Damar xəstəlikləri

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
5880
Müəllif
Paylaşılıb
16 Sentyabr 2019

Qan və limfa damarlarının quruluşu, funksiyası, xəstəlikləri, eləcə də onların diaqnostika, müalicə və profilaktikasını öyrənən tibb sahəsi angiologiya adlanır. Orqanizmdə olan bütün damarların – həm arteriya, həm də venaların patologiyalarının müalicəsi ilə damar cərrahı məşğul olur.

Damar xəstəlikləri bir neçə qrupa bölünür:

  • ürək əzələsini qidalandıran damarların aterosklerozu;
  • baş beyin damarlarının xəstəlikləri;
  • əl və ayaqları qanla təmin edən periferik arteriyaların patologiyaları;
  • dərin venaların trombozu və ağciyərlərin emboliyası – ayaq venalarında qan laxtalarının formalaşması, onların damar divarından qoparaq, ürək və ağciyərlərə yerdəyişməsi.

Arteriyaların əsas xəstəlikləri

Bu qrupa ateroskleroz, tromboz, anevrizma, diabetik makro və mikroangiopatiya daxildir.

Ateroskleroz – yağ, xüsusən də xolesterin mübadiləsinin pozulması nəticəsində arteriyaların divarlarında lövhəciklərin yaranması ilə xarakterizə olunur. Onun yaranmasında iris meyllik, piylənmə, şəkərli diabet, qeyri-sağlam qidalanma və s. rol oynayır.

Damar xəstəlikləri 1 şəkil

Tromboz – damar daxilində trombların (qan laxtaları) əmələ gəlməsi ilə müşahidə olunur. Onun inkişafı qanın laxtalanmasının artması, damar divarının aterosklerotik, iltihabi və s.mənşəli zədələnmələri ilə bağlıdır.

Anevrizma arteriyanın divarının nazilməsi və ya gərilməsi nəticəsində damarın qabarmasıdır. Buna səbəb damar divarının anadangəlmə və ya qazanılmış qüsurudur. Anevrizmanın partlaması güclü qanaxma ilə müşayiət olunur.

Diabetik angiopatiya – şəkərli diabetin təhlükəli ağırlaşması olub, qan damarlarının (xüsusən kapilyarların) zədələnməsi ilə gedir. Yerləşdiyi nahiyədən asılı olaraq, göz, ürək, böyrəklərin funksiyası pozula, ayaqlarda qanqrena yarana bilər.

Vena xəstəlikləri

Damar xəstəlikləri sırasında ən çox rast gəlinəni varikozdur. Venaların genişlənməsindən daha çox qadınlar əziyyət çəkir. Onun basilica yaranma səbəbləri aşağıdakılardır:

  • irsi meyllik;
  • hamiləlik və hormonal dəyişikliklər;
  • ayaqüstü və ya oturaq iş rejimi;
  • artıq çəki və s.

Damar xəstəlikləri 2 şəkil

Varikoz xəstəliyinin əlamətləri

  1. daha çox axşam saatlarında baldır əzələlərində ağırlıq, yorğunluq, yanğı hissi;
  2. ayaqlarda şişkinlik, gecə qıcolmaları;
  3. damar ulduzcuqları, kapilyar torları, siskin venaların nəzərə çarpması;
  4. aşağı ətraflarda dartılan, sızıldayan ağrılar.

Varikoz xəstəliyinin ağırlaşmaları             

  • tromboflebit;
  • trofik yara;
  • dərin venaların trombozu;
  • ağciyər arteriyasının tromboemboliyası – həyat üçün təhlükəli hal olub, ölümlə nəticələnə bilər.

Damar xəstəlikləri 3 şəkil

Varikoz xəstəliyinin müalicəsi

Müalicəyə başlamazdan əvvəl damar həkimi Rəngli Doppler müayinəsi aparır. USM nəticələrinə əsasən Skleroterapiya və ya cərrahi müdaxilə – lazer üsulu ilə əməliyyat təyin edilir.

Damar xəstəlikləri ilə qarşılaşmamaq üçün aşağıdakı profilaktik üsullara əməl olunmalıdır:

  • bədən çəkisi nəzarətdə saxlanılmalı;
  • aktiv həyat tərzi keçirilməli (üzgüçülük, piyada gəzintiləri və s.)
  • qanda qlükoza və xolesterinin miqdarı mütəmadi yoxlanılmalı;
  • uzun müddət ayaqüstə qalmağı planlaşdırdıqda varikoz corablar geyinilməli;
  • 50 yaşdan sonra həkim məsləhəti ilə qanı durulaşdıran preparatlar qəbul etməli.

Sonda onu da qeyd edək ki, əgər Sizdə damar xəstəlikləri ilə əlaqəli yuxarıda qeyd olunan əlamətlər varsa, sağlamlığınıza etinasız yanaşmayın. Vaxt itirmədən həkimə müraciət edin.

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir