Venoz qanaxma

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
3713
Müəllif
Paylaşılıb
31 İyul 2020

Venoz qanaxma – venalardan qanın xaric olmasıdır. Bu zaman qan arteriyalardan axan qanla müqayisədə daha tünd rəngli olur və pulsasiya etmir. İri venalar zədələndikdə qanama təhlükəli hal olub, vaxtında tədbir görülmədikdə ölümlə nəticələnə bilir.

Ümumiyyətlə, venoz qan – orqanlardan və orqanizmin toxumalarından venalarla ürəyə qayıdan qandır. Ağciyər venasındakı qan istisna olmaqla, venoz qan oksigenlə deyil, karbon qazı ilə zəngindir. Arteriyalardan fərqli olaraq, venalarda qan daha istidir. Onun tərkibində qida maddələri az sayda, metabolizmin son məhsulları (sidik cövhəri və s.) isə çoxlu miqdarda olur.

Venoz qanaxma

Varikoz xəstəliyində venoz qanaxma

Varikoz venalardan qanaxma – damar genişlənməsinin fəsadlarından sayılır. Ona xəstəliyin son mərhələlərində, yəni varikoz venalar həddindən artıq genişləndikdə, onların üzərindəki dəri nazildikdə rast gəlinir. Varikoz damarlardan qanaxma adətən aşağı ətrafın zədələnməsi zamanı, bəzən isə öz-özünə baş verir.  

Ayaqda yaranan venoz qanaxma arterial formadan fərqli olaraq, həyat üçün daha az təhlükəli hesab edilir. Buna baxmayaraq, qanitirmə hər zaman xəstə üçün stress faktoru sayılır. Qanama vaxtında dayandırılmadıqda itki böyük olur.  

venoz qanaxmanı necə dayandırmalı?

Venoz qanaxma zamanı nə etməli?

Varikoz venadan qan axdıqda mütləq aşağıdakılara əməl olunmalıdır: 

  • Qalın, steril salfetlərlə sıxıcı sarğı qoyulmalı. Sarğı tənzif və ya əllə qan axan nahiyəyə bərk sıxılmalıdır. Aşağı ətrafı şarf, toqqa və s. ilə sıxmaq qəti qadağandır.  
  • Ayağa hündür vəziyyət vermək  
  • Təcili tibbi yardım çağırmaq.  

Yadda saxlayın ki, istənilən növ venoz qanaxma sıxılma yolu ilə müvəqqəti də olsa dayanır. Bu səbəbdən qan gördükdə o saat təlaşlanmayın. 

Varikoz xəstəliyinin ağırlaşması kimi meydana çıxan qanama damar həkimi, yəni fleboloqun baxışını tələb edir. Belə ki, varikoz damarların divarları nazik olduğundan onlar asanlıqla zədələnirlər. Qanaxma bəzən zəif olub, özbaşına dayanır. Digər hallarda isə həkim yardımına ehtiyac yaranır. 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir