Hamiləlikdə ayaqlarda şişkinlik

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
6 dəq
Müəllif
Oxunma sayı
5529
Müəllif
Paylaşılıb
20 May 2020

Hamiləlikdə ayaqlarda şişkinlik tez-tez rast gəlinən haldır. Ona əsasən II trimetsrdə, daha dəqiq desək 5-ci ayda təsadüf olunur. Şişkinliyin gizli və aşkar formaları vardır. Aşkar ödemlər asanlıqla nəzərə çarpır: hamilə qadınların topuq nahiyələri şişir, ayaqqabı çətin geyinilir, aşağı ətraflarda corab rezininin izi qalır.

Gizli şişkinlik isə özünü gec büruzə verdiyindən burada vəziyyət mürəkkəbləşir. Ümumiyyətlə, hamiləlikdə ayaqlarda şişkinlik ilə bağlı aşağıdakı məqamlara nəzarət edilməlidir:  

  • bədən çəkisi həftədə 300-400 qramdan yuxarı qalxır;
  • topuq dairəsi həftədə təxminən 1 sm böyüyür;  
  • ifraz olunan mayenin həcmi qəbul edilən mayenin ümumi həcminin 75%-dən az olur (ölçülər adətən tibb müəssisislərində təyin edilir).

Həmçinin hamiləlikdə ödemin lokalizasiyasına da fikir verilməlidir. Ayaqlarda şişkinlik demək olar ki, gələcək anaların hamısında formalaşır. Şişkinlik yuxarıya doğru yayılmağa başladıqda, yəni qarın, sinə və üz nahiyəsinə keçdikdə dərhal həkimlə əlaqə saxlanılmalıdır.  

Hamiləlikdə ayaqlarda şişkinliyin müalicəsi

Hamiləlikdə ayaqlarda şişkinlik hansı səbəbdən yaranır?

Hamiləlikdə qadın orqanizmində bir sıra sistemlərin fəaliyyətində dəyişikliklər baş verir. Bu faktorlar toxumalarda mayenin toplanması və şişkinlik ilə nəticələnir. Ayaqlarda şişin ən geniş yayılmış səbəbləri aşağıdakılardır: 

  • Qida rasionunun dəyişməsi. Hamiləlikdə qadınların əksəriyyəti duzlu və acı ədəvalı xörəklərə üstünlük verir. Duz isə bədəndə mayeni ləngitdiyindən şişkinlik yaranır. 
  • Çəkinin artması. Uşaqlıq tədricən böyüyərək, damarları sıxır. Bu isə qanın hərəkətini çətinləşdirir. Nəticədə damarlarda təzyiq artır, mayenin toplanma ehtimalı yüksəlir.  
  • Varikoz damarlar. Qıvrım damarlarda çoxlu miqdarda qan toplanaraq, venaların divarına təzyiq göstərir. Bununla əlaqədar maye ətraf toxumalara sızır. Başlanğıcda ayaqlarda şişkinlik adətən axşama doğru yaranır. Varikozun gecikmiş mərhələlərində isə şiş bütün gün ərzində müşahidə edilir.
  • Böyrək fəaliyyətinin pozulması. Hamiləlikdə böyrək orqanizmdə dövran edən mayenin öhdəsindən gələ bilməyə bilər. Bu zaman bədəndə küllli miqdarda maye toplanır. Böyrəklər həm də qanı təmizlədiyindən, bu orqanla problemlər orqanizmin zəhərlənməsinə səbəb ola bilər.  

Hamiləlikdə ayaqlarda şişkinlik zamanı nə etməli?

Hamiləlikdə ayaqlarda şişkinlik və varikoz xəstəliyi

Varikoz – hamilə qadınların aşağı ətraflarının şişməsinin ən çox rast gəlinən səbəbidir. Hamiləlik dövründə çəkinin çoxalması, sirkulyasiya edən qanın həcminin artması, hormonal dəyişikliklər ayaq venalarına mənfi təzyiq göstərir. Nəticədə varikoz damar genişlənməsi yaranır.

Hamiləlikdə bu xəstəliyi nəzarət altına almadıqda venalar daha da qabarıq şəkil alır. Ağırlaşmalara yol verməmək üçün ilkin mərhələdə damar həkiminə, yəni fleboloqa müraciət edilməlidir. Həkim ayaq venalarının Doppler müayinəsini aparmaqla, damarların vəziyyətini qiymətləndirir. Hamilə qadınlarda varikozun heç bir müalicə üsulu – Skleroterapiya, Lazer üsulu ilə əməliyyat tətbiq edilmir. Prosesin proqressivləşməməsi üçün hamiləliyin son ayına qədər varikoz corab məsləhət görülür.

Bu corablar təkcə müalicəvi deyil, həm də profilaktik xarakter daşıyır. Belə ki, ayaq venalarında heç bir problemi olmayan qadınlarda hamiləlikdə varikozun yaranmaması üçün corab geyinilməsi məsləhətdir. 

Hamiləlikdə ayaqlarda şişkinliyin səbəbləri

Hamiləlikdə ayaqlarda şişkinlik zamanı nə etməli?

Şişkinlik ana orqanizminin yüklənməsini artırdığından ona laqeyd yanaşmaq olmaz. Ayaqlarda şişi azaltmaq üçün aşağıdakı tövsiyələrə əməl edilməlidir:  

  • Qida rasionunu normaya salmaq. Ən önəmli tədbir – duzdan az istifadə etməkdir. Rasiona sidik qovucu məhsulları (kahı, ispanaq və s.) daxil etmək faydalıdır. Həmçinin P və B qrup vitaminlərin qəbulu vacibdir. Onlar metabolizmi normaya salır, damar divarlarını möhkəmləndirirlər. Bu vitaminlər sitrus meyvələri, üzüm, giləmeyvə, alma, balıq və qara qarağatın tərkibində olur. Şirin içkiləri isə menyudan çıxartmaq məsləhət görülür. O cümlədən axşam saatlarında maye qəbulunu azaltmaq lazımdır.  
  • Fiziki aktivliyi artırmaq. Hamilələr üçün nəzərdə tutulan idman hərəkətləri damarları və ümumilikdə bədəni tonusda saxlayır. Fiziki yüklənmənin ən uyğun forması üzgüçülükdür.  
  • Ayaqları qorumaq. Hamiləlikdə hündürdaban ayaqqıbı geyinmək icazəli deyil. Gərgin iş gününün sonunda ayaqları bir qədər hündürə qaldırıb uzanmaq şişkinliyin azalmasına kömək edir. 
  • Varikoz corab geyinmək. Damar corabları ayaqlarda şişkinliyin qarşısını alan mükəmməl vasitədir. 

Hamiləliyin istənilən trimestrində ayaqlarda şişkinlik yarandıqda, bu barədə mütləq həkimlə məsləhətləşmək lazımdır. Orqanizminizə diqqət yetirin ki, övladınız da dünyaya sağlam gəlsin. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir