Ayaqda göyərmə

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
37495
Müəllif
Paylaşılıb
20 Avqust 2019

Ayaqda göyərmə sağlamlıqla bağlı problemlərdən xəbər verir. Belə ləkələrin tez-tez təkrarlanması problemin ciddiliyinə işarə edir. Ayaqda göyümtül ləkələr bir çox səbəblərdən yarana bilər:

  • Açıq rəngli, nazik dərinin təzyiqə, isti və ya soyuğa məruz qalması;
  • Varikoz damar genişlənməsi;
  • Vitaminlərin, xüsusən də C və P vitamini çatışmazlığı. Belə vəziyyətlərdə damarlar kövrəkləşir – dərialtı qanaxmalar meydana çıxır. Vitamin çatışmazlığında göyərmə təkcə ayaqlarda deyil, bütün bədəndə rast gəlinir.
  • İrsi qan xəstəlikləri – “hemorragik diatezlər”. Bu xəstəliklər zamanı daim dəridə göy ləkələr aşkarlanır. Gedişat boyunca ciddi qanaxmalar baş verə bilər.
  • Hepatitlər;
  • Şəkərli diabet;
  • Leykozlar;
  • QİÇS (SPİD);
  • Hamiləlik və doğuşlar;
  • Qeyri-düzgün qidalanmaq;
  • İdmanla məşğul olmaq və s.

Ayaq dərisinin göyərməsi bəzən qaçışla məşğul olan insanlarda da müşahidə edilir. Bu, ayaqlara düşən yükün nəticəsidir. Belə ki, ayaq damarlarının yüklənməsi zəifləmiş damar divarının cırılmasına səbəb ola bilir. Bəzi hallarda problem damar divarı ilə deyil, qanın qatılığının az olması ilə bağlıdır.

Hamiləlik dövründə isə ayaqda göyərmə aşağıdakı səbəblərlə əlaqəli olur:

  • Çəkinin çoxalması nəticəsində ayaqların yükünün artması;
  • Ana orqanizmində bəzi maddələrin çatışmazlığı;
  • Hormonal fonun dəyişməsi.

Hormonal disbalans klimaks dövründə də belə bir problemlə üzləşməyə şərait yarada bilər.

Ayaqda göyərmə şəkil

Ayaqda göyərmə – varikozun ağırlaşması

Venoz divarın zəifləməsi və qapaqların fəaliyyətinin pozulması damarların genişlənməsinə, eləcə də ayaqlarda xroniki venoz durğunluğa səbəb olur. Nəticədə genişlənmiş damarlarda təzyiq yüksəlir. Bununla əlaqədar qan ətraf toxumalara sızır, sonda göyərmə, ayaqlarda şişkinlik əmələ gəlir.

Qadınlar hündürdaban ayaqqabılardan, dar geyimlərdən çox istifadə etdikdə ayaqlar həddindən artıq yüklənməyə məruz qalır. Bu da venalarda durğunluğa gətirib çıxarmaqla, xəstəliyin gedişini bir az da dərinləşdirir.

Bəzən dəridə hətta qəhvəyi ləkələr də görünə bilər. Ayaqda yaranan belə ləkələr prosesin ağırlaşmasından xəbər verir; onlar trofik yaranın əlaməti hesab olunur.

Ayaqda göyərmə ilə mübarizə

Göyərmə ilə mübarizənin yollarını axtarmazdan əvvəl nəzərə almalısınız ki, bu problem göründüyü qədər sadə olmaya bilər. Bundan başqa, simptomun səbəbini araşdırmaq lazımdır ki, müalicə də məhz həmin problemin həllinə yönəlsin. Əks halda əldə etdiyiniz nəticə müvəqqəti olacaq. Ona görə də ən doğru seçim savadlı mütəxəssisə müraciət etməkdir.

Bəs göyərməni nə aparır? Dəridə belə ləkələrin formalaşmaması, əgər artıq yaranıbsa onların sağalması üçün birinci növbədə qan damarlarının vəziyyətini və qanın xüsusiyyətlərini normallaşdırmaq, iltihabı aradan qaldırmaq lazımdır.

Ayaqda göyərmə şəkil

Göyərməyə qarşı dərman seçərkən həmin preparatın qan dövranını yaxşılaşdırmasına çalışmaq lazımdır. Qan dövranı normallaşarsa, qan ətraf toxumalara sızmaz, ödem və göyərmə də yaranmaz.

Ayaqda göyərmə varikozla əlaqəli olduqda isə mütləq damar həkimi – fleboloqa müraciət etməlisiniz. Çünki yalnız mütəxəssis hər kəsin xəstəliyini fərdi qiymətləndirə və səhhətinə uyğun müalicə taktikası seçə bilər.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Qizimin 11 yasi var her iki ayaginin bud hissesinde qirmizi xetler emele gelib.Bunun sebebi ne ola biler udman herekleri cox edir onan ola bilermi.Arada agriyir deyir hemin hisse

  2. Salam.Menim ayagimda ve qolumda var goyermeler.En cox ayagimdadir.Evvel sepki kimi olur sonra baslayir goyermeye.Sebeb ne ola biler? Neden analiz vermeliyem ilk once

  3. Menim ayagimda bele goyerməler olur,evvel ele bilirdim cox ayaqüstə olmaqdandir,lakin indi cox ayaquste olmuram amma yene yaranir neden ola biler?

  4. Men 9 ay evvel qeyseriyye emeliyyati oldum. Dogus prosesi problemli oldu. Bu 9 aydi ki iki ayagimdada bud nahiyyesinde tund reng goyerme var. Ne cekilmir goyertisi ustelik bezen dehsetli agri verir. Karantin seraitine gorede hekime gede bilmirik.

    1. Salam. Göyərmə kapilyarların partlaması ilə bağlı ola bilər. Ev şəraitində diaqnoz qoymaq olmaz. Ayaq damarlarının Doppler müayinəsi aparılmalıdır.

    1. Salam. Qadınların əksəriyyətində varikoz damarlar hamiləlik zamanı yaranır. Sizin halınızda yenidən Doppler müayinəsi və damar həkiminin qəbulu məsləhətdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir