Detralex

Varikozun evdə müalicəsi
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
25123
Müəllif
Paylaşılıb
06 Avqust 2019

Detralex – varikoz damar genişlənməsində tez-tez təyin olunan dərmandır. Bəs Detralex nədir və necə təsir göstərir?

Damar genişlənməsi probleminin həllində müasir təbabət həkimlərin ixtiyarına böyük bir dərman arsenalı verir. Bu preparatlar arasında həkim-fleboloqların üstünlük verdiyi məhz venotoniklərdir. Onlar venaların tonusunu artırır, venoz qan dövranını yaxşılaşdırır, ayaqlardakı ödem və digər narahatlıqları azaldırlar. Detralex dərmanı da bu qrup preparatlara aid olunur.

Detralex haqqında ətraflı danışmazdan əvvəl onu qeyd edək ki, preparat 2 dozada buraxılır – Detralex 500 mg və Detralex 1000 mg.

500 mq dozada istehsal olunan Detralex tablet 450 mq diosmin və 50 mq hesperidindən ibarətdir. Detraleks 1000 mg isə həm suspenziya, həm də tablet şəklində buraxılır, tərkibindəki təsiredici maddə ikiqat dozada olur.

detralex şəkil

Detralex 500 mg, yoxsa Detralex 1000 mg…. hansı üstündür? 

Qeyd olunan dozalar Detralex haqqında müəyyən qədər anlayışın formalaşmasına imkan verir. Belə ki, 1000 mq-lıq preparatın dozası 2 dəfə çoxdur. Müalicə zamanı pasient hər gün 1000 mq aktiv maddə qəbul etməlidir. Yəni Detraleks 500 mg almısınızsa, 2 tablet; yox əgər digər dozanı seçmisinizsə, 1 tablet içməlisiniz.

İkinci nüans – hər iki dozalı Detralex qiyməti ilə də fərqlənir. 500 mq-lıq dərman o birindən daha ucuzdur: orta hesabla № 30 – 8 AZN, № 60 isə 16 AZN olur. Qiymət barədə danışırıqsa, gərək onu da vurğulayaq ki, preparat Fransa istehsalıdır və qablaşması kifayət qədər bahalıdır. Bu da satışa təsirsiz ötüşmür. Başqa sözlə desək, Detraleks qiyməti ilə həm də öz istehsalıçısının keyfiyyətə verdiyi dəyəri göstərir.

Detralex varikoza necə kömək edir?

Hər iki dozalı preparatın tərkibi eyni olduğundan Detraleks dərmanı haqqında çoxlu ümumiləşdirmələr edə bilərik. Preparatın aktiv komponentləri venotonik və angioprotektor (damar qoruyucu) təsir göstərir. Onlar:

  • venoz durğunluğu aradan qaldırır;
  • limfa axınını və qan dövranını yaxşılaşdırır;
  • ödemi və venaların genişlənməsini azaldır;
  • qanın reoloji xüsusiyyətlərini – qatılığını normallaşdırır;
  • venaların tonusunu artırır;
  • iri və kiçik diametrli damarların keçiriciliyini azaldır;
  • venaların divarlarında mübadilə proseslərini aktivləşdirir;
  • zədələnmiş damarları bərpa edir;
  • venaların qanla dolmasını normaya salır.

detralex şəkil

Bütün bu sadalanan təsirlərə əsaslanaraq, preparatın hər iki dozasını varikozun istənilən təzahürlərində – ayaqlarda şişkinlik, qıcolmalar, ağrı, ağırlıq hissi, damar ulduzcuqları, dərinin trofik dəyişiklikləri, venoz mənşəli trofik yaralarda istifadə edirlər. Şəkərli diabetdə də Detraleks istifadə etmək olar.

Bu məqalədə əksər insanları maraqlandıran Detraleks nədir sualına kifayət qədər geniş cavab verməyə çalışdıq. Amma hər bir halda unutmayın ki, istifadə müddətində dərmana qarşı allergiya, yəni həssaslığın artması baş verə bilər. Bu özünü zökəm əlamətləri və selik ifrazının artmasından tutmuş həzm və tənəffüs orqanlarının problemlərinə qədər dəyişkən formalarda göstərə bilər.

Ona görə də allergiya əlamətlərini hiss edən kimi damar həkimi ilə məsləhətləşib, dərmanı daha təhlükəsiz venotoniklə əvəzləyin.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir