Ayaqda damar ağrısı

Ayaq ağrısı
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
18729
Müəllif
Paylaşılıb
21 Dekabr 2019

Venalarda güclü ağrılar dərhal deyil, tədricən yaranır. Başlanğıcda ayaqda damar ağrısı yalnız gərgin iş gününün sonunda meydana çıxır. Dinamik həyat tərzi ilə əlaqədar insanların əksəriyyəti bu əlamətə fikir verməyib, onu yorğunluqla əlaqələndirir. Zaman keçdikcə damar ağrısı hətta sakitlik vəziyyətində, yəni yuxu və istirahət saatlarında da xəstəni narahat edir.

Ayaqda damar ağrısı nə ilə əlaqədardır?

Ağrı varikoz damar genişlənməsinin əlamətlərindən sayılır. Daha kəskin və davamlı xarakterli damar ağrısı tromboflebitə işarədir. Bu isə təhlükəli xəstəlikdir. Onun qarşısını almaq həyat və sağlamlığınızı qorumaq deməkdir.

Ümumiyyətlə, mütəxəssislərin fikrincə damar ağrısı çox zaman irsi xarakter daşıyır. Belə ki, hər 2 valideyni varikozdan əziyyət çəkən insanda bu problemin yaranma ehtimalı təxminən 89% təşkil edir. Ailə üzvlərinin yalnız birində (ana və ya atada) venaların genişlənməsi övladda bu patologiyanın formalaşma riskini 47%-ə qədər azaldır.

Varikoz təkcə irsi meyllik deyil, həm də əlverişsiz amillərin təsirindən inkişaf edir. Bu faktorlara peşə fəaliyyəti (müəllim, cərrah, satıcı, sürücü), qeyri-düzgün həyat tərzi və hamiləlik dövrünü misal göstərmək olar.

Risk zonasına ayaqüstü və ya oturaq işlə məşğul olan şəxslər də daxildir. 30 dəqiqə müddətində eyni vəziyyətdə qaldıqda ayaqda qanın həcmi artır. Yarım saat ərzində bu göstərici normadan 300 ml yuxarı qalxır. Məhz belə artım damar genişlənməsi və onun ağrısı ilə müşayiət olunur.

Digər risk amillərinə artıq çəki, hormonal pozğunluqlar, tez-tez təkrarlanan aviauçuşlar və ya avtomobildə səyahət, xroniki stress, hündürdaban ayaqqabılar aiddir.

Ayaqda damar ağrısı foto 1

Ayaqda damar ağrısı nədən yaranır?

Ayaqda ağrı hissi damarların funksiyasının pozulması səbəbindən əmələ gəlir. Xəstələrdə venaların divarları nazilir, damarların elastikliyi azalır. Ayrı-ayrı hissələrdə qan yığınına rast gəlinir. Damar divarı iltihablaşır. Qan qatılaşdığından zəif hərəkət edir, venaların divarına təzyiq artır.

Əlavə yüklənmə damarların vəziyyətinə mənfi təsir göstərir. Nəticədə venalar şişkinləşir, ayaqlarda ağrı baş verir. Xəstəliyi ilkin mərhələlərdə müalicə etmək lazımdır. Çünki gecikmiş dövrlərdə ayaqda damar partlaması, trofiki yara, tromboz kimi fəsadlar əmələ gəlir.

Ayaqda damar ağrısı necə aradan qaldırılır?  

Bəzi insanlar ayaq ağrıları ilə qarşılaşdıqda damar üçün mazlardan istifadə edirlər. Lakin yerli təsirli vasitələr yalnız çəkildiyi müddətdə narahatlıqları aradan qaldırır. Damara birbaşa təsir edilmədiyindən xəstəlik daxildə öz inkişafını davam etdirir.

Zamanla venalarda geridönməyən dəyişikliklər meydana çıxır. Ciddi ağırlaşmalara yol verməmək üçün yüngül ağrılarda belə damar həkiminə müraciət etmək lazımdır.

Ayaqda damar ağrısı foto 2

Ayaqda damar ağrısının profilaktikası  

Varikoz xəstəliyinin qarşısını almaq məqsədilə fleboloqlar üzgüçülüklə məşğul olmağı, piyada gəzintilərinə yer ayırmağı məsləhət görürlər. İş fəaliyyətinizlə əlaqədar gün ərzində uzun müddət ayaq üstə qalmağa və ya masa arxasında işləməyə məcbursunuzsa, hər 2-3 saatdan bir bədən vəziyyətinizi dəyişin. Ayaqlarınızı bir-birinin üzərinə aşırıb oturmayın.

Həmçinin qida rasionunuza fikir verin. Yaşıl alma, kələm, dəniz məhsulları, sitrus meyvələrinin qəbulunu artırın. Yağlı və qızardılmış yeməkləri ixtisara salın.

Onu da qeyd etmək lazımdır ki, varikoz diaqnozu qoyulan pasiyentlərə isti vannalar və sauna xidmətləri əks-göstərişdir. Belə ki, isti prosedurlar venalarda qanın toplanmasını artırmaqla, onları yükləndirir.

Erkən mərhələlərdə həkim məsləhətlərinə əməl etsəniz, venaların cərrahi yolla aradan qaldırılmasına ehtiyac yaranmayacaq.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Doktor salam .menim ayagimda damarlarim agrayir geceler yatmagisdeyirem nesol nesagbörü üsde yata bilirem ancag küreyi üsde yatiram o danarahat yatiram agridangündüzlerde agrayir ne edim zehmet olmasa deyerdizoncd baldirlarim agrayirdi sonra basladi ayaglarim agrimaga bu basdan minnetdaram

  2. Anamın ayağında axşamlar tutur damar ağrısı,64 yaşı var ona neyləmək olar.Varikoz damar ağrıslndan çoox eziyyet çekir.Zehmet olmasa məsləhət vererdiz.

    1. Salam. İlk növbədə Doppler müayinəsi aparılmalıdır ki, damarın vəziyyətinə baxılsın. Müalicə üsulu Dopplerin nəticəsinə əsasən seçilir.

  3. Salam hakim.Arrig bir neca dafadirki ayagimda damar sudaraqa kimi tutur 2,3 daqiqadan sonra buraxir ,amma agri qalir bi neca gun hamin yerde bu nayin alamatidir?avvalcadan tasakkurlar

    1. Salam. Genişlənmiş damarlar müalicə olunmalıdır ki, onun törətdiyi ağrı da aradan qalxsın.Yəni damar həkiminə müraciət etməyiniz lazımdır. Çünki varikoz ev şəraitində təbii üsullar və ya kremlə aradan qalxmır.

  4. Salam hekim.men 5ci uşaga hamileyem.2ci hamilelikden damarlarım cıxmaga basladı.bu defe ise gunu gunden daha da artir.hem sayi coxalir hemde şişkinlesirler.bezi yerlerde duyun sekillidi.hetda düyünün üstünde çat da emele gelib.agrilari ise dözulmezdi.yuxarı etraflarda da var.damar corabi veya bint istifade ede bilmirem.üreyim sixilir .ayaq ustede cox gezenmirem hetda bir yeŕde 1nece saniyede dayana bilmirem.aninda oturmasam nefesim kesilecek kimi oluramxais edirem meslehet veresiz.ne edim.

  5. Salam hekim menim sol ayagim 2 ay bundan qabaq burxulmuwdu et cartlamasi olmuwdu.2 aydi tam sagalmayib duzdu evvelkine baxanda irelleyiw var.amma indi gezende topugda agri olur.birde ayaq baw barmagi qatlayanda barmaqin damarinda goynelti agri olur.biraz cox gezende ve ya ayaq uste cox duranda topugun sol awagi hissesi wiwir birde sol dizden awagi ezele hissesi wiwir ve pastiyanni sol dizden awagi ezele hissesi soyuq olur saga nisbeten..hemen ezeledede damarda agri olur..bununcun dopler muayine olmalidi yoxsa mmrt?

