Damar həkimi

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
6303
Müəllif
Paylaşılıb
20 Avqust 2019

Damar həkimi – venoz xəstəliklərin müayinə və müalicəsi ilə məşğul olan mütəxəssisdir. Onun vəzifəsi Rəngli Doppler müayinəsinin nəticələrinə və pasiyentin fərdi xüsusiyyətlərinə əsaslanaraq, varikozun effektiv müalicə-profilaktika üsullarını tətbiq etməkdən ibarətdir. Peşəkar fleboloq həkimlər düzgün müalicə ilə yanaşı, hər bir qadın üçün önəmli sayılan estetik effektin də əldə olunmasına çalışırlar.

Damar həkimi venalarda rast gəlinən aşağıdakı problemlərin həlli ilə məşğul olur:

Damar həkimi şəkil

Bəs nəyə görə damar həkiminə müraciəti gecikdirmək olmaz? 

Varikoz xəstəliyi vaxtında müalicə olunmadıqda damar divarlarının zədələnməsi və qan axının pozulması nəticəsində tromblar yaranır. Onların qoparaq, qanla ağciyərə keçməsi ölümlə nəticələnir. Məhz bu səbəbdən aşağıda qeyd olunan əlamətlər müşahidə edildikdə mütləq damar cərrahı ilə məsləhətləşmək lazımdır:

  • günün sonuna yaxın ayaqlarda ağırlıq və yorğunluq
  • baldır əzələlərində gecə saatlarında baş verən qıcolmalar
  • dəri altında aydın şəkildə nəzərə çarpan göy və ya qırmızı venalar, damar ulduzcuqları
  • aşağı ətraflarda şişkinlik, yanğı və ağrı hissi

Peşəkar damar həkimi – fleboloq hansı bacarıqlara malik olmalıdır? 

Müasir dövrdə fleboloq Rəngli Doppler müayinəsini bilavasitə özü etməyi bacarmalıdır. Çünki Lazer əməliyyatları, Radiofrekans ablasiya bu müayinənin nəzarəti altında icra olunur.

Həmçinin peşəkar damar həkimi – fleboloq kəsiksiz aparılan əməliyyatları (Lazer, Radiofrekans), Skleroterapiya prosedurunu icra etməyi bacarmalıdır. Bu vərdişlər həkimə varikoz xəstəliyini kəsiksiz və izsiz yolla müalicə etməyə imkan verir.

Pasiyent ilk dəfə müraciət etdikdə həkim xəstəliyin əlamətlərinin nə zaman və hansı şəraitdə meydana çıxmasını aydınlaşdırır, ağrıyan nahiyəyə baxış keçirir. Doppler müayinənin nəticələri əsasında damarların zədələnmə dərəcəsinə müvafiq müalicə planını tərtib edir. Medikamentoz terapiyanın gücsüz olduğu hallarda fleboloq tərəfindən Skleroterapiya və ya digər cərrahi müdaxilələr (Endovazal lazer koaqulyasiya, Miniflebektomiya, radiofrekans ablasiya) həyata keçirilir.

Damar həkimi şəkil

Varikoz xəstəliyinin risk qrupuna daxil olan şəxslər:

  • hamilə qadınlar (xüsusən II-III trimestrdə)
  • yaxın qohumları venoz xəstəliklərdən əziyyət çəkən
  • oturaq həyat tərzi keçirən
  • ağır idman növləri ilə məşğul olan (müntəzəm şəkildə fiziki yüklənmələrə məruz qalan)
  • artıq çəki problemi yaşayan şəxslər.

Belə insanlar heç bir şikayət olmadıqda belə, profilaktik məqsədilə vaxtaşırı damar həkimi tərəfindən müayinə edilməlidir.

 

Unutmayın ki, peşəkar konsultasiya – uğurlu müalicəyə doğru atılan ilk addımdır. Bu səbəbdən sağlamlığınızı savadlı və təcrübəli damar həkimi – fleboloqa etibar etməyəniz məsləhətdir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
    1. Salam. Ayağınızda şişkin venalar varsa ilk növbədə damarların Doppler müayinəsindən keçin. Olmasa bel-oma nahiyəsinin MRT məsləhətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir