Dərin venaların trombozu

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
1950
Müəllif
Paylaşılıb
14 Sentyabr 2019

Dərin venaların trombozu dedikdə damar daxilində qan laxtalarının – trombların yaranması nəzərdə tutulur. Bu xəstəlik ilkin mərhələlərdə simptomsuz gedir. Müəyyən müddətdən sonra insanın həyat tərzini əhəmiyyətli dərəcədə pisləşdirən əlamətlər: ayaqda kəskin ağrı, hərəkətin məhdudlaşması və s. meydana çıxır. Dərin venaların trombozu müalicə olunmadıqda ölümlə nəticələnə bilər.  

Trombların təsirindən qan axını xeyli ləngiyir. Toxumaların qida maddələri və oksigenlə təhcizatı pozulur, onlar tədricən nekroza uğrayır (məhv olur). Bir sıra hallarda damar divarından ayrılan tromb qanla ağciyər və ya ürəyə keçərək, infarkt, insulta səbəb olur. Bu patologiyalar iflic və ya ölümlə sonlana bilir. O üzdən xəstəliyin müalicəsi  gecikdirilməməlidir. 

Dərin venaların trombozunun yaranma səbəbləri

Trombozun inkişafını sürətləndirən əsas amillər aşağıdakılardır:  

  • travma ilə əlaqədar venoz divarın zədələnməsi;
  • artıq çəki;
  • hormonal preparatlar;
  • siqaret və spirtli içkilər;
  • doğuş prosesində (Qeysəriyyə əməliyyatında) ağırlaşmalar;
  • qanın sürətlə laxtalanması; 
  • sınıqlar;
  • infeksion xəstəlik.

Dərin venaların trombozu 1 şəkil

Dərin venaların trombozunun əlamətləri 

  • kəskin ağrı;
  • şişkinlik;
  • ayaqlarda ağırlıq hissi;
  • hərəkətin məhdudlaşması. 

Dərin venaların trombozunun müayinəsi 

Bu məqsədlə Rəngli Doppler müayinəsi aparılır. Erkən mərhələlərdə dərin venaların trombozu şişkinlik və dərinin rənginə əsasən aşkarlana bilər. Patologiyanın təhlükəliliyi onun başlanğıc dövrlərdə gizli getməsi ilə bağlıdır. Bu səbəbdən tromboz tədricən proqressivləşərək, ağırlaşmalara gətirib çıxarır.  

Şişkinlik bədənin aşağı hissələrində qanın toplanması nəticəsində formalaşır. Baldır və bud nahiyəsində ödem müşahidə olunur. Sonrakı mərhələlərdə toxumaların məhvi ayağın çürüməsinə və qanqrenasına gətirib çıxara bilər. Lakin bu proses bütün hallarda aşağı ətraf venalarının trombozu ilə bağlı olmur. Xəstəliyin səbəblərini dəqiqləşdirmək və düzgün müalicə üsulunu təyin etmək üçün mütləq damar həkimi-fleboloq tərəfindən aparılmalıdır. 

Dərin venaların trombozu 2 şəkil

Dərin venaların trombozunun müalicəsi

Trombozu olan xəstələrdə müalicə prosesin inkişaf dərəcəsindən asılı olaraq, konservativ və cərrahi yolla aparılır. Medikamentoz terapiya müvafiq dərman qruplarının – antikoaqulyant, fibrinolitik, trombolitik, dezaqreqantların köməyilə həyata keçirilir. 

Həyat üçün təhlükəli vəziyyətlər trombların cərrahi yolla xaric edilməsinə – trombektomiyaya göstəriş sayılır. 

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Salam. Sizdə həm damar anomaliyası, həm də varikoz yanaşı getdiyindən əsas xəstəliyin müalicəsinə üstünlük verilməlidir. Yəni belə olan halda hormonal dərmanın qəbuluna davam etməklə yanaşı, varikoz əleyhinə corab da geyinməlisiniz.

  2. Salam dr.xesdeliyimle bagli hormonol preparat qebul edirem anadan gelme ayagimda damar genislenmesi var.hormonol derman varikoza ziyandisa qebul etmesemde bu biri xesdeliyime ziyandi.bu seraitde nece elemeliyem?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir