Kapilyar damarların müalicəsi

Varikoz müalicəsi
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
2955
Müəllif
Paylaşılıb
04 Dekabr 2019

Yer üzündə hər 10-cu insan varikoz xəstəliyindən əziyyət çəkir. Onların əksəriyyəti 30-60 yaşlı qadınlardır. Varikozun ilkin əlaməti ayaqda damar ulduzcuqlarının və torların yaranmasıdır. Çox zaman bu təzahürlər aşağı ətraflarda ağırlıq, şişkinlik və ağrı hissi ilə müşayiət olunur.

Belə hallara sadəcə kosmetik qüsur kimi yanaşmaq olmaz. Çünki zamanla proses dərin venaları da əhatə edərək, ciddi fəsadlara – tromboflebit, trofik yara və s. yol aça bilər. Kapilyar damarların müalicəsi Skleroterapiya və ya Kriolazerkrioskleroterapiya (СLaCS) üsulu ilə həyata keçirilir.

Skleroterapiya ilə kapilyarların müalicəsi

Skleroterapiya – yüksək effektivliyi və atravmatikliyi ilə seçilən müalicə metodudur. Onun mahiyyəti genişlənmiş kapilyarda qan axınını dayandırmaqdır. Bu məqsədlə damarın daxilinə xüsusi preparat – sklerozant yeridilir. Onun təsirindən kapilyarların divarları bir-birinə yapışır.

Qeyd olunan proses insan sağlamlığına ziyan gətirmir. Çünki qan dövranı pozulmur. Öz funksiyasını itirən kapilyarların vəzifəsini digər sağlam damarlar öz üzərinə götürür. Skleroterapiya ilə kapilyar damarların müalicəsi həm də estetik baxımdan ayaqların görünüşünü yaxşılaşdırır. Qadınlar heç bir kompleks hissi keçirmədən istədikləri libası geyinə bilir.

Prosedura xüsusi hazırlıq tələb olunmur. Müalicə prosesində əvvəlcə dəri nahiyəsi spirtlə silinir, sonra isə çox nazik iynələrlə damarlara dərman vurulur. Bu zaman ağrı hissi demək olar ki, müşahidə edilmir. İnyeksiyadan dərhal sonra ayaq səthindən damar ulduzcuqlarının itməsini görmək mümkündür.

Prosedur sonrası həmin hissələrdə göyərmə, şişkinlik ola bilər. Bu, orqanizmin normal reaksiyasıdır, əlamətlər çox qısa zaman ərzində keçib gedir.

Kapilyar damarların müalicəsi foto 1

Kapilyar damarların müalicəsi üçün 1 seans kifayətdirmi?

Bu sualın cavabı fərdi xarakter daşıyır. Seansların sayını dəqiq bildirmək üçün pasiyentə baxış keçirilməli, Doppler müayinəsi aparılmalıdır. Damar həkimi kapilyarların yayılma dərəcəsini və varikozun mərhələsini dəqiqləşdirdikdən sonra pasiyentə müalicənin müddəti barədə geniş informasiya verir. Ümumilikdə, arzuolunan nəticənin əldə olunmasına orta hesabla 2-6 prosedur sərf olunur.

CLaCS – kapilyar damarların yeni üsulla müalicəsi

CLaCS Skleroterapiya – varikozun müalicəsi üçün nəzərdə tutulan kombinəolunmuş metoddur. Prosedur 3-lü təsirə (soyuq, kimyəvi və lazer) əsaslanır. Məhz bu xüsusiyyəti də onu adi Skleroterapiyadan fərqləndirir. 1 seans təxminən 30-45 dəqiqə sürür.

Genişlənmiş damarların vizualizasiyası üçün həkim Vein Viewer aparatından istifadə edir. Onun köməyilə dərialtı damarlar müəyyən edilir. Bu zaman dəri səthi yaşıl rənglə işıqlandırıldığından genişlənmiş venalar aydın şəkildə görünür.

Prosedurun gedişi: patoloji dəyişikliyə uğrayan damarlara dəri üzərindən transkutan lazerlə təsir edilir. İstilik enerjisi ilə işlənildikdən sonra varikoz damarların boşluğuna sklerozant yeridilir. Prosedurun maksimal dərəcədə ağrısız keçməsi məqsədilə dəri səthi mütamadi olaraq, soyudulur.

Krioterapiya həm də vena və kapilyarlarda spazm törətdiyindən alınan nəticələr daha effektiv olur. Beləliklə, 1 prosedurla damara 3 istiqamətdə təsir göstərilir.

Kapilyar damarların müalicəsi foto 2

CLaCS-la Kapilyar damarların müalicəsi hansı üstünlüklərə malikdir?

  • Kiçik diametli, sıx yerləşmiş kapilyarların aradan qaldırılmasında bu üsul əvəzsizdir;
  • Soyuq hava damarları daraltdığından iltihablaşma ehtimalı minimumdur;
  • Bərpa dövründə hematoma (göyərmə) kimi fəsadlar baş vermir;
  • Kombinəolunmuş təsir hesabına ayaqda müxtəlif diametrli damarları müalicə etmək, bərpa mərhələsini minimum endirmək mümkündür.

Bu üsullarla kapilyar damarlardan birdəfəlik xilas olunur?

Müalicə olunan kapilyar və venalar birdəfəlik itir. Sadəcə pasiyentdə irsi meyllik, artıq çəki, hormonal pozğunluqlar olduqda gələcəkdə digər damarlar genişlənə bilər. Bu səbəbdən müalicədən sonra varikozun profilaktikasına əməl etmək lazımdır.

Yəni insan ayaq üstə çox qaldıqda damar corablarından istifadə etməli, çəkisini normada saxlamalı, ildə ən azı 1 dəfə fleboloqun müayinəsindən keçməlidir. Bu qaydalara riayət etməklə, kapilyar damarların müalicəsi ilə əldə olunan nəticənin müddətini uzatmaq mümkündür.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir