Ayaqda damar dartılması
Ayaqda damar dartılması kimi təsvir etdiyimiz simptomun tibbi adı qıcolmalardır. Qıcolmalar damarın deyil, əzələlərin qeyri-bərabər yığılması nəticəsində yaranır və həmişə ağrılı olur. Ağrıların əmələ gəlmə səbəbi isə qandan mübadilə məhsullarının xaric olması və bu maddələrin sinir uclarını qıcıqlandırmasıdır.
Ayaqda damar dartılması bir sıra səbəblərdən yaranır:
- Varikoz xəstəliyi;
- Nevroloji pozulmalar, isteriya;
- Hərarətlə müşayiət olunan infeksion xəstəliklər;
- Zəhərlənmə və orqanizmin intoksikasiyasına gətirib çıxaran xəstəliklər, məs., böyrək patologiyaları;
- Endokrin xəstəliklər (diabet və s.);
- Hamiləlik;
- Ayaqları narahat vəziyyətdə qoymaq;
- Mineral çatışmazlığı;
- Düzgün qidalanmamaq, az su içmək;
- Həddindən artıq fiziki yüklənmə.
Bütün bu hallarda “damar ağrısı”, yəni qıcolmalar orqanizmdə gedən patologiyadan xəbər verir. Bəs ayaqda damar dartılması zamanı nə etməli? Əvvəlcə problemin kökünü tapmaq lazımdır. Çünki bir sıra hallarda qıcolmalar damar genişlənməsi ilə bağlı olur.
Ayaqda damar dartılması və varikoz
Varikoz zamanı ayaqda damar dartılması venoz durğunluqla bağlıdır. Qan durğunluğu nəticəsində venadaxili təzyiq yüksəlir, eyni zamanda damar keçiriciliyi də artır. Beləliklə, qanın maye hissəsi damarı tərk edir. Onun tərkibindən təkcə su deyil, mikroelementlər də ətraf toxumalara sızır.
Bu mikroelementlərdən kalium, kalsium və natrium əzələ yığılmasında iştirak edən maddələrdir. Onların ətraf toxumaya keçməsi əzələnin həmin elementlərdən məhrum olması deməkdir. Nəticədə əzələlər qeyri-bərabər şəkildə yığılmağa başlayır.
İkinci məqam – bildiyimiz kimi, varikoz zamanı venalarda qan dövranı pozulur. Gecə saatlarında qan axını daha da zəifləyir. Belə bir vəziyyətdə qanın damarlardan qovulması üçün əzələlər yığılmağa başlayır.
Ayaqda damar agrısı yalnız əzələlərin yığılması hesabına baş vermir. Ola bilər ki, əzələlər heç boşalmadığından qıcolma baş versin. Belə ki, əzələlərin boşalması prosesinə də enerji sərf olunur. Orqanizmin enerji təminatçısı isə ATF molekullarıdır. Qan durğunluğu zamanı bu molekulların sintezi azalır və əzələlərin boşalma prosesi pozulur.
Ayaqda damar dartılması ilə mübarizə
Bu problemlə ev şəraitində mübarizə aparmaq mümkün deyil. Yalnız yaranma səbəbini öyrəndikdən sonra ondan qurtulmaq olar. Qıcolma zamanı yeganə çıxış yolu əzələni güc hesabına dartmaqdır. Bu zaman ayaqüstə durmaq və ya düz yerdə gəzmək, baldırı masaj etmək və yaxud da pəncəni bədənə doğru sıxmaq müvəqqəti kömək edə bilər.
Bəzi mənbələrdə damar ağrısı zamanı ayaq dərisinə iynə batırmaq, isidici mazlar sürtmək və ya aspirin içmək tövsiyə olunur. Unutmayın ki, belə məsləhətləri yalnız həkim verə bilər. Ona görə də özbaşına bu cür tövsiyələrə əməl etməyin.
Onu qeyd edək ki, ayaqda damar ağrısı varikozun ilkin əlamətlərindən sayılır. Yəni bu problemlə üzləşən kimi həkimə müraciət etsəniz, damar genişlənməsindən elə ilk mərhələdəcə qurtula bilərsiniz. Flebologiyanın qıcolmalarla mübarizə aparmağa imkanları çoxdur. Bu imkanlar həm cərrahi, həm də qeyri-cərrahi metodlarla reallaşdırılır. Hansı metodun seçiləcəyi isə, xəstəliyin ağırlıq dərəcəsindən asılıdır.
Salam həkim mənim ayağımda valikoz xəstəliyi var aram aram gecələr yuxuda olarkən diz altında qıcolma olur ayağım yığılır güc balaban ayağımı açıram ayağımı qatlayan kimi yenə yığılır zəhmət olmasa mənə məsləhət verin
Salam. Varikoz xəstəliyi gecələr qıcolma verə bilir. Bunun üçün həmin damarı aradan qaldırmaq lazımdır ki, bu əlamətlər də keçib getsin.
Salam hekim men yıxılmışam damarım dartılıb 5-6aydı düzgün geze bilmirem 2-3hekimede getmisem hec biri tesirli olmayıb neyniye bilerem ?
Qaynenemin dizden asaqi damarlari sisib aqriyir ne edek
Salam. İlk növbədə Doppler müayinəsi aparmaq laızmdır ki, damarların vəziyyətinə baxılsın. Ona uyğun tədbir görülsün.
Salam doktor mende canaq nahiyede ayaqlarima dogru agri var sol ayaqimda . 2heftedir geze bilmirem ayaga qalxa bilmirem agridan. MRT etdim qirija dediler müalice göturürem hec bir tesiri yoxdur. Eseblerime toxunur agri .gah baldirimda olur gahda canaqda ne ile elaqeli ola biler cox xahiş edirem meslehet vererdiz
Salam. Ağrılarınız böyük ehtimalla elə həmin yırtıqla əlaqəlidir.
Salam hekim qaynatamin ayağında aqrilar var yatib dura bilmir Cox çetin durur az gezdikten sonra tamam düzelir aparat deyib ki damar dartilmasidir mualice alır amma elece durur bir yatib duranda birde oturun duranda basqa vaxt gezide isde görür bize ne meslehet vererdiz
Salam. Hansı müayinədən keçib? Doppler müayinəsi?
salam hekin il önce sizi salamliyram allah sizdri qorusun,hekim men ayagimdan cox eziyyet cekirem vaxtiyla topugum burxulub ezilib lakin ayagim sisirdi cox kesgin sinir agrisi verirdi inaninki el bele toxunanda az qalir ureyim yatsin bu 3, 4 gune kecib gedirdi indi ise 20gunden artiqdi veziyetim pisdi kekime getdim iyne derman yazdi hec bir faydasi yoxdu xahis edirem mene bir hekim kimi insan kimi kömek edesiz o qederde agrikesici vurdurram ta onunda faydasi yoxdu,vatsap nömremi yazram 0777557666 bu nömreyden elaqe quraq mene kömeklik edin allah rzasi ucun
Salam. Mən travmatoloq deyiləm. Ona görə sizə faydalı ola bilməyəcəm. Yaxşı olar ki, travmatoloq müayinəsindən keçəsiniz.
Salam doktor.Mənim ayagımda duzlaşma var.Duzları əridə bilmirəm . möhkəm agrı verir.Onuda deyim ki damar problemidə var.Hər cürə müalicə olunub.Həkimlərin yazdıgı müalicələri 100 faiz yerinə yetirmişəm.Heyiflər olsun ki ayaqlarım düzəlmir ki düzəlmir.
Salam Aleykum həkim məndə gəzəndə sag ayaqımda ağrilar olur hətda dizmədə ağrı verir ayaqımı ata bilmirəm ancaq sağ ayaqım bu nədən ola bilər
Salam. Ayaq ağrılarının səbəbi müxtəlifdir: damar, əzələ, sinir, oynaq və s. Müayinə etmədən dəqiq demək olmur.
Salam doktor menim ayağımda varikoz var gecələr qıcolur nə edim
Salam. Varikozun əlamətlərindən biri də gecə qıcolmalarıdır. İlk növbədə Doppler müayinəsindən keçməlisiniz, sonra həmin damar müalicə olunmalıdır ki, onun törətdiyi narahatlıqlar da aradan qalxsın.
Salam doktor.Menim anamin ayaqlarinda dartilmadi ya qicolmadi ,spazmadi deqiq adin bilmirem var.Esasende geceler yatanda tutur.Dehsetli agri verir.Evveller tez buraxirdi,indi xeyli cekir.Ne meslehet gorerdiz.Sizi harda muayine edirsiz?
Salam. Ananız Doppler müayinəsindən keçib?
Salam doktor.xaiş edirəm cavab yazin.mənim atamda.belindi cox möhkəm agri var oturanda .gəzəndə agriyir axir zamanlar yeriyədə bilmir.yeriyəndə yixilir.oturan yerdedə qilcaları atılır.hara muraciyet etsə köməy olar?
Salam. Siz bu problemlə nevropatoloqa müraciət edin.
Salam mende yeridiyim yerde dizimden möhkəm saqqilti geldi yıxıldım yerə indidə ayağa qalxıb dizimi adimin ata bilmirəm ağrıyır nə edim
Salam. Travmatoloqun müayinəsi gərəkdir.
Salam doktor xais edirem cavab veresiniz sol ayagimda axsamlar atma kimi prob olur agriyir dizden basdiyir ayaglarim bir ayagim sol ancag imkan vermir yatim dartiram masaj filan cox gec yatiram bu neynen elaqeder ola biler yalniz solda olur turkiyede oxumusdum bu probleme huzursuz bacak sendromu deyirler
Salam. Siz yəqin “yorğun ayaqlar sindromunu” nəzərdə tutursunuz. Axşamlar atma dedikdə qıcolma demək istəyirsiniz?
Salam mən yatan zaman sağ tərəfində ayaq qolumda udma ağrısıyla alıram qolum ayaqim ele bil işləmir yavaş yavaş terpedirem onan sonra 1. 2 dəqiqəyə açılır bu neden ola biler
Salam. Udma ağrısını başa düşmədim.
Salam həkim mənim bel də @ğrılar var. İndidə hər iki ayağımın baldırında yatdığım zaman damar dardılması baş verir bunun səbəbini bilmək istərdim.
Salam. Beliniz ağrıyırsa MRT və nevropatoloq baxışı, ayağınızda damarlar varsa əgər Doppler müayinəsi eləmək lazımdır.
Salam həkim məndə ayaq meşqi zamanı ezele dartılması baş verib oturanda ayağa qalxanda ağrılar olur en çoxda oturan zaman ağrı olur onun müalicesi nedir?
Salam. Belə hallar yüklənmə zamanı və ya kəskin hərəkət etdikdə baş verir. Aptekdən ağrıkəsici maz alıb çəkə bilərsiniz. Əzələ üçün digər müalicəyə gərək yoxdur.
Hekim salam mende revmatik sinir xesteliyi var hemde genislenme indi hal hazırda sol ayagımın ezele birde qatanacaqda hem qızartı var hemde acışma mualice etdirirem 4 gundu acisma dayanmır ne edim men zehmet olmasa cavab verin
Salam. Ayaqda yanğı hissi həm sinir, həm də damarla bağlı ola bilər. Hər ikisini müalicə etməyiniz lazımdır.
Sumqayıtda
Salam doctor menim ayağımda damar dartılıb hemin hisse baldırım göyerib kapilliyarlar partlıyıb şişib ağrı var yeriye bilmirem sadece bir ayağım beledir daha evvel damar genişlenmesi var idi yıxıldıqdan sonra bele oldu ev şeraitinde ne ise etmek olarmı?
Salam. Damar genişlənməsinin, yəni varikoz venaların ev şəraitində təəssüf ki, müalicəsi yoxdur. Ancaq fleboloq (damar həkimi) tərəfindən peşəkar yardımm göstərilməlidir.
Salam doctor menim sol ayagim gunun yarisinnan sonra agriyir yerimeyi cetinlesdirir fasileler verirem lakin uzaniq veziyyetde ve ya oturaq veziyyetde kesir gece yatanda ise sag ayagim meni narahat etmeye baslayir her iki narahatcilig dabanin usdu yuxari ayagin basladigi yerde olur
Salam. Sadaladığınız narahatlıqlar böyük ehtimalla sinir mənşəlidir. Ancaq fasiləli axsamanın damarla da bağlılığını inkaretmək olmaz. Siz ilk növbədə nevropatoloqun müayinəsindən keçin. Sinirlərlə əlaqəli problem olmasa, damar həkiminə yaxınlaşın.
Bu agrilarla bagli hansi mutexessise muraciet etmek lazimdir.
Damarların törətdiyi ağrılarla fleboloq (damar həkimi) məşğul olur.
Salam.onurqamda qrija var idi.emeliyyat eletdirdim.Siniri sixmiwdi.emeliyyatdan sonra sol ayaqimin diz bukeceyinde aqrikar var.ayaqim tam acilmir
Salam. Sizi müalicə edən həkimə kontrol müayinəyə gedin.
Salam hekim.Menim aniden qilçam tutulur ele bil sudurqa olan kimi.Ele aqrl olurki, dayana bilmirem.10 deyqe baw verir bu.Ele bil bùtun damarlar dartlnir.Çox pis hala dùwurem.Zehmet olmasa cavablandlrardlz.)
Salam. Doppler müayinəsindən keçmisiniz?