Detraleks dərmanı haqqında

Varikozun evdə müalicəsi
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
34044
Müəllif
Paylaşılıb
12 Oktyabr 2019

Detraleks dərmanı: tərkibi və buraxılış forması

Oval formalı narıncı-çəhrayı rəngli tabletlər varikoz xəstəliyinin müalicəsində istifadə olunur. 1 tabletin tərkibində 900 mq diosmin və 100 mq hesperidin vardır. Qutunun daxilində 500 və ya 1000 mq-lıq 30 və ya 60 ədəd tablet yerləşir.

Detraleks dərmanı haqqında – preparatın təsiri

Detralex venaları tonuslandırıcı və qoruyucu (angioprotektor) təsirlərə malikdir. Preparat damarların gərilməsini və venoz durğunluğu zəiflədir. Kapilyarların keçiriciliyini azaldır, onların möhkəmliyini artırır. Klinik tədqiqatlara əsasən optimal “doza-təsir” nisbəti gün ərzində 1000 mq qəbul edildikdə müşahidə olunur.

Aşağı ətraf venalarının xroniki xəstəliklərinin müalicəsində Detralex dərmanının terapevtik effektivliyi sübut olunmuşdur.

Detralex dərmanı haqqında foto 1

Detraleks dərmanı haqqında – istifadəsinə göstərişlər

Detralex venaların xroniki patologiyalarının əlamətlərinin yüngülləşməsi və ya tamamən aradan qaldırılması məqsədilə istifadə olunur:

Detraleks dərmanının qəbul qaydası

Preparat su ilə daxilə qəbul edilir. Damar genişlənməsi zamanı tövsiyə edilən gündəlik doza 1 tabletdir. Detralex dərmanı səhər saatlarında qida qəbulu zamanı içilməlidir. Müalicə kursu bir neçə aydan 1 ilə kimi uzana bilər. Əlamətlərin təkrarlandığı hallarda həkim məsləhəti ilə preparat yenidən istifadə oluna bilər.

Detraleks dərmanı haqqında – yan təsirləri

Bəzi xəstələrdə ishal, ürəkbulanma və qusma yarana bilər.

Sinir sistemi tərəfindən: başgicəllənmə, baş ağrıları, halsızlıq.

Dəri örtükləri tərəfindən: səpki, qaşınma, dodaq, göz qapağı və üzün ödemi (şişməsi).

Bu əlamətlərlə qarşılaşdıqda mütləq həkimlə əlaqə saxlamaq lazımdır.  

Detralex dərmanı haqqında foto 3

Detraleks dərmanı haqqında – istifadəsinə əks göstərişlər

  • Preparatın tərkibindəki komponentlərə qarşı yüksək həssaslıq;
  • Südvermə dövrü.

Detraleks dərmanı haqqında xüsusi göstərişlər

Varikoz xəstəliyinin müalicəsi zamanı preparatın təsirini gücləndirmək, yəni maksimum effekt əldə etmək üçün terapiya ilə yanaşı sağlam həyat tərzinə riayət etmək lazımdır. Belə ki, pasiyentlərə günəş altında uzun müddət dayanmamaq, artıq çəkidən azad olmaq, ayaqların yüklənməsini azaltmaq tövsiyə edilir. Piyada gəzintiləri və digər tələb olunan hallarda varikoz corabların geyinilməsi ayaqlarda qan dövranının yaxşılaşmasına kömək edir.

Müalicə müddətində heç bir müsbət nəticə əldə olunmadıqda yenidən həkimə müraciət etmək lazımdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir