Ayaq damarlarının doppleri
Ayaq damarlarının doppleri – varikozun müasir diaqnostika üsuludur. Onun tam adı ultrasəs doppleroqrafiyadır. Bu üsul damarların vəziyyətini yüksək dəqiqliklə qiymətləndirməyə imkan verir. Onun köməyilə varikoz damar genişlənməsi, tromblar üzə çıxarılır və xəstəliyin qarşısını almaq üçün tədbirlər görülür.
Ayaq damarlarının doppleri qan dövranı pozğunluqlarını, arteriya və venalarda iltihab, tromb əlamətlərini aşkar etməyə imkan verir. Müayinə prosesində damarların keçiriciliyi, forması, diametri, trombun ölçüləri barədə tam məlumat əldə olunur.
Ayaq damarlarının doppleri hansı üstünlüklərə malikdir?
– ağrısız;
– təhlükəsiz;
– qeyri-travmatik.
Müayinə cəmi 10-15 dəqiqə çəkir. Sonda həkim Dopplerin nəticəsini yazılı şəkildə pasiyentə təqdim edir.
Ayaq damarlarının Rəngli doppleri hansı hallarda göstərişdir?
- ayaqda şişkin venalar, damar ulduzcuqları, kapilyar torları
- aşağı ətrafda qəhvəyi ləkələr, trofiki yara
- bud və baldırda şişkinlik, ağrı, ağırlıq hissi
Yuxarıda sadalanan əlamətlərdən ən azı biri ilə qarşılaşdıqda damar həkimi – fleboloqa müraciət etmək lazımdır.
Kimlərə ildə 1 dəfə ayaq damarlarının doppleri məsləhətdir?
Ümumiyyətlə, damar genişlənməsi üzrə risk qrupuna daxil olan şəxslərə profilaktik məqsədlə ildə 1 dəfə Doppler müayinəsindən keçməlidir. Bu qrupa aşağıdakı insanlar daxildir:
- yaxın qohumları varikozdan əziyyət çəkən, yəni irsi meyilliyi olan
- ayaqüstü və yaxud əksinə, oturaq işlə məşğul olan (müəllimə, parikmaxer, aşbaz, cərrah, satıcı və s.)
- artıq çəkiyə malik olan
- çanağı sıxan dar geyimlər (korset) və hündürdaban ayaqqabılar geyinən qadınlar
Profilaktik müayinə sayəsində varikoz ilkin mərhələdə aşkarlanır və erkən dövrdə müalicə aparmaqla onun fəsadlaşmasına yol verilmir.
Ayaq damarlarının Rəngli doppleri necə aparılır?
Müayinə ağrısız keçir və xəstəyə heç bir diskomfort törətmir. Ona xüsusi hazırlıq tələb olunmur. Bunun üçün pasiyent ayaq üstə dayanır, həkim onun ayaqlarına xüsusi gel çəkir və müayinəyə başlayır.
Müasir aparatlar həkimə həm iri, həm də ən xırda damarların vəziyyəti barədə dəqiq fikir yürütməyə imkan verir. Müayinənin nəticəsinə əsasən varikozun müvafiq müalicə üsulu (Skleroterapiya, Lazer üsulu) seçilir.