  6. Salam mənim anamda damar dolaşması olur kapli damarlar zog kimi olur agrı verir nə etmək lazımdır

  7. Salam,menim anamda her iki ayaginda muxtelif yerlerde siddetli agrilar yaranir.hemin agrili yerde airevi sislik yaranir,qizarir ve kapilyarlar partlayir .dozulmez agri olur ve bir mece gunden sonra oz ozluyunden kecir ,daha sonra basqa yerde cixir.sebebi ne olar

  8. Salam həkim mənim saq ayaqımın topuqdan aşaqa hissəsi culu barmaqa tərəf 2 il bundan qabaq sümük sınmışdı. Həkim ğipisə qoydu .İndihəmən yerdə fındıq boyda şiş var, həm də aqrı verir. Bu şiş və aqrı nədən ola bilər?

        1. Salam. Varikozun ev şəraitində müalicəsi yoxdur. Ayağınızda damar genişlənməsi varsa, Doppler müayinəsindən keçib müalicəyə başlamalısınız.

          1. salam doktor menim damarım ağrıyır ama duz ayağımın altına vurur ağrısı gecədə yata bilmirəm mən ona nə etməliyəm ağrı getsin

          2. Salam. Ağrıkəsici maz sürtə bilərsiniz. Amma bu müalicə üsulu deyil. Çünki ağrı yenə təkrarlanacaq. Belə halda Doppler müayinəsi aparılmalıdır.

          3. Salam. Ağrıkəsici maz sürtə bilərsiniz. Amma bu müalicə üsulu deyil. Çünki ağrı yenə təkrarlanacaq. Belə halda Doppler müayinəsi aparılmalıdır.

  9. Salam doktur, oturub durandan sonra cetinlikle gezirem ayaqlarimda key aqrilar olur,eyilib is gorenden sonra belimi gucnen qaldiriram ,,belimde kut aqrilar olur bir az hereket etikden sonra kecib gedir,meslehet isteyirem, coox saqol un bu basdan

  10. Salam.Menim 4ay olar ki ayaqlarim agrayir yeni dizden awagi.Yanvar ayinda oglum oldu.Ondan sonra bu agrilar oldu.Gece durub yeriye bilmirem.Yatib duranda ayagimi yere qoyuram biraz terpedirem sonra zorla gezirem.Topugum da agrayir.wiwme yoxdu.

    1. Salam doktor Mənim sag ayagım agrayır Gündüzlər her bir şey hıss etmirəm Ancaq gecələr yatan zaman birdən göynəyir agri tutur isitmə gəlir masaj etdikdən sonra tədricən agrimaga başlaayir mutləq ayagımı qatlamaga məcbur oluram keçib gedir uzadan kimi yenə göynəyir Xahiş edirəm mənə hansı həkimə getməyi məsləhət verərdiniz. Sizə dərin təşəkkürümü bildirirəm

  11. 30 iyun saat23:56tarixinde salam menim sag qilcamin diz arxasinda dozulmez sancili gezen agrilar olur Amma hec bir qizarti damar cixintisi yoxdur Agrinin sebebi ne ola biler Bir de hansi hekime muraciet edim Tesekkurler

  12. Hər gün minimal 5km qaçışa başladım 2 gündən sonra ayağımın ağrısından dayandırdım ki ola bilsin sinirlər oyanıb deyə belədi. Sonra yenə başladım qaçışa və azaltdim 3 km e qədər. Yenə də ağrılar basliyib. Mən davamlı qaçışla məşğul olmaq istəyirəm amma bu ağrılar əlindən heçnə qaydasında getmir. Mesley verseydiz sevinerdim

  13. Dabanim çox agrayir şəhərlər dabanimi yerə basa bilmirəm .məsləhət verərdiz

  14. Salam hekim menim atamin ayaginda şiddetli agri var damarlarina da baxirsan ki cox bilinir sistem borusu kimi hele şiş gorunur .Neden ola biler bu .Zehmet olmasa cavablandirardiz

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir