Ayaqlar niyə şişir?

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
5732
Müəllif
Paylaşılıb
03 Avqust 2020

Ayaq şişməsi əksər insanların qarşılaşdığı haldır. Bəs ayaqlar niyə şişir? Bu suala məqalədə ətraflı cavab verəcəyik. Həmçinin Sizə ev şəraitində şişkinliyi azaltmağın yollarını izah edəcəyik.

Ayaqlar niyə şişir? – həyat tərzi və zərərli vərdişlər

  • Oturaq və ya ayaqüstü həyat tərzi. Hipodinamiya, yəni azhərəkətlilik – qan-damar sisteminin 1 №-li düşmənidir. Bütün günü ofisdə masa arxasında oturduqda və ya iş rejimi ilə əlaqədar ayaq üstə dayandıqda (satıcı, bərbər və s.) aşağı ətraflarda venoz qan və limfa dövranı pozulur. Nəticədə varikoz yaranır.
  • Həddindən artıq duz qəbulu. Şoraba, duzlu balıq, suxari və kolbasa istifadəsi ayaqların vəziyyətinə mənfi təsir göstərir. Duz orqanizmdə mayeni ləngidərək, qanı qatılaşdırır. Belə insanlarda varikoz damar genişlənməsi, tromboflebit və təbii ki, ayaqda şişkinlik ehtimalı yüksəlir;
  • Siqaret. Nikotin qanın qatılığını artırır, damarların keçiriciliyini yüksəldir. Bu isə öz növbəsində qan dövranını pisləşdirir.

Ayaqlar niyə şişir? – hündürdaban ayaqqabı

Dar və hundurdaban ayaqqabıları xoşlayan qadınlar daim risk zonasındadır. Bu tip ayaqqabılar pəncədə qan dövranını pozaraq, ayağın aşağı hissəsinin qeyri-bərabər yüklənməsinə səbəb olur. Nəticədə qan və limfa dövranı pisləşir, şişkinlik əmələ gəlir. 

Ayaqlar niyə şişir - varikoz

Ayaqlar niyə şişir? – xəstəliklər

  • Venaların patologiyaları. Varikoz, tromboflebit, tromboz, venoz çatışmazlıq – bütün bu xəstəliklər ayaqlarda şişkinlik və qıcolmalarla müşayiət olunur;
  • Ürək patologiyaları. Ürək çatışmazlığı, hipertoniya, taxikardiya və ürək-damar sisteminin digər xəstəlikləri ayaqda şişkinlik törədə bilir.  
  • Böyrək və böyrəküstü vəzin patologiyaları. Belə xəstələrdə şişkinlik təkcə ayaqlarda deyil, üz və qarın nahiyəsində də formalaşır.
  • Qalxanabənzər vəzin xəstəlikləri. Hipotireoz (qalxanabənzər vəz hormonlarının çatışmazlığı) maddələr mübadiləsinə mənfi təsir göstərir. Maye hüceyrələrarası sahədə toplanaraq, bədənin müxtəlif hissələrində ödem törədir.  

Ayaqlar niyə şişir və onu necə aradan qaldırmalı?

Ayaqlar niyə şişir? – hamiləlik

Hamiləlikdə ayaqlarda şişkinlik qadınların tez-tez rastlaşdığı haldır. Buna səbəb bədən çəkisinin artması, hormonal fonun dəyişməsi, kiçik çanaq orqanlarında qanın həcminin artmasıdır. Bəzən ayaqda şişkinlik toksikozun əlaməti kimi meydana çıxır.   

Ayaqlar niyə şişir və bu halı necə aradan qaldırmaq olar?

  • Ayaqları hündürə qaldırıb uzanmaq. Yorğun iş günündən sonra evə gəldikdə kontrast duş qəbul edib uzanın. Ayaqlarınızın hündürdə qalması üçün onları yastığın üzərinə qoyun. Bu vəziyyətdə 30 dəqiqə qalın. Ayaqları yuxarıya qaldırdıqda venoz durğunluq aradan qalxır, şişkinlik keçib gedir.  
  • Kontrast vanna. 2 iri qabda su hazırlayın: birində su 30 dərəcə temperaturda, digərində isə sərin olmalıdır. Ayaqlarınızı növbə ilə bu qablara salıb, hər dəfə 20 saniyə saxlayın. İsti və soyuq suyun növbələnməsi venoz qapaqları məşq etdirir, qan dövranını aktivləşdirir.  

Ayaqlar niyə şişir və onun müalicəsi

Ayaqlar niyə şişir və onun qarşısını necə almalı?

  • Həkimlə əlaqə saxlayın. Ayaq şişməsi ürəklə bağlı olduqda kardioloqun, böyrək xəstəliklərində uroloqun, damarla əlaqəli hallarda isə varikoz həkiminin müayinəsi mütləqdir.  
  • Bədən çəkinizə nəzarət edin. Qida qəbulunu normaya saldıqda, artıq kiloqramlardan qurtulduqda ayaqların yüklənməsi azalır, sişkinlik itir.
  • Duzdan az istifadə edin. Duzun gündəlik norması 5 qram, yəni 1 çay qaşığıdır. Bu miqdarı aşdıqda orqanizmdə disbalans yaranır. Həkimlər gündəlik rasionda şoraba və hisə verilmiş məhsulları məhdudlaşdırmağı məsləhət görürlər.  
  • Piyada gəzintilərinə vaxt ayırın. Hər gün təmiz havada 30 dəqiqə gəzmək qan və limfa dövranını normaya salır. Gəzinti Sizə darıxdırıcı gəlirsə, onu üzgüçülük, velosiped sürmə, qaçışla əvəz edin. 
  • Damar corabı geyinin. Əgər Sizi səyahət, uzunmüddətli ayaqüstü iş rejimi gözləyirsə, o zaman varikoz corabdan istifadə edin. Bu corablar damarları qoruyur, ayaqda şişkinliyin qarşısını alır. 

Ayaqlar niyə şişir?

Məqalədə “ayaqlar niyə şişir” sualına aydın şəkildə cavab verməyə çalışdıq. Bir məqamı da vurğulayaq ki, aşağı ətraflarda şişkinlik bir çox xəstəliklərin əlaməti sayıldığından onu ev şəraitində özbaşına müalicə etmək təhlükəlidir. Fəsadlara yol verməmək üçün vaxtında həkimlə əlaqə saxlayın.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir