Fleboloq Hekimi

Varikoz müalicəsi
Müəllif
Müəllif
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
24
Müəllif
Paylaşılıb
09 May 2025

Fleboloq hekimi – damar sağlamlığınızın keşiyində duran mütəxəssis

Fleboloq hekimi, venaların funksiyası və xəstəlikləri üzrə ixtisaslaşmış həkimdir. O, venoz sistemlə bağlı yaranan problemlərin profilaktikası, diaqnostikası və müalicəsi ilə məşğuldur. Bəzən fleboloq həm də damar cərrahı kimi fəaliyyət göstərir. Ən çox isə insanlar varikoz damar genişlənməsi səbəbindən fleboloq müayinəsinə müraciət edirlər.


Fleboloq hekimi hansı xəstəlikləri müalicə edir?

Aşağıdakı damar problemləri ilə üzləşənlər mütləq fleboloq həkiminə müraciət etməlidirlər:

ayaqlarda yorğunluq və yanğı


Niyə fleboloq hekiminin müayinəsi vacibdir?

Orqanizmdə qan dövranı qapalı sistem üzrə işləyir. Aşağı ətraf venalarında qanın geri axını pozulduqda, bu bölgələrdə qan toplanaraq damar genişlənməsinə və nəticədə varikozun yaranmasına səbəb olur.

Müalicə gecikərsə, damar daxilində tromb yaranma riski artır. Trombun qoparaq həyati orqanlara getməsi isə insan həyatı üçün təhlükəlidir. Bu səbəbdən ayaqlarda ağırlıq, ağrı və şişkinlik hiss edildikdə fleboloq hekimi ilə əlaqə saxlanılmalıdır.


Fleboloq hekiminin qəbuluna nə vaxt yazılmaq lazımdır?

Aşağıdakı əlamətlər varsa, vaxt itirmədən fleboloq hekimi ilə görüş təyin edin:

  • Ayaqlarda yorğunluq və ağırlıq hissi

  • Baldırlarda gecə qıcolmaları

  • Ayaqlarda şişkinlik

  • Damarların gözlə görünəcək şəkildə qabarması

  • Aşağı ətraflarda yanğı və ağrı

  • Kapilyar torların və venoz düyünlərin əmələ gəlməsi

varikozun yaranma səbəbləri


Kimlər risk altındadır və mütəmadi fleboloq hekiminin müayinəsindən keçməlidir?

Bəzi insanlar venoz xəstəliklərə qarşı daha həssasdır. Onlar profilaktik məqsədlə mütəmadi olaraq fleboloq hekimi tərəfindən nəzarətdə saxlanmalıdır:

  • Ailəsində venoz xəstəliklər olanlar

  • Yaşlı şəxslər

  • Oturaq və ya uzun müddət ayaq üstə işləyən insanlar (satıcı, cərrah, bərbər və s.)

  • Az hərəkətli həyat tərzi keçirənlər

  • Artıq çəkidən əziyyət çəkənlər

  • Hamilə qadınlar


Fleboloq hekiminin müayinəsinə neçə yaşdan getmək lazımdır?

Sağlamlığı qorumaq üçün fleboloq hekimi tərəfindən 30 yaşdan etibarən ildə bir dəfə müayinədən keçmək tövsiyə olunur. Əgər risk faktorları mövcuddursa, o zaman daha erkən yaşlardan mütəmadi profilaktik baxışlar zəruridir.

Unutmayın: xəstəliyin erkən aşkarlanması – uğurlu müalicənin açarıdır!

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir