Varikozun təbii yolla müalicəsi
Ayaq damarlarında varikoz genişlənməyə rast gəldikdə ilk növbədə orqanizmin təmizlənməsinə və qan dövranının normallaşmasına çalışmaq lazımdır. Bu məqsədlə qida rasionuna diqqət yetirilməlidir. Varikozun təbii yolla müalicəsi dedikdə həm qəbul olunan qidalar və dəmləmələr, həm də damara xaricdən tətbiq edilən üsullar – kompresslər, kremlər nəzərdə tutulur.
Varikoz xəstəliyindən əziyyət çəkən insanlar üçün aşağıdakı məhsullar faydalıdır:
- Tərəvəzlər – kələm, şirin bibər, göyərti;
- Meyvə – sitrus bitkiləri, ərik, alma, şaftalı, gilas, albalı;
- Giləmeyvələr – çiyələk, qarağat.
Xalq təbabətində varikozun təbii yolla müalicəsi üçün nəzərdə tutulan və ən əsası bitki komponentlərindən ibarət bir sıra reseptlər vardır.
Yaşıl pomidor
Kal pomidorun dilimlərini damar genişlənməsinin üzərinə qoyub, bağlayın. Onun təsiri tərkibindəki güclü antioksidant – likopinlə izah olunur. Bu maddə damarları sərbəst radikallardan qoruyur. İnfarkt və insult riskini dəfələrlə azaldır.
Varikozun təbii yolla müalicəsi – at şabalıdı
Apteklərdə satılan at şabalıdı ekstraktı venoz çatışmazlıq zamanı tətbiq edilən ən güclü vasitədir. Bu bitki kapilyar və venaların divarlarını möhkəmləndirir. Trombların tədricən sorulmasına gətirib çıxarır. Aptekdən almaq istəmədikdə ev şəraitində də hazırlaya bilərsiniz: 50 qram at şabalıdı çiçəklərinin üzərinə 0,5 litr spirt töküb, hər gün çalxalayın. 2 həftə saxladıqdan sonra süzün. Gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içərək, üzərindən mütləq su qəbul edin.
Varikozun təbii yolla aradan qaldırılması – sarımsaq kompressi
Ağ sarımsağı xırdalayıb, onun 1 hissəsini 2 hissə kərə yağı ilə qarışdırın. Hazırlanan qarışığı varikoz venaların üzərinə yaxıb, bağlayın. Kompressi səhərə qədər açmayın.
Gicitkan dəmləməsi
2 xörək qaşığı gicitkanı qaynar su ilə qarışdırıb, dəmləyin. Hazır olduqdan sonra süzüb, ¼ stakan olmaqla gündə 3 dəfə qəbul edin. 1 ay içdikdən sonra 2 həftə fasilə verin və yenidən proseduru təkrarlayın.
Varikoz damarların təbii yolla müalicəsi – kalanxoe dəmləməsi
Kalanxoe bitkisinin yarpaqlarını yuyub, 1 litrlik bankanın yarısına qədər doldurun. Üzərinə 70%-li spirt əlavə edin. Hər gün çalxalamaqla qaranlıq yerdə 2 həftə saxlayın. Axşam yuxuya getməzdən əvvəl ayaqlarınıza çəkin.
Varikozun təbii üsulla müalicəsi – alma və bal
3 ədəd orta ölçülü alma götürüb, soyuq su ilə yuyun. Sonra emallı qazanın dibinə düzüb, üstünə 1 litr qaynar su tökün. Qazanın qapağını bağlayıb, yorğana bükün. 4 saatdan sonra almaları çıxarmadan qazanda əzin. Alınan qarışığı süzüb, 50 ml-ə 1 xörək qaşığı bal əlavə etməklə için. Bu resept venaların genişlənməsi, eləcə də tromboflebit zamanı faydalıdır.
Təbii komponentlərdən ibarət növbəti resept
Təzə kartofun şirəsi ilə gün ərzində bir neçə dəfə siskin venalara kompress edilir. Yanaşı olaraq, şirənin həm də daxilə qəbulu müalicənin təsirini xeyli artırır.
Varikozun təbii yolla müalicəsi – sarımsaq və bal
Sürtkəcdən keçirilmiş 250 qram sarımsağa 350 qram duru bal qatıb, 1 həftə saxlayın. Gündə 3 dəfə yeməkdən 40 dəqiqə əvvəl bu qarışıqdan 1 xörək qaşığı qəbul edin. Müalicə kursu 1-2 aydır.
Varikozun təbii yolla müalicəsi müəyyən qədər effekt versə də, bu üsulları tətbiq etməzdən əvvəl mütləq damar həkimi – fleboloqla məsləhətləşin. Çünki özbaşınf aparılan müalicə xoşagəlməz hallarla nəticələnə bilər.
27 Yawim var Ayaqlarim iksde varkizdur Cox Agryir Bilmek isdyrem Varkoz pirablemi Risqli di ?? Cox Narahtam 2 övladim var
Salam. İri damarlar olduqda gələcəkdə tromb və xora ehtimalı ola bilər. Yox təkcə nazik kapilyarlardırsa, bu çox zaman estetik problem sayılır.
Salam.menim 27 yawim var hamileyem hal hazirda…sag ayagim bawdan ayaga yaramir demek olar damarlar kapilyarlar var cox sayda.cox ayag uste qaldigda yandirib ayagim tutulur ne ede bilerem tebii usulla?
Salam. Qadınların əksəriyyətində varikoz hamiləlik dövründə yaranır və ya əvvəl olubsa hamiləlikdə daha da artır. Bu dövrdə heç bir prosedur və əməliyyat edilmir. Varikozun ev şəraitində müalicəsi isə yoxdur. Hələlik varikoz corabı geyinə bilərsiniz ki, damarların çoxalıb artmasını zəiflədə biləsiniz. Həm də corab geyindikdə ayaqdakı ağrı və şişkinlik də azalır.
Salam ayaglarimda kopiparlar uze cixir tessuf her iki ayaqi neciye mualice edirsiz?
Salam. Nazik kapilyarlar Skleroterapiya və ya Kriolazer prosedurları ilə təmizlənilir. Prosedurun növü və sayı doppler müayinəsindən sonra bilinir.
Salam menim sol ayagimda varikoz var diyesen yeni gormusem emeliyatsiz mualivesi mumkundu?
Salam. Nazik damarlara əməliyyat lazım deyil
Salam 35 yawim var ayagimda kaplyarlar var az deyi coxdur. Şişkinli cox olur ev weraitinde ne qedul etsem şişmeyi heç olmasa azalar.
Salam. Damar corabı geyinə bilərsiniz.
Menim 21 yaşım var. Bu yaşda menim ayaqlarımda kapeliyarlar hamisi üze çixib . Ayaq üste çox qala bilmirem. Ne ede bilerem?
Salam. İlk növbədə Doppler müayinəsi aparmaq laızmdır ki, damarların vəziyyətinə baxılsın. Nazik kapilyarlar Skleroterapiya və ya Kriolazer ilə aradan qaldırılır.
Salam menim 29 yasim var bir ayaqimda varkoz var ayaqlarim cox agriyir sisir
Salam. Doppler müayinəsindən keçib, müalicəyə başlamaq lazımdır.
Çox xaiş edirəm ən güclü çarə deyin tromba görə.anam çox eziyet çəkir dərin trombdu.ozudə analoji xəstədi
Salam. Dərin venaların trombozunda qandurulaşdırıcılar təyin olunur. Lakin bunu özbaşına ev şəraitində etmək olmaz. Çünki tromb ciddi haldır. Bu tip dərmanlar müayinənin nəticəsinə əsasən yazılır.