Varikoz corablar 

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
4673
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Varikoz corablar damar genişlənməsinin profilaktikasının vacib komponenti sayılır. Həmçinin Skleroterapiya və cərrahi əməliyyatdan sonrakı dövrdə onların geyinilməsi mütləqdir. Bu damar corabları tromboflebit və varikoz damarların başqa ağırlaşmalarında da geniş istifadə olunur. 

Varikoz corablar həm venaları dəstəkləməklə müalicəvi təsir edir, həm də ayaqları şarmlı göstərir. Bəs belə corabları nə vaxtdan başlayaraq geyinmək olar? Damar corabları varikozun birinci mərhələsindən geyinilməlidir. Çünki artıq bu mərhələdə damar divarları daxildən təzyiqə məruz qalır. Ona görə də əlavə dəstəyə ehtiyac duyulur.

Bir məqam da var. Gərək corablar damarlara düzgün təzyiq etsin, əks halda venalar gərilə və varikoz düyünlər yarana bilər. Varikoz damar corabları qan dövranını normallaşdırır, venalarda tromb əmələ gəlməsinə imkan vermir. Onlar baldırı sıxaraq, ödem və əzələ ağrısını aradan qaldırır. 

varikoz corablar şəkil

Varikoz corablar yalnız qadınlar üçündür?

Məlumdur ki, varikozdan təkcə qadınlar əziyyət çəkmir. Güclü cinsin nümayəndələri – kişilər də bu problemlə tez-tez üzləşir. Corab istehsalçıları bu nüansı diqqətdən qaçırmayıb. Corabların qadınlardan başqa, kişilər üçün də nəzərdə tutulmuş modelləri vardır.

Gərək unutmayasınız ki, venaların genişlənməsində yalnız xüsusi – varikoz damar corabları istifadə etmək lazımdır. Adi corablar, hətta bahalı modellər arzuolunan nəticə vermir. Fleboloqlar varikozun profilaktikası üçün adi rezinli corablardan imtina etməyi tövsiyə edirlər. Çünki belə corablar qan dövranını daha da pozur.

Varikoz corabların satışı apteklərdə və xüsusi mağazalarda aparılır. Orta hesabla varikoz corablar qiyməti 30-150 azn arasında dəyişir. 

Varikozdan əziyyət çəkən insan elə corab seçməlidir ki, venaları sıxmasın, əksinə onlara tonus versin və qan durğunluğunun qarşısını alsın. Bunu isə adi adam edə bilməz. Belə vəziyyətlərdə mütəxəssisin köməyinə ehtiyac yaranır. Damar həkimi pasientin parametrlərini nəzərə alaraq, uyğun corab növünü təyin edir.

varikoz corablar şəkil

Varikoz corablar hansı növlərdə olur?

Varikoz corabları təyinata və təzyiq dərəcəsinə görə qruplara ayrılır. 

Təyinata görə damar corabları profilaktik və müalicəvi olur. Onları elə adından göründüyü kimi profilaktika üçün və ya cərrahi əməliyyatdan sonrakı dövrdə istifadə edirlər. Corabın təzyiq dərəcəsi atmosfer təzyiqi ilə hesablanır və kiçik olur. Belə ki, profilaktik corablar 10-12 mm c.s., müalicəvi varikoz corablar isə 20 mm c.s. təzyiq edir. 

Dəridə aşkar dəyişəkliklər olduqda I və ya II dərəcə (20 – 45 mm c.s.), venaların ciddi daxili zədələnmələrində, irsi meyillikdə isə III və IV dərəcə kompressiyalı (45 – 60 mm c.s.), hər iki ayağa eyni təzyiq edən corab təyin olunur. 

 

Unutmayın ki, fleboloq məsləhəti olmadan damar corabları almaqla öz sağlamlığınızı riskə atırsınız.

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
    1. Salam. Genişlənmiş damarlar ilk növbədə Doppler müayinəsi olunmalıdır. Sonra ona uyğun tədbir görülməlidir. Siz bu tip damarları evdə aradan qaldıra bilməyəcəksiniz.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir