuddur. Onların demək olar ki, hamısı reseptsiz satılır. Bununla əlaqədar ayaq ağrısı zamanı istədiyiniz vasitəni asanlıqla əldə edə bilərsiniz.

  • ayaq əzələlərində ağrı olduqda Kapsikam, Ketonal, Fastumgel və İbuprofen mazlar daha effektiv sayılır. Onların tərkibindəki aktiv maddə sürətlə dəriyə hoparaq, qısa zaman ərzində öz təsirini göstərir;
  • oynaq ağrısı ilə Bıstrumgel, Nayz, Removit mübarizə aparır. Onlar iltihabi prosesləri zəiflədərək, isidici effekt verir;
  • ağrı hissi damar genişlənməsi – varikoz ilə bağlı olduqda at şabalıdı tərkibli maz – troksevazin və ya trokserutin tətbiq edilir. Onlar venaların tonusunu artırır, ağrını azaldır;

Ağrı üçün vasitələri alarkən onların istifadə qaydasına ciddi riayət olunmalıdır. Ayaq ağrısı uzun müddət davam etdikdə, mütəxəssisə müraciət edilməlidir.

Ayaq ağrısı üçün maz şəkil 1

Ayaq ağrısı üçün maz: xalq təbabətində istifadə olunan reseptlər

Bəzi insanlar kimyəvi tərkibli preparatlardan uzaq durmağa çalışırlar. Onlar təbii yollarla ağrını azaltmağa çalışırlar. Xalq təbabətində ayaq ağrısı üçün aşağıdakı maz növləri mövcuddur. Bu məlhəmləri ev şəraitində sərbəst şəkildə hazırlamaq mümkündür.

  • Gil əsaslı maz. 100 qram tibbi gili 50 ml bitki yağı ilə qarışdırın. Maz hazırlayarkən günəbaxan və ya zeytun yağına üstünlük verilməlidir. Komponentləri yaxşıca qarışdırdıqdan sonra nazik qatla ayağınıza çəkin. Üstünüzü örtüb, sakit vəziyyətdə 90 dəqiqə oturun.
  • Toyuq yumurtasından hazırlanan maz. 1 ədəd yumurtanı sındırıb, qabığı ilə birgə qabın içərisinə atın. Üzərinə sirkə əlavə edin. Sirkə yumurtanın üzərini tamamən örtməlidir. Qabın ağzını örtərək, isti və qaranlıq yerdə 4 gün saxlayın. Bu müddət ərzində yumurtanın qabığı həll olur. Sonra ora 200 ml bitki yağı töküb, qarışdırın, əlavə olaraq 4 gün də gözləyin. Belə maz soyuducuda saxlanılmalıdır.

Ayaq ağrısı üçün maz şəkil 2

  • Ağcaqayın toxumları (beryoza) əsasında düzəldilən maz. Enli ağızlı qaba 800 qram kərə yağı yerləşdirin. Üzərinə ağcaqayın toxumlarını səpələyin. Qatların qalınlığı təxminən 2 sm olmalıdır. Sonra qaba növbə ilə yağ və toxum yığın. Bu proses banka tam dolana qədər təkrarlanmalıdır. Axırda bankanın ağzını qapaqla kip bağlayın. Aşağı temperaturlu fırına (duxovka) qoyun. 24 saat saxladıqdan sonra soyudub tənzifdən süzün. Toxumları tullaya da bilərsiniz. Süzülmüş məhlula az miqdarda kamfora əlavə edib, ayağınıza çəkin.

Ayaq ağrısı üçün bu maz mövləri effektiv hesab olunur. Lakin yadda saxlamaq lazımdır ki, hər bir maddəyə, hətta bitki tərkibli vasitlərə qarşı allergik reaksiya və ya yan təsirlərin meydana çıxma ehtimalı mümkündür. Bu üzdən onları istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək gərəkdir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir