skip to Main Content

 

Varikoz.az – venaların sağlamlığına həsr olunmuş tibbi saytdır. Onu yaratmaqda məqsəd damar genişlənməsinin səbəbləri, əlamətləri və müasir müalicə üsulları barəsində insanlara dolğun məlumat verməkdir.  Belə bir məsuliyyətli işdə hər bir nüans və xırdalıqlar vacib sayıldığından, komandamız yalnız peşəkar mütəxəssislərdən təşkil olunmuşdur.

Saytda insanların daim maraq dairəsində olan mövzulara: skleroterapiya və cərrahi əməliyyatdan sonrakı həyat tərzi, varikoz üçün corabların geyinilmə müddəti və s. kimi vacib məqamlara aydınlıq gətirilmişdir. Burada həmçinin damar həkimi – fleboloqun necə seçilməsi, varikoz əleyhinə dərmanlar və gellər barəsində faydalı məlumatlar qeyd olunmuşdur.

Bununla yanaşı hər bir oxucunun vaxtı dəyərləndirilərək, onun qısa zaman ərzində istədiyi mövzunu tapması üçün məqalələr bölmələr şəklində yerləşdirilmiş, söz üzrə axtarış imkanı yaradılmışdır.

Sonda onu da qeyd edək ki, dərc olunan məqalələr yalnız Varikoz.az üçün nəzərdə tutulmuşdur. Bu materiallardan istifadə etdikdə aktiv istinad mütləqdir.

 

Back To Top