Damar üçün mazlar
Varikozun kompleks müalicəsində maz, gel və kremlərdən istifadə olunur. Yerli təsirli vasitələr arasında mazlar tərkib və yüksək effektivliyi ilə seçilir. Damar üçün mazlar dərinin dərinliklərinə nüfuz edərək, zədələnmə ocağına aktiv formada təsir göstərir. Tərkiblərində su olmadığından teksturaları daha sıxdır.
Düzgün seçilmiş mazlar ayaqlarda şişkinlik, ağrı və qıcıqlanmanı aradan qaldırır, dərini yumşaldır, sakitləşdirir. Onlar həminin bərpaedici, tonuslandırıcı və iltihabəleyhinə xüsusiyyətlərə malikdir.
Apteklərdə damar üçün müxtəlif mazlar satılır. Bəziləri venaların divarını möhkəmləndirir, digərləri tromblaşmanın qarşısını alır. Bir qismi isə kompleks təsirlidir. Fleboloqlar və pasiyentlərin verdiyi rəylərə əsasən 10 effektiv mazın siyahısı ilə Sizi tanış edirik.
№10 İxtiol
Ayaqda qaşınma, ödem və ağırlıq hissini azaldır. Adətən aşağı ətraflarda yara və iltihabi proseslərlə qarşılaşdıqda təyin olunur. Ucuz qiymətli antiseptiklər arasında ən effektiv forma sayılır.
Preparat qan dövranını yaxşılaşdırır, iltihabı zəiflədir, infeksiyanın yayılmasının qarşısını alır.
№9 İndometasin
Ağrıkəsici, iltihabəleyhinə və antiaqreqant xüsusiyyətləri iə xarakterizə olunur. Damar toxumalarının elastikliyini bərpa edir, onları möhkəmləndirir. Varikoz düyünlərin, yara və damar partlamalarının qarşısını alır.
Damar üçün mazlar №8 Heparin
Heparin qanı durulaşdırır, limfa axınını bərpa edir. Eləcə də ağrı hissini zəiflədir. Dərmanın nəzərə çarpacaq effekti istifadədən 2 həftə sonra bilinir.
Pasiyentlərin fikrincə münasib qiymətə yüksək nəticənin əldə olunması bu mazın ən başlıca üstünlüyüdür. Həmçinin preparat təhlükəsizdir. Əlavə mənfi təsirləri yoxdur.
№7 Flusinar
Bu dərman rezerv preparatlar qrupuna aiddir. Tərkibində hormon olduğundan yalnız digər qeyri-steroid iltihabəleyhinə vasitələrin effekt vermədiyi hallarda tətbiq edilir. Bəzi insanlarda istifadə müddətində dəridə allergik reaksiyalar yarana bilər. Ona görə də Flusinar mazı yalnız damar həkimi tərəfindən təyin edilməlidir.
Damar üçün mazlar №6 Hepatotrombin
Kombinəolunmuş preparatdır. Aktiv komponentlərlə yanaşı, tərkibinə həm də şam ağacı, limon və rozmarinin efir yağları daxildir. Hepatotrombin qanı durulaşdırır, qaşınmanı yox edir, yaraları sağaldır. Həmçinin mikrobları zərərsizləşdirir.
Varikozdan əziyyət çəkən pasiyentlər arasında geniş tətbiq edilir. Əsas üstünlüklərinə tərkib maddələrinin tez sorulması, qiymətinin münasibliyi aiddir.
№5 Troksevazin
İltihab və ödem əleyhinə effektiv vasitədir. Əsas komponenti trokserutindir. Bu maddə kapilyarların divarını möhkəmləndirir, tonusunu artırır. Hətta hamilə qadınlara da rahatlıqla təyin oluna bilər. İstifadəsinə göstərişlərə damar ulduzcuqları, tromboflebit və varikoz fonunda dermatit aiddir.
Troksevazin zədələnmiş nahiyəyə gündə 2 dəfə çəkilir. Ayaqlarda dərhal yüngüllük hiss olunur. Maksimal effektin əldə olunması üçün uzunmüddətli istifadə edilməlidir. Hamiləlikdə həm müalicəvi, həm də profilaktik təsir göstərir.
Damar üçün mazlar №4 Flebodia 600
Damar genişlənməsinin ilkin mərhələlərində məsləhət görülür. Tərkibindəki bioflavonoidlər ayaqda diskomfort və ağırlıq hissini azaldır. Maz gündə 2 dəfə topuqdan bud nahiyəsinə doğru dairəvi hərəkətlərlə çəkilir.
İlkin istifadədən sonra şişkinlik azalır, ayaqlarda yüngüllük hiss edilir. Maz dəridə və paltarda iz buraxmır.
№3 Dolobene
Mazın əsas komponentləri – B5 provitamini, natrium heparin, dimetilsulfoksid hesabına ağrıkəsici, tromb və iltihabəleyhinə təsir göstərilir. Pasiyentlər preparatın dəriyə tez hopmasını, yüksək effektivlik və xoş iyə malik olmasını qeyd edirlər. Varikozlu xəstələrdə ilk gündən ayaqlar yüngülləşir, şişkinlik xeyli azalır.
Damar üçün mazlar №2 Lioton
Natrium heparin əsasında hazırlanır. Birbaşa təsirli ən yaxşı antikoaqulyant hesab olunur. Konsistensiyası yağlı, qoxusu isə xoşagəlimlidir. Maz varikoz xəstəliyində, əməliyyat sonrası hematomalarda və yumşaq toxumaların ödemində tövsiyə olunur.
Venoz çatışmazlığın ilkin dövrlərində gündə 2 dəfə olmaqla 1-3 həftə çəkilir. Venaların xronik xəstəliklərində müalicə dövrü 6 həftəyə qədər uzanır. Hündürdaban ayaqqabılardan istifadə edən qadınlar, eləcə də gününü masa arxasında keçirən ofis işçiləri mazın yüksək effektivliyini vurğulayırlar.
№1 Venolayf
Kompleks təsirlidir. İltihab və ödem əleyhinə təsir göstərməklə yanaşı, yaraları da sağaldır. Tərkibindəki heparin birləşdirici toxumanı bərpa edir. Trokserutun damar divarlarının keçiriciliyini azaldır, damar partlamalarının qarşısını alır. Feniletil spirti yaraları infeksiyalaşmadan qoruyur.
Maz sutkada 2-3 dəfə dəriyə yüngül masaj hərəkətləri ilə çəkilir. Müalicə kursu 3 həftəni keçməməlidir.
Sonda onu da qeyd etmək lazımdır ki, damar üçün mazlar yalnız varikozun xarici əlamətlərini aradan qaldırır, genişlənmiş damara birbaşa təsir göstərilmədiyindən proses daxildə inkişaf edir. Xoşagəlməz hallara yol verməmək üçün xəstəlik kor-koranə deyil, mütləq damar həkimi tərəfindən müalicə edilməlidir.
salam ayagimda varikoz damarlarim goze carpacaq derecededir ev seraitinde qarsisini almaq mumkundurmu damar corabi geyine bileremmi
Salam. Damar corabı ancaq ayaqda şişkinlik və ağrını azaldır. Onlar müalicə vasitəsi deyil.
SALAM MEN XADIMECI ISLEDIYIM UCUN AYAQ USDE COX OLURAM BALDIRIM COX AGRYIR MEN DAMAR CORABI GEYINE BILEREMMI VE HANSI MESLEHETDIR
Salam. Əgər gün sonu ayağınızda şişkinlik və ağrı olursa, bəli geyinə bilərsiniz. Varikoz damarlarınız varsa, 2-ci sinif damar corabı alın.
Hegigeten faydali meslehetlerdir.Cox teshekkur edirem.Elbette mualiceni hekimsiz bashlamag tehlukeni artira bler.