Dabanda ağrı
Dabanda ağrı insanın gündəlik həyat tərzinə mənfi təsir göstərir. Belə ağrılar yaşlı insanlarda, idmançılarda, ana olmağa hazırlaşan qadınlarda daha çox müşahidə olunur. Daban ağrısının səbəbi çoxdur. Bu faktorlar sümük-oynaq aparatının xəstəlikləri, travmaları və başqa amillərlə bağlı ola və ya ümumiyyətlə hər hansı bir patologiya ilə əlaqəli olmaya bilər.
Düzgün ayaqqabı seçməmək, fiziki yüklənmə, döyənək də ayaq altı ağrıları yaradır. Belə ağrıların yaranması dərialtı piy toxumasının zədələnməsindən xəbər verir. Ayaq altında ağrılar birdən-birə çox arıqlamaq və ya qısa zamanda kökəlməklə də bağlı ola bilər. Çünki belə hallarda ayaqlar yüklənir, bu isə topuq ağrıları şəklində özünü göstərir.
Çox vaxt dabanda ağrı hissini varikoz əlamətləri ilə səhv salırlar. Əslində varikoz aşağı ətraf venalarının xəstəliyidir, yəni topuq və ya ayaqaltının ağrıları damar genişlənməsi ilə əlaqəli deyil.
Bir sözlə, dabanda ağrı varsa və istirahətdən sonra keçib getmirsə, mütləq həkimə müraciət edin. Həkim ağrının səbəbini araşdıracaq və ondan qurtulmağınıza kömək edəcək.
Şpora və dabanda ağrı
Qadınlarda daban ağrısı el arasında “şpora” adlanan daban mahmızı ilə də əlaqəli ola bilər. Daban mahmızı baş barmaq – daban sümüyü – bud sümüyünü bir-birilə əlaqələndirən bağın zəifləməsi və ya zədələnməsi nəticəsində yaranır.
Şporun müalicəsi üçün xüsusi metod yoxdur. Onun yaranma səbəbi bağ zəifliyi olduğundan həmin bağı gücləndirməklə arzuolunan nəticə əldə etmək mümkündür. Bunun üçün sadə bir idman hərəkəti var:
- Bir az hündür (təxm. 5 sm) taxta və ya istənilən bərk, yastı səthli əşyanı divara paralel qoyun.
- Pəncənin ön tərəfi ilə onun üstünə çıxın, dabanlarınızı isə yerə qoyun.
- Əllərinizin hər ikisinin ovuc hissəsini divara söykəyin; bu zaman çiyin və çanaq dabanla paralel olmalıdır.
- Sonra çanağınızı divara yaxınlaşdıraraq ayaqlarınızın arxa əzələlərini gərməyə çalışın.
Bunu gün ərzində azı 10 dəqiqə edin.
Dabanda ağrı və onun təbii yolla müalicəsi
Daban ağrısının təbii müalicəsi də mümkündür. Belə ki, bursit, dermatit və başqa bu kimi iltihabla assosiasiyalı xəstəliklərdə dabanda ağrı yaranarsa, idman, vannalar, kompresslər, bəzi reseptlər və s. istifadə edə bilərsiniz:
Qliserinli və sirkəli maska – dərinin quruluğunu aradan qaldırır, dərini yumşaldır. Göbələk xəstəliklərinə qarşı effektlidir.
Sarımsaq – qan durulducu təsir edir. Onu horra şəklinə salıb, pəncənizə sürtün və 4 saat saxlayın.
Duzlu bal – onu hazırlamaq üçün 30 ml balı 20 q duzla qarışdırın. Sonra da üstünə 10 ml yod əlavə edin. Alınan kütləni bintə çəkib, pəncənizin üzərinə qoyun və sellofanla örtün. Səhərə qədər saxlayın.
Ayaq vannaları – qaynar suda 300 qram duzu həll edib, alınmış məhlulda ayaqlarınızı topuqdan bir az yuxarıya qədər vanna edə bilərsiniz. Bunu həftədə 2 dəfə təkrar edin və özünüz də görəcəksiniz ki, dabanda ağrı hissi keçib gedir. Səbəb isə qan dövranının yaxşılaşmasıdır.
İdman – ağrının azalması və səhhətinizin yaxşılaşmasına kömək edəcək. İdman əzələ-bağ aparatını gücləndirir. Qan dövranını yaxşılaşdırmaqla dabanda yaranan ağrıları aradan qaldırır. Hər səhər müalicəvi idmanla buna nail ola bilərsiniz.
Onu da qeyd edək ki, təbii üsullar nə qədər cəlbedici olsa da, onlar problemi kökündən həll etmir. Sadəcə olaraq ağrını götürür. Ağrı isə orqanizmin “yardım harayı”dır. Onu kortəbii şəkildə söndürməyə çalışmayın. Sağlamlığınızı mütəxəssislərə etibar edin.
Salam. Siz laxtalanmanı yoxladın.
Əvvəllər dabanımı yerə basanda, oturub duranda çox ağrılar olurdu. İndide həmin yerdə mazol əmələ gələndə. Ağrılar isə hənin eyni ağrıdı. Mən hansı həkimə göstərə bilərəm
Salam.Travmatoloqa müraciət edin.
Salam hekim
Menin babyidan sonra seheri gunu elim- ayaqim shiddetli aqriyir ve gucsuzleshir
Dabanimi yere basanda cox aqri olur
Aqsaq kimi yeriyirem
Salam. Sualı başa düşmədim. Babyi nə deməkdir?
Dabanimda dəhşət,dözülməz ağrılar var, hekim baxdı dedi ki, yastipəncəsən çarə yoxdu,elə həmişə belə ağrı çəkərsən.Dogurdanmi bu belədir?hal hazirda 35 yasim var.
Salam. Həkim müayinə edibsə təbii ki, doğrusunu o bilər. Yastıpəncəlilər üçün xüsusi ayaqqabı içlikləri var. Onlardan da istifadə edə bilərsiniz.
Sag olun.Deyerli meslehetler ucun!
Menim dabanimda daban mahmizi var kime muraciet ede bilerem
Salam. Ortoped-travmatoloqa müraciət edin.
Salam gün ərzində ev şəraitində dabanlar ağramır ancaq gəzəndən biraz pilləkən çıxanda düşəndən 1 müddət sonra dabanlar ağrayır artıq ağrı topuğa qədər vurur. Pasientin 50 yaşı var. Nədən olur belə? Müalicəsi nədir?
Salam. Ağrı ancaq dabandadırsa rentgen müayinəsi aparılmalıdır.
Salam hekim meslehteleriniz ucun tesekkur edirem. Mende yol gedenden sonra baslayir daban agrisi.heddinden artik siddetli deyil ola bilerki qan azligim var ondan olsun?
Salam. Daban ağrısı qanazlığı ilə əlaqəli olmur.
Salam.Bagislayin narahat edirem.Men gece yatib seher duranda ayagimi yere basa bilmirem her iki dabanimda agri olur biraz yeridikden sonra agri gedir.Bu ne ile baglidir xahis edirem melumatlandirasiniz.Tesekkur edirem.
Salam. Daban ağrıları duzlaşma, şpora (daban mahmızı) və s. ilə əlaqəli ola bilər. Yaxşı olar ki, travmatoloqa müraciət edəsiniz.
Eynen mende de eledi ((
Salam men oturub duranda sol dabanimi yere basa bilmirem biŕz yeridikden sora agri gedir amma dabanima el vuranda yene o agri orda hiss olunur ne edim hekim ?
Salam. Daban hissənin rentgen müayinəsi məsləhətdir. Ola bilər ki, daban mahmızı ilə əlaqəli olsun.
Salam həkim mən biraz uzanıb duranda və yaxud biraz çox oturub duranda ayaqlarımı yerə basanda ağrılar olur biraz yeridikdən sonra keçir nədən olar.
Salam. Travmatoloqun müayinəsindən keçməyiniz məsləhətdir.
Salam həkim. Məndə 10 ay oldu ki, nə edirəmsə daban ağrısından qurtara bilmirəm. Həkimin dediyinə görə onurğa ağrılarından yaranıb.Nə dedilərsə etdim, aldım xeyir eləmədi, rentgen də hətda mrt olunmuşam bizim həkimlər ( şpor) daban mahmızıdı dedilər bakıda bir türk həkimi də baxtı mahmızın olmadığını dedi, dabanımın yanına bir iynə vurdu şiddətli ağrılardan az da olsa qurtardı, amma ağrılar tam keçmir.
Salam. Daban mahmızı şiddətli ağrı verə bilər. Burada hansı həkimin (türk və azəri) düzgün diaqnoz qoyduğunu demək çətindir.
Salam həkim. Daban mahmızı olsa rentgendə açıq görünər, amma məndə heçnə görünmür. Həkim (ankilozan spondilit) dən yarandığını deyir.. yenədə mahmıza qarşı nə lazımdırsa etmişəm, xeyir etməyib…..Bəlkə siz nəsə məsləhət verəsiz, nə edim..öncədən təşəkkürlər!
Bəli, daban mahmızı rentgen müayinəsində açıq şəkildə görünür. Həkim spondilit diaqnozu qoyubsa, yenə də onunla məsləhətləşib, şikayətlərinizi bildirin. Çünki ancaq müayinədən sonra müəyyən məsləhət verilə bilər.
Səhər dururam işə gedirem.100 metr gedən kimi dabanda aqrılar başlayır.sonra ayaq üstü duranda da eyni agrılar olur.səbəbi nedən ola bilər
Salam. Daban mahmızınız (şpora) varsa, onunla bağlı ola bilər.
Dabanim keyiyir aqrilar olur ,3barmaqim keyiyir,çala barmaq da encox,və birdə dabanda qızartı olur,bunun səbəbi nədi həkim?
Salam. Keyimə sinir mənşəli ola bilər.
Salam hekim.Menim ayağımın altıbve dabanim ağrıyir.En çox da oturub qalxan zaman yerimeyin bir müddet cetinlesir.Bu ne ile elaqedar olar?
Salam. Daban mahmızı ola bilər.
Rentgende hec ne cixmadi ama burxulmadan sonra topuqagrisi kecmir nedendir?
Salam. Vətərlərin vəziyyətinə baxmaq lazımdır. Travmatoloqa müraciət etməyiniz məsləhətdir.
Salam har vaxtınız xeyir məndə daban ağrı çox şiddətlidi .. işdə 20 dəq gəzirəm onnan sonra ağrılar güclənir
Salam. Şporanız (daban mahmızı) varsa, onunla əlaqəli