Damar corabları

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
9875
Müəllif
Paylaşılıb
12 Oktyabr 2019

Varikozun müalicə və profilaktikasında damar corabları geniş istifadə olunur. Onlar iri venaları sıxmaqla, damarlarda hərəkət edən qanın ümumi həcmini azaldır. Bu yolla venoz divarın yüklənməsi zəifləyir. Səthi damarlarla yanaşı, dərin venaların sıxılması kiçik damarlarda da qan cərəyanını yaxşılaşdırır. Corablar Doppler müayinəsinin nəticələri əsasında damar həkimi – fleboloq tərəfindən təyin edilir. Sıxılma dərəcəsinə görə damar corabları 4 sinifə bölünür:

  1. I sinif corablar əsasən varikozun profilaktikası üçün nəzərdə tutulur. Onlardan hamiləlik dövründə, o cümlədən ayaqlar tez-tez şişdikdə istifadə olunur. Topuqda kompressiya 18,4-21,1 mm.cv.süt. təşkil edir. Bu markalama məhsulun qablaşmasında qeyd olunur.
  2. Pasiyentdə damar genişlənməsi aşkarlandıqda həkim II sinif kompressiyanı məsləhət görür. Belə corablar orta sıxılma dərəcəsinə malik olur. Topuq nahiyəsində kompressiya 25,2-32,3 mm. cv.süt. olur. II sinif corablar dərin venalarının trombozunun qarşısını almağa kömək edir.
  3. Güclü kompressiya dərəcəsinə (36,5-46,6 mm.cv.süt.) malik damar corabları trofik pozğunluqlarla müşayiət olunan varikoz xəstəliyində geyinilir. Belə corablar trombozların sağalma prosesinə kömək edir.
  4. IV sinif (59 mm.cv.süt.>) damar corabları limfedema, o cümlədən venoz sistemin anadangəlmə anomaliyaları zamanı təyin edilir.

Damar corablarını geyindikdən az müddət sonra varikoz xəstələrinin ayaqlarındakı ağırlıq hissi və şişkinlik keçib gedir. Varikoz corablar kip olduqlarından başlanğıcda bir qədər çətin geyinilir. Lakin zaman keçdikcə insan buna öyrəşir və proses bir qədər asanlaşır.

Damar corabları şəkil 1

Damar corablarını seçərkən nələrə fikir verilməlidir?

Corab almazdan əvvəl qablaşmanın üzərindəki yazılara diqqət edin:

  • Ölçü. Damar corablarının ölçüsünü düzgün təyin etmək üçün pəncənin uzunluğu, ən dar hissədə topuğun, ən geniş yerdə isə baldırın, bundan əlavə budun yuxarı 1/3-nin dairəsi müəyyənləşdirilməlidir. Ölçü düzgün götürülmədikdə corabın müalicəvi effekti zəif olur. Bu səbəbdən qeyd olunan nahiyələr səhər saatlarında, yəni hələ ayaqlarda şişkinlik olmadıqda ölçülməlidir.
  • Sıxılma dərəcəsi. Bu məlumat damar həkiminin verdiyi reseptdə yazılır.  
  • İstehsalçı firmaCorab seçərkən bu sahədə öz sözünü deyən məşhur kompaniyalara üstünlük vermək lazımdır. Çünki onların məhsulları keyfiyyətli və zəmanətli olur.
  • Corabın qiymətiBu, bir çox faktorlardan: dizayn, material, sıxılma dərəcəsi, firmadan asılıdır. Corabların orta qiyməti 30-150 azn arasında dəyişir.

Damar corabları şəkil 2

Damar corabları: geyinilmə qaydası və onlara qulluq

Damar corabları səhər geyinilməli və yatana qədər çıxarılmamalıdır. Onları geyinərkən ehtiyatlı olmalı, dırnaqlarla corabın cırılmasına yol verilməməlidir.

Elastik geyimlər 40°С-dən yüksək temperaturda yuyulmamalı, günəş şüalarının birbaşa təsiri altında qurudulmamalıdır. Corablar paltaryuyan maşında deyil, əldə yuyulmalıdır.

 

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Salam men ikinci hamileyimi kecirdirem, damarlarim çox cixib, hansi snif Uyğundur mene? 5 aylıq hamileyem damarlarim ise ilk aylardan cixmaga başladı. Xahiş edirem cavablandirardiz, təşəkkürlər

  2. Salam.men 5ayliq hamileyem dizimin asagi hissesinde biraz qan cirkimidi birde topugumda daha coxdu.o corabdan alib geye bileremi?.hekim deyir guce dusub ayagin.varikoz genislenmesi ola bilerm?.1ci oglumda olmayib,ikinci hamileliyimdi 5ayliqdi.hele yaranibdi ayagim

    1. Salam. Qadınların əksəriyyətində təkrar hamiləlik zamanı damar genişlənməsi baş verir. Hamiləlik dövründə ayaqları Doppler müayinəsi etdirib, sonra ona uyğun varikoz əleyhinə corab geyinmək məsləhətdir.

    1. Salam. Şişkin və qabarıq damarlar corab geyinməklə keçib getmir. Belə halda corab ancaq ayaqda ağrı və şişkinliyi azaldır, amma damarın müalicəsində rol oynamır.

  3. Salam. 23 yaşım var. Mən işimlə əlaqədar gün ərzində ayaqüstdə çox oluram. Ayagimda damarlar görünür, dizimin arxasinda daha çox. Ayağım da şişir günün sonuna yaxın. Damar corabı geyinə bilərəm və hansi sinif?

  4. Salam hekim hamileyem baldir hisselerde azda olsa kapilyarlar yaranir tam damarlar cixmasada dizimin arxasindada var,1ci sinif varikoz corabi geyinmek meslehetlidir? Yoxsa bu kapilyarlar ehemiyetli deyil yeni varikoz sayilmir?

    1. Salam. Corab alarkən həm kompression sinif,yəni sıxlıq (CCL), həm də ayağınız 3 hissədə ölçülməlidir: topuq, baldır, bud. Əgər ölçünüzün M olmasından əminsinizsə, ona uyğun corab veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir