Damar cərrahı

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
1674
Müəllif
Paylaşılıb
18 Oktyabr 2019

Qan və limfa damarlarının xəstəliklərinin müalicə və profilaktikası ilə məşğul olan mütəxəssis damar cərrahıdır. Onun vəzifəsi arteriya və venalarla bağlı patologiyaların həm diaqnostika, həm də müalicəsindən ibarətdir.

Damar cərrahı hansı xəstəlikləri müalicə edir?

Belə ixtisaslı həkimlərə damarla bağlı istənilən patologiyalarda müraciət etmək olar. Sadəcə kəllədaxili və koronar (ürəyi qidalandıran) damarlar istisnadır. Çünki onlar 1-ci halda neyro-, 2-ci halda isə kardiocərrahın öhdəsinə düşür.

Daha aydın desək, damar cərrahı arteriya və venaların anadangəlmə, eləcə də qazanılmış patologiyalarını aradan qaldırır. Onlara varikoz, ateroskleroz, damarda yaranan şişlər (hemangioma), arteriovenoz malformasiya və s. aiddir.

Bu mütəxəssisin pasiyentləri arasında daha çox aterosklerozlu xəstələr üstünlük təşkil edir. Belə pasiyentlərdə arteriyaların divarlarında toplanan xolesterin kütlələri qan axınının qarşısını alır. Nəticədə infakt, insult və ya qanqrena kimi hallar meydana çıxır.

Malformasiya isə arteriyalarla venalar arasında patoloji birləşmənin olmasıdır. Normada bu damarlarda axan qan bir-birinə qarışmır.

Damarlarda rast gəlinən xəstəliklər həmçinin şəkərli diabet fonunda yarana bilər. Belə vəziyyətlərdə damar cərrahı digər mütəxəssislərlə əməkdaşlıq edərək, müasir üsullarla arteriya və venaların fəaliyyətini təmin edir.

Damar xəstəliklərinin bir hissəsi orqanizm üçün bir o qədər də təhlükəli sayılmasa da, bəziləri ciddi ağırlaşmalara, hətta daxili orqanların işinin tamamən dayanmasına gətirib çıxara bilər.

Damar cərrahı həm də qopmuş qol və ayaq nahiyələrinin tikilməsi, onların funksiyasının hissəvi və ya tam şəkildə bərpası ilə məşğul olur.

Damar cərrahı foto 1

Hansı əlamətlərlə qarşılaşdıqda damar cərrahının konsultasiyası tələb olunur?   

Damar cərrahı hansı üsullarla xəstəni müayinə edir?

  • Rəngli Doppler müayinəsi (USM);
  • MRT;
  • Angioqrafiya;
  • Aşağı ətraf damarlarının dupleks sonoqrafiyası;
  • Endoskopik müayinələr və s.

Damar cərrahı foto 2

Damar cərrahı hansı yolla müalicə aparır?

Xəstəliyin səbəbi araşdırıldıqdan sonra uyğun müalicə həyata keçirilir. Burada məqsəd ağırlaşmaların qarşısını almaqla yanaşı, xəstənin həyatını qorumaqdır. Çünki bir çox damar patologiyalarının müalicəsi gecikdirildikdə ciddi fəsadlar, o cümlədən ölüm baş verə bilər. Məsələn, tromblaşma olduqda qan laxtasının istənilən an damar divarından qopub, ağciyər arteriyasına keçməsi təhlükəsi vardır. Ona görə də vaxtında mütəxəssisə müraciət etmək lazımdır.

Hazırda damar cərrahiyyəsində müasir və az travmatik üsullardan istifadə edilir. Lazer əməliyyatları ilə yanaşı şuntlama da uğurla tətbiq olunur.

Damar cərrahı nəyi məsləhət görür?

Bəzən elə vəziyyətlər baş verir ki, onların qarşısını almaq qeyri-mümkündür. Çünki genetikanı dəyişmək olmur. Məsələn, ateroskleroza irsi meyllik ən çox rast gəlinən risk amilləri sırasındadır.

Lakin korreksiya oluna bilən faktorlar da mövcuddur. Onlara sağlam həyat tərzi aiddir. Belə ki, zərərli vərdişləri olan, az hərəkətli həyat tərzi keçirən, qidalanma rasionuna diqqət yetirməyən insanların xəstələnmə ehtimalı daha yüksəkdir. Mütəxəssislər siqaret və spirtli içkilərdən imtina etməyi, idmanla məşğul olmağı, qan təzyiqini nəzarətdə saxlamağı məsləhət görürlər.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir