Ayaq-baldır ağrısı
Aşağı ətrafda ağrı qəfildən yaranaraq, tədricən itə və bir müddətdən sonra yenidən qayıda bilər. Ayaq-baldır ağrısı müxtəlif səbəblərdən baş verir:
- Həddindən artıq fiziki gərginlik;
- Yastıpəncəlik;
- Varikoz xəstəliyi;
- Travma;
- Baldır venalarının trombozu;
- Ayaq arteriyalarının aterosklerozu və s.
Baldır ağrısı yorğunluq və ya zədələnmə fonunda meydana çıxarsa, bu narahatlıq bir neçə saat, bəzən isə 2-3 gün ərzində keçib gedir. Ağrının daimi xarakter daşıması ciddi xəstəliklərdən xəbər verir. Təhlükəli fəsadların baş verməməsi üçün mütləq həkimə müraciət etmək lazımdır.
Yastıpəncəlikdə ayaq-baldır ağrısı
Yastıpəncəlik – ayağın alt hissəsinin qeyri-düzgün anatomik forması, yəni onun boylama və köndələn tağının qalınlaşması ilə xarakterizə olunur. Bu zaman pəncə yeriş zamanı normal funksiyasını yerinə yetirə bilmir.
Nəticədə baldır və pəncənin əzələ-bağ aparatı əlavə yüklənməyə məruz qalır. İnsan yeridikdə ayaqlarında ağrı və yorğunluq əmələ gəlir. Adətən günün sonunda uzandıqda, yəni istirahət etdikdə bu tip ağrılar aradan qalxır.
Varikoz xəstəliyində ayaq–baldır ağrısı
Damar genişlənməsi zamanı venalarda durğunluq yaranır, qan axını pozulur. Ayaqlarda şişkinlik, ağrı müşahidə olunur. Xəstəliyin erkən mərhələlərində ayaqları bir qədər hündürə qaldırdıqda və ya damar corabları geyindikdə venoz axın normallaşır. Bununla əlaqədar ayaq-baldır ağrısı yox olur.
Varikoz xəstələri yeridikdə və ya velosiped sürdükdə qan dövranı stimulyasiya olunduğundan, durğunluq azaldığından əlamətlər zəifləyir.
Venaların trombozunda ayaq-baldır ağrısı
Venoz tromboz səthi və dərin olur. Səthi forma üçün dərialtı venalar boyunca qızartı və ağrı xasdır. Dərin venaların trombozu isə həyat üçün təhlükəli hal olub, damar həkiminin müdaxiləsini tələb edir. Xəstəliyin bu formasına varikozlu insanlarda, həmçinin travma, cərrahi əməliyyat keçirən şəxslərdə, o cümlədən hormonal kontraseptivlər qəbul edən qadınlarda rast gəlinir.
Aşağı ətraf arteriyalarının aterosklerozunda ayaq-baldır ağrısı
Ayaq arteriyalarının müxtəlif xəstəliklərində baldır əzələlərinə qan axını pisləşir. Oksigen və qida maddələrinin təhcizatı azaldığından əzələlər tez yorulur. Bu da özünü ayaqda qıcolma, ağrı hissi ilə büruzə verir. Xəstə yol gedərkən dayanıb fasilə verməyə məcbur qalır. Bir neçə dəqiqədən sonra ağrı keçsə də, hər dəfə eyni uzunluqda məsafəni qət etdikdə insan yenidən dayanmalı olur. Damar cərrahına vaxtında müraciət edilərsə, belə şikayətləri azaltmaq, hətta tamamən yox etmək mümkündür.
Ayaq-baldır ağrısı zamanı nə etməli?
İlk növbədə ayağa sakit vəziyyət verilməli, imkan daxilində aşağı ətraf hündürə qaldırılmalıdır. Ağrını zəiflətmək məqsədilə ibuprofen və ya natrium-naproksen tərkibli preparatlardan istifadə etmək olar. Lakin bu müalicə üsulu deyil. Ağrının səbəbini üzə çıxarmaq üçün mütləq həkim müayinəsindən keçmək lazımdır. Yalnız bu mərhələdən sonra müvafiq müalicə aparıla bilər.
Salam doktor menim sag ayagimda yeni baldirimda agrilar coxalib. Cox hereket elemirem sadece ev iwlri, neden ola biler?
Salam. Ayağınızda şişkin damar varsa, onunla bağlı ola bilər.
Həkimə muraciət edin
Salam Doktor.Menim ayaqlarimda agrilar hedden artiq coxdur,gun erzinde isimin coxu ayaqustu ve gezmeli olduguma gore ayaqlarim gun erzinde cox agriyir.Texminen gune 25.000 addim bezen de ondan cox gezmeli oluram( işime gore) topuqlarin ust hissesinde damarlar da gorunur.Bunlar varikozun elameti ola bilermi?
Salam. Bəli, ağrı varikozla da əlaqəli ola bilər.
Hekim zehmet olmasa nomre qoyun bura gelim muayine edin
Salam. Əgər ayağınızda varikoz damarlar varsa, 055 373 22 11 nömrəsinə yazıb, müayinəyə gələ bilərsiniz.
Salam butun kom. Oxuyuram hec kime bir derman ve yaxudda turkecare usullarlada olsa bir care demirsiz A.Huseynova xanim bu insanlarin siz hekimlere ehtiyaci var ki size muraciet edir hal hazirda menim ayaqlarimda berk agrilar var diklofenak tab. Atiram muveqqeti sakitlesir lakin yene agrilar gelir ne ede bilerem cox xahiw edirem bir mualice usulu diyesiz
Salam. Bəli, düz vurğulayırsınız. Biz burada heç kimə konkret müalicə üsulu və ya dərman demirik. Çünki bu tibb qanunlarına ziddir. Xəstəni görmədən, onun vəziyyətini canlı şəkildə araşdırmadan, müayinə etmədən kor-koranə dərman təyini çox ciddi fəsadlara gətirib çıxara bilər. Məsələn, Siz evdə diklofenak qəbul edirsiniz. Amma ağrılarınız keçmir, düzdür? Nəyə görə? Ona görə ki, bu dərmanı qonşu və qohumların söylədiklərinə əsasən içirsiniz. Əslində isə hər bir preparatın əks-göstərişləri və yan təsirləri vardır. Buna ciddi yanaşmaq lazımdır.
Salam, həkim. iki aydan çoxdur ki, ayaqlarlm.şiddətli ağrlylr. Əsas sol ayaq. Çombələtmə otura bilmirəm diz ağrllarlma görə. Hərdən sol ayağlm çanaq hissəyə qədər agrlylr. Travmatoloqa müraciət etdim. Rentgen edildi. Heç nə askar olunmadl. Onuda deyim sol ayağlmda diz və aşağl hissədə şiş var. Nədən ola bilər. Hal hazırda D3 qəbul edirəm. Xahiş edirəm dərman deyin bəlkə agrllarlm keçə.
Birdə beldən aşağı tutaq ki isti olur, adyall goturəndə qəribə gizilti uyuşma olur
Salam. Travmatoloq müayinəsində heç bir patologiya aşkar olunmayıbsa, ağrılara görə nevropatoloqa müraciət edin. Ağrının səbəbi tapılmalıdır ki, narahatlıqlarınız keçib getsin.
Salam mənim anamın ayağı artığ 2.3 gündürki durmadan ağrıyır və ən cox baldır hissəsində şiddətli ağrıları var deyirki baldırında sanki nəsə düyünlənib və durmadan hərəkət edir müxtəlif dərman preapratlarından istifadə etsəydə xeyri yoxdu xahiş edirəm bir əlac deyəsis.Allahh bütün xəstələrə şəfa versin
Salam. Baldır hissəsində şişkin damar görünür?
Salam bi aya yaxındır ki menim baldırım ve topuqdan yuxarı hisslərim agriyir sizcə nedendir
Salam. Ayağınızda şişkin damarlar var?
Salam həkim. Mənim hər iki ayagımın topugun arxası şişib. Pəncəni arxaya dartanda agrı verir amma sakitləşir, yeriyəndə agrıyır. Çömbəltmə otura bilmirəm. Mənə ev şəraitində müalicə istiyirəm. Aptek dərmanları ilə həmçinin.
Salam. Bu problemi ev şəraitində kor-koranə müalicə etmək olmaz. Siz travmatoloqa müraciət edin, müayinə etsin.
Salam hekim
Yoldaşımın futbol oynuyanda diger oyunçuyla ayağları bir birinə deyib möhkəm, çaşıb duzlu su qoyub buz qoymalıymış,şişib ayağı yeriyəndə ağrımır voltaren gel çəkirəm şişin yatmağı üçün nə edə bilərəm
Salam. Zədə hallarında şişkinlik artırsa, müayinə aparılmalıdır ki, vətər və əzələlərin vəziyyəti yoxlanılsın.
Salam həkim. Mamamin 61 yaşı var. Bir neçə ildi ayaqlarinın baldır hissesi çox agriyir. Oturanda , uzananda dahada cox artir.
Salam. Baldırında şişkin venalar var?
Salam menim ayagimda 2 hefteden coxdur agrilar emele gelib. Sebebini bilmirem. Agri yorgunluq agrisi kimidir amma siddetli. Sizce se ebi nedir ve ne ede bilerem. Revmatizmam yoxdu, ayagimda siskinlik yoxdu. Önceden tesekkurler.
Salam. Ayaq ağrılarının səbəbi müxtəlifdir: sinir, oynaq, damar və s. Onu ancaq müayinədən sonra bilmək olur.
Salam menim ayaglarim geceler agriyir baldir hissem.yangin olur isti olur ayag etimi elebil icinden kesiller.soyuq qoyan kimi sakitlesir.zehmet olmasa fikir bildirin
Salam. Həmin hissədə şişkin damar, yəni varikoz düyünlər var?
salam. menim her iki ayaq baldirimda, 3,4 ildirki hokme agri var, ve hec vaxtda kesmir agrilar. iwim vuxadnoysuz daimadir, virus a gore, iki gun evde qaldim, yaxwi istirahet etdim, ayagimin agrisi azca azaldi, widdetli agri qaldi yene. hekimlere inamim olmadigina gore, hec yerede getmemiwem. bilsemki meni mualice edersiz,ayaq agrilarim kecer. elaqe saxliyim sizle.
Salam. Mən nevropatoloq deyiləm. Siz bu mütəxəssisə müraciət edin. İnamsızlığa gəlincə Siz bir addım atın, sonra özünüz fikir bildirin. Əsassız mühakimələrə görə müalicədən imtina etməklə, xəstəliyinizi daha da dərinləşdirə bilərsiniz.
Salam, sag ayaqda idman zamani hundurluye tullanarken ayagin ashagi hissesinde qalin sumuk sanki sizildayir, 15 degige sonra kechir, amam her defe idmandan sonra tekrarlanir, ne ile elaqedar ola biler
Salam. Travmatoloqa müraciət edin ki, ağrının səbəbi üzə çıxarılsın.
Salam.daban ağrısına ne etsem.kecer????
Salam. Baxmaq lazımdır bəlkə şpora var?
Salam.mende ayaq baldiri geceler agrimaga basliyir.sumukler sizildayir.yatamaga imkan vermir.daha cox yaz yay ayalarinda olur.bununla yanasi ayaqda yanmalarda basliyir.
Salam. Revmatoloji sınaqlar vermək lazımdır ki, oynaqlarla bağlı problemlər üzə çıxsın.
Salam mənim yoldaşımın ayağı ağrıyır və biraz şişib 1 həftədir heç bir tramva olmayıb həmdə qızdırması da düşmür sizdən rica edirəm köməklik göstərəsiniz
Salam. Müayinə etməmiş diaqnoz qoymaq olmaz axı. Xəstəyə baxılmalıdır, ona uyğun müalicə aparılmalıdır.
Hekim menim ayaq baldir damarlarimda agrilar olur sanki damarlar berkimiwdi daw kimi olmuwdu sora biraz acilib ama indide yene agrilar var sanki duyunnewib yumru bir wey baldirimda.kecib geden wey deil bu?
Salam. Doppler müayinəsindən keçmisiniz?
Salam men ayaquste cox gezende ayagim cox agriyir. Hansi krem ceksem ayagimi agrisi azalar?
Salam. Krem sadəcə ağrını azaldır, siz problemi kökündən həll edin ki, ağrı yenidən yaranmasın. Bunun üçün həkimə müraciət edin, müayinədən keçin.
Salam. Menim ayagim topuq hisse dehset agriyir. Ayagimi yere basa bilmirem. Guc bir hisseme dusur deye her ikisi agrimaga baslayir. Agrini hec cur basa sala bilmirem. Texmini 1 hefte olar beledi. Ayagimi basanda topuq hissede damarim agriyir dabanim agriyir. Baldir hisseye verir agri. Qicolmalar olur. Neden ola biler. Yixilmamisam hec burxulma da olmayib. Maqazine dusende yeridiyim yerde ayagimda sizilti kimi agrilar basladi
Salam. Ağrı topuq və daban hissədədirsə, siz travmatoloqun qəbuluna yazılın.
Salam butun kom. Oxuyuram hec kime bir derman ve yaxudda turkecare usullarlada olsa bir care demirsiz A.Huseynova xanim bu insanlarin siz hekimlere ehtiyaci var ki size muraciet edir hal hazirda menim ayaqlarimda berk agrilar var diklofenak tab. Atiram muveqqeti sakitlesir lakin yene agrilar gelir ne ede bilerem cox xahiw edirem bir mualice usulu diyesiz
Salam Həkim, 1 aydan çoxdu geceler baldırım birden başlayır ağrımağa hardasa 5 10 dəq agrıyır, yuxuduan durub ağlayıram ağrısınıa o dərəcəyə gəlir həmdə elə bilirəm dartılır. Əsasən sol ayağımda olur.7 aylıq hamiləliyim var ondan ola bilər? Ama bundan öncəki hamiləlikdə olmayıb belə bir şey. Baldır hissemde damar görünmür sadece 1 dənə balaca cuzi görünən var. Ama topuq tərəfdə xirda qırmızı damarlar əmələ gəlib çoxalıb
Salam. Hamilələrdə ayaqlarda gecə qıcolmaları olur. Bu mineral çatışmazlığı ilə bağlı ola bilər Ginekoloqunuza müraciət edin, uyğun dərman təyin etsin.