Varikoza qarşı krem

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
6 dəq
Müəllif
Oxunma sayı
4301
Müəllif
Paylaşılıb
01 Noyabr 2019

Varikoz xəstəliyinin müalicəsində istifadə edilən kremlər yerli təsir göstərərək, ayaqlarda şişkinlik, yorğunluq və ağrı əlamətlərini müvəqqəti olaraq, aradan qaldırır.

Kremin effektivliyi onun aktiv komponentindən asılıdır:

  • Heparin. Varikoza qarşı əksər kremlərin tərkibinə daxildir. O, venaların divarını möhkəmləndirir, ödemi azaldır.
  • At şabalıdı. Bu bitkinın ekstraktından qan durğunluğunu və ağrı hissini zəiflədən kremlər hazırlanır.
  • Trokserutin. Aşağı ətraflarda yorğunluq və şişkinliyi yox edir.

Varikoza qarşı krem həm də asan yaxılmalı və dəridə yağ izləri buraxmamalıdır. İndi isə damar genişlənmələrində tətbiq edilən 10 ən yaxşı kremi Sizin diqqətinizə çatdırırıq.

  1. Venorm

Rusiya istehsalı olan krem varikozu sağaltmasa da, mütəmadi şəkildə ayaqlara çəkildikdə xəstəliyin gedişini ləngidə bilər. Varikoza qarşı bu krem bitki tərkibli (at şabalıdının ekstraktı, gülümbahar çiçəkləri və s.) olduğundan xoşagəlməz rəngə və kəskin iyə malikdir. İstifadəçilər kremin təsirindən ağrı hissi və şişkinliyin azaldığını qeyd edirlər. Preparatın çatışmazlığı həcminin kiçik, qiymətinin isə bir qədər baha olmasındadır.

Varikoza qarşı krem foto 1

  1. Varicobooster

Varikoza qarşı növbəti kremin aktiv komponenti at şabalıdıdır. Krem siskin venaları və damar ulduzcuqlarını aradan qaldırmır. Sadəcə yorğun ayaqlara rahatlıq gətirir. Varicobooster təbii tərkibə malik olduğundan təhlükəsiz sayılır. Varikozun kompleks müalicəsində, eləcə də profilaktik vasitə kimi faydalıdır.

  1. Zdorov kremi

İnternet istifadəçilərinin maraq doğurduğu mum-krem tələbata görə 2-ci yerdə dayanır. Onu həm sifarişlə, həm də apteklərdən əldə etmək mümkündür. Zdorov kremin aktiv komponentləri arıların həyat fəaliyyəti məhsulları, eləcə də onların zəhərindən ibarətdir. Mum-krem damarların tonus və keçiriciliyini yaxşılaşdırır.

İnsanların rəyinə əsasən varikoza qarşı krem xəstəliyin erkən dövrləri üçün yararlıdır. Bir qədər irəliləmiş mərhələlərdə onun effekti minimaldır. Zdorov kremi bütün günü ayaq üstə olan insanlarda gərginlik və ağırlığın azalmasına kömək edir.

Varikoza qarşı krem foto 2

  1. Pçelinıy spas

Sosial şəbəkələrdə ən çox axtarılan krem növüdür. Tərkibinə arı mumu, propolis, arı zəhəri, at şabaldının ekstraktı daxildir. İstehsalşıların təqdim etdikləri məlumatlara görə krem venalarda təzyiqi azaldır, qan dövranını yaxşılaşdırır, damarların divarlarını bərpa edir. Ağrı və şişkinliklə effektiv şəkildə mübarizə aparır.

Krem qatıdır, ayaqlara rahat çəkilir, 5 dəqiqə ərzində dəriyə hopur. Varikoza qarşı bu vasitə damar torlarına təsir göstərmir, yalnız ayaqda şiş və ağrını azaldır.

  1. Loşadinaya sila (at gücü)

Varikoza qarşı kremlər siyahısında ön sıralarda dayanır. At şabalıdı və zəli ekstraktından hazırlanır. O, ayaqlara sərinlik və rahatlıq gətirir. Müntəzəm istifadə edildikdə aşağı ətrafların görünüşü bir qədər yaxşılaşır. Bu krem həm də özünü bürünmələr üçün mükəmməl limfodrenaj vasitə kimi sübut etmişdir.

  1. Venoruton

Venoz çatışmazlığın profilaktikasında ən çox üstünlük verilən preparatdır. Rutozid tərkibli krem yüngül hallarda ağrı və şişkinliyin dərəcəsini azaldır. Krem asan çəkilir və dərini yağlandırmır. Arzuolunan nəticə 2-3 həftədən sonra nəzərə çarpır. Preparatın təsirini gücləndirmək üçün onun istifadəsi daimi olmalıdır.

Varikoza qarşı krem foto 4

  1. Trombless

Varikoz genişlənməyə qarşı effektiv vasitədir. Aktiv komponenti heparindir. Trombless hematomaların sorulmasında iştirak edir, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. Şəffaf rəngli və kəskin spirt iylidir.

  1. Sofya (zəli ekstraktı)

Bu krem uzun müddət istifadə olunduqda damar ulduzcuqları bir qədər solğunlaşdırır. Ayaqlara yüngüllük və rahatlıq bəxş edir, ağrını azaldır. Krem duru konsistensiyaya malik olduğundan, qapağını ehtiyatla açmaq lazımdır.

Varikoza qarşı krem foto 5

  1. Lioton 1000

Lioton varikoza qarşı ən yaxşı preparatlardan hesab olunur. Heparin tərkibli bu krem hətta əməliyyatdan sonrakı dövrdə, əzilmə və travmalarda da tətbiq edilir. Lioton dəriyə asan yaxılır, yapışqanlıq törətmir. Su əsaslı olduğundan ayaqları bir qədər sərinləşdirir. Hamilə qadınlar üçün də zərərsizdir. Kremi çəkdikdən 5-10 dəqiqə sonra təsiri hiss olunur.

  1. Heparin kremi

İllərin sınağından keçən krem həm effektiv, həm də ucuzdur. Onun yeganə çatışmazlığı yağlı olmasıdır. Krem sona qədər hopmadığından dəridə yağ izləri qalır. Bu vasitə daxili hematomalarla mübarizə aparır, ağrını kəsir. Bir sıra hallarda dəridə allergik reaksiya – qıcıqlanma müşahidə edilir.

Sonda onu da qeyd etmək lazımdır ki, varikoza qarşı kremlər effektiv sayılsa da, onları özbaşına istifadə etmək olmaz. Çünki həmin vasitələr yalnız damar genişlənməsinin əlamətlərini yüngülləşdirir. Genişlənmiş venalara təsir göstərilmədiyindən proses daxildə öz inkişafını davam etdirir. Belə olan təqdirdə qazandıqlarınız yalnız vaxt və pul itkisi olacaq.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir