Aygün Hüseynova
Saytda yerləşdirilən bütün məqalələr Azərbaycan Tibb Universitetinin məzunu – Aygün Hüseynovaya məxsusdur. Onun bu sahədə iş təcrübəsi 10 ildən artıqdır. Müəllif xarici ədəbiyyatdan istifadə edərək, hər bir mövzunu asan başa düşüləcək tərzdə oxucuların nəzərinə çatdırmağa çalışır.
Azərbaycan dilində tibbi informasiya qıtlığı olduğundan A.Hüseynova bu məsələyə həssas yanaşaraq, fərqli sahələrdə insanlara yardım etməyə çalışır. Med-portal.az və Ariqlamaq.az saytlarındakı mətnlər də onun tərəfindən yazılmışdır.
Bununla yanaşı müvəqqəti olaraq, həkimə getməyə imkan tapmayan şəxslər müəllifin hər zaman diqqət mərkəzindədir. O, saytın bir bölməsini – “Varikozun evdə müalicəsini” əhalinin məhz bu qrupuna həsr etmişdir. Xalq təbabəti üsulları, eləcə də aptekdə satılan bir sıra dərman vasitələrinin köməyilə xəstəliyin əlamətlərini yüngülləşdirmək mövzusunda xəstələrə faydalı məsləhətlər vermişdir.
Müəllif topladığı bilik və təcrübələrini insanlarla bölüşməyə, onları dinləməyə hər zaman hazırdır. Odur ki, hər hansı bir təklif və suallarınızı saytımızın əlaqə bölməsinə göndərə bilərsiniz.