Varikosette kremi

Varikozun evdə müalicəsi
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
6505
Müəllif
Paylaşılıb
17 Noyabr 2019

Varikosette – trokserutin və bitki ekstraktlarından hazırlanılan kremdir. Bu vasitə kompleks təsir göstərməklə, varikozun əlamətlərini (şişkinlik, ağrı, yanğı hissi və s.) yüngülləşdirir. Ondan həmçinin bütün günü ayaq üstə qalan insanlar da istifadə edə bilər. Belə ki, Varikosette kremi aşağı ətraflarda yorğunluğu aradan qaldırır, ayaqlara rahatlıq gətirir.

Varikosette kremi hansı təsirlərə malikdir?

Kremin tərkibinə venaları tonuslandıran və möhkəmləndirən təbii komponentlər daxildir:

  • Ginkqo biloba – qan dövranını yaxşılaşdırır və iltihabı azaldır;
  • Hamamelis ekstraktı – trombları əridir, limfa axınını normaya salır;
  • At şabalıdı – kapilyar kövrəkliyini yox edir, yeni trombların əmələ gəlməsinin qarşısını alır;
  • Trokserutin və sidik cövhəri – ayaqda şişkinliyi, baldırda gecə qıcolmalarını götürür;
  • Qarğıdalı və günəbaxan yağı – damar divarını bərkidir;
  • Nanə – ayaqlardakı spazmı zəiflədir.

Varikosette kremi yorğun ayaqları sakitləşdirir, diskomfort hissini aradan qaldırır. Ayaqların estetik görünüşünü və sağlamlığını təmin edir. Bundan əlavə antitrombin sintezini stimulə edir. Venoz divarın elastikliyini artırır, qanın sirkulyasiyasını yaxşılaşdırır. Həmçinin bu vasitə iltihabəlehyinə və damargenişləndirici xüsusiyyətlərə malikdir. Sadalanan təsirlərin hesabına ayaqlarda qıcolma, şişkinlik və ağrı aradan qalxır. Venaların deformasiyası azalır.

Varikosette kremi foto 1

Varikosette kremi necə istifadə olunur?

Kremin müsbət təsir göstərməsi üçün istifadə qaydasına əməl etmək lazımdır:

  • Ayaqlarınızdakı corab və kolqotkanı çıxardıqdan sonra təxminən 10 dəqiqə gözləyin;
  • Varikoz damarların olduğu hissəyə kremi dairəvi hərəkətlərlə yeridin;
  • Preparatın dəriyə tamamilə hopmasını gözləyin;
  • Ehtiyac varsa varikoz corabı geyinin;
  • Proseduru gün ərzində 1-2 dəfə təkrarlayın.

Kremi apteklərdən əldə edə bilərsiniz. Onun qiyməti 30-37 azn arasında dəyişir. Varikosette damar genişlənməsi zamanı qəbul edilən preparatlarla birgə tətbiq oluna bilər. Bu zaman təsir kompleksşəkilli olur.

Varikosette kremi foto 2

Lakin onu da qeyd etmək lazımdır ki, Varikosette kremi yalnız varikozun ilkin mərhələlərində və profilaktika məqsədilə effektivdir. Xəstəliyin irəliləmiş dövrlərində bu preparat sadəcə əlamətləri yüngülləşdirir. Genişlənmiş venalara birbaşa təsir göstərilmədiyindən varikoz öz inkişafını davam etdirir.

Belə hallarda vaxt itkisi damar genişlənməsinin ağırlaşmasına, yəni tromboflebit, trofik yara kimi fəsadların formalaşmasına gətirib çıxara bilər. O üzdən ayaqda damar ulduzcuqları, ağrı və şişkinliklə qarşılaşdıqda vaxt itirmədən fleboloqa müraciət etmək lazımdır. Damar həkimi Doppler müayinəsinin köməyilə venaların vəziyyətini dəyərləndirir və uyğun müalicə üsulu təyin edir. Bu yolla Siz sağlamlığınıza təhlükə törədən halların qarşısını ala bilərsiniz.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Salam doktor mende de varikoz var evvel aqri yox idi indi ise aqrida var estetik gorunusdede biruze verib.2 defe dopler olunub.mualice almamisam.sadece cox ayaquste oluram.cikl dovrunde ise goyerir aqri verir.hansi proses olumalidi

    1. Salam. Varikozun yaranma səbəblərindən biri də ayaqüstü işdir. Əgər təkcə nazik venalar genişlənibsə, o zaman prosedurlar – Skleroterapiya və ya Kriolazer aparıla bilər.

  2. Salam həkim mənim ayaqlarımda damarlarda ağrıdan çox qaşınmadan əziyyət çəkirəm hətta qan çıxana qədər qaşıyıram həkimə heç getməmişəm nə edə bilərəm hara müraciət etmək lazımdır ev şəraitində müalicəsi varmı bir məsləhət verin çox xahiş edirəm.

  3. Salam.Mende de eynile kapilyar damar prablemi yaşanir.hardasa 4. 5 ildi..Is seraiti. ve hamilelikde buna daxildir.Men hekim qebulunda olmusam.Ns klinikasinda.orda Xanim hekim meslehet gormedi mualice ise yazmadi..dediki.eger yeniden hamilelik kecirdersen onda tekrar yaranar.Skleroterapiya. deyesen rengli doppler muayine eledi..Basqa ne ede bilerem..Yene hekim qebulina getmeliyem?.Ve Sizde unvan falan varmi.Yonlendiresiz bizi.

    1. Salam. Bəli, hamiləlik dövründə yeni damarlar yarana bilər. Ona görə planınızda hamiləlik varsa, kapilyarların təmizlənməsini doğuşdan sonraya saxlayın. İri damarlar varsa onu hamiləlikdən öncə təmizləmək lazımdır. Bununla bağlı Bakı Flebologiya mərkəzinin damar həkimlərinə müraciət edə bilərsiniz. 055 373 22 11

  4. Salam həkim məndə damarlar hamiləlikdə çıxmışdı doopler elətdirdim tromp yoxuydu sadəcə damar genişlənməsiydi doğuşdan sora getdi 2ildi olmurdu indi yenidən çıxır nə edə bilərəm?

    1. Salam. Qadınların əksəriyyətində varikoz damarlar hamiləlik zamanı yaranır. Müalicə olunmadıqda xəstəlik proqressivləşir. Sizin halınızda yenidən Doppler müayinəsi və damar həkiminin qəbulu məsləhətdir.

    1. Salam. Qadınların əksəriyyətində varikoz venalar hamiləlikdən sonra yaranır. Belə venaları ev şəraitində kremlə aradan qaldırmaq olmur. İlk növbədə Doppler müayinəsi və sonra uyğun müalicə məsləhətdir.

    1. Salam. Bu tip kremlər sadəcə ayaqda şişkinlik və ağrını zəiflədir. Damara təbii ki, təsir göstərimir. Yəni onları çəkməklə damar itmir. Genişlənmiş, nazik damarlar yalnız Skleroterapiya, Kriolazer üsulları ilə aradan qalxır.

      1. Salam. Varikoz ağrısını necə müalicə etmək olar. Bidəki bu ağrı dayanmır,ama həkimə getmişəm. Rentgennən kećilib. 2 3 dənə derman yazilib. Bideki revanel gel falan alınıb. Mualice 1 heftedi evde gedir. Ama xeyri yoxdu. Saat 3 4ə kimi ağrımır ama sonradan ağrı başlıyır. Çox şiddətli ağrıyir. NƏSƏ MƏSLƏHƏT GÖRƏ BİLƏRSİNİZMİ?

        1. Salam. Varikoz xəstəliyi rentgendə bilinmir. Aşağı ətraf damarlarının vəziyyətini qiymətləndirmək üçün Doppler müayinəsindən keçməlisiniz. Ağrı damar mənşəlidirsə, ona uyğun müalicə aparılmalıdır. Varikoz xəstəliyi evdə dərmanla müalicə olunmur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir