Ayaq ağrıları üçün nə etməli?
Ayaqlarda şişkinlik və ağrı insanları tez-tez narahat edən əlamətlərdəndir. Şişkinlik daxili orqanların: ürək, böyrək və ya qaraciyər xəstəlikləri, eləcə də damar genişlənməsi – venaların varikozu nəticəsində meydana çıxa bilər. Həmçinin karbohidrat və duzlarla zəngin qidaların qəbulu da ayaqlarda şişkinlik törədir. Ağrılar isə damar, sinir, oynaq problemləri, o cümlədən gərgin iş fəaliyyəti ilə bağlı ola bilər.
Ayaq ağrıları, şişkinlik, quruluq üçün nə etməli? Məqalədə bu suala ətraflı cavab verəcəyik. Ayaq ağrıları ilə mübarizə aparmaq üçün bizə lazım olan bütün vasitələr hər bir qadının mətbəxində mövcuddur. Bunun üçün evə gəldikdən sonra əynimizi dəyişib, ayaqlarımıza 20-30 dəqiqə vaxt ayırmalıyıq.
Ayaq ağrıları və yorğunluq üçün nə etməli: sadə və effektiv üsullar
Sirkə. Vedrə və ya vannanı isti su ilə doldurun. Ora 1-2 damcı qab təmizləyici vasitə və 1 stəkan sirkə əlavə edin. Ayaqlarınızı həmin suya salın. 30 dəqiqədən sonra ağrı və şişkinliyin keçib-getdiyini hiss edəcəksiniz. Prosedurdan sonra ayaqları yumaq tövsiyə olunur. Əgər vanna qəbul etmək imkanınız yoxdursa, həmin suda isladılmış dəsmalı ayaqlarınıza bürüyün. Parça soyuyana qədər saxlayın.
Soda. Bu üsulun sirkədən üstünlüyü qoxunun gəlməməsidir. Vedrəyə isti su tökün. Hər 1 litrə 1/2 çay qaşığı soda əlavə edib, tam həll olana qədər qarışdırın. Ayaqlarınızı 20-30 dəqiqə bu suda saxlayın. Adi su əvəzinə düyü suyunu da istifadə edə bilərsiniz.
Corablar. Bu resept əksər insanlara tanışdır. İlin soyuq aylarında corablar daha aktual olur. Yuxuya getməzdən əvvəl ayaqlarınıza vazelin, zeytun yağı və ya losyon çəkin. Sonra pambıq corabınızı geyinib uzanın. Bu proseduru həftədə 1 neçə dəfə təkrarlamaqla ayaqlarınıza yüngüllük gətirəcəksiniz.
Ayaq ağrıları üçün nə etməli: efir yağları
Yorğun və ağrılı ayaqlar üçün efir yağları və ya onların qarışığı çox faydalıdır. Məsələn:
– nanə cövhərinin yağı ayaq ağrısını aradan qaldırır, dabandakı çatları sağaldır. Çünki o həm də antibakterial xüsusiyyətlərə malikdir;
– evkalipt, limon və nanə cövhəri yağının qarışığı ağrı və şişkinliyi azaldır, ayaqlara rahatlıq verir;
– çay ağacının yağı aşağı ətraflardakı ağırlıq hissi və şişkinliyi zəiflədir. Bu yağı suya qatıb, 20-25 dəqiqə ayaq vannası qəbul etmək olar;
– adi zeytun yağını suya damcılatmaqla, ayaqdakı çat, quruluq və narahatlıqlardan azad olmaq mümkündür.
Ayaq ağrıları üçün nə etməli: masaj və ingilis duzu
Masaj. Bu məqsədlə istehsal olunan xüsusi yağ vasitəsilə ayaqlarınızı dairəvi hərəkətlərlə masaj edin. Qısa müddətdə ağrı və şişkinlikdən azad olacaqsınız.
İngilis duzu. Bu ucuz vasitə ilə vanna ayaqlardakı yorğunluq, şişkinlik və ağırlığı geridə qoyur.
Sadalanan üsullardan istifadə edən zaman ayaq ağrıları keçib getmədikdə aptekdən Fastumgel, Kapsikam və s. kimi mazlar alıb çəkə bilərsiniz. Lakin ağrı davamlı xarakter daşıdıqda mütləq həkimə müraciət etmək lazımdır.
Salam.hekim məndə ayağda dəhşət ağrı olur və temperatur olur
Salam. Ayaqda istilik, qızartı və ağrı trombla əlaqəli ola bilər. Belə halda Doppler müayinəsindən keçmək məsləhətdir.
Hekim mende ayaqlarda damarlarda ayaq uste 3-4 olanda cox pis agrilar bawlayir gunun sonuna kimi agri cixmir nece edim yawimda 21 di
Salam. Doppler müayinəsi olunmalıdır ki, damarların vəziyyətinə baxılsın. Ona uyğun tədbir görülsün.
Belimin agrisi ayaqlarima vurur cox agridir nə edim
Salam. Nevroloqun müayinəsi məsləhətdir.
Corab harda satilir?
Damar corablarını resept əsasında apteklərdən əldə edə bilərsiniz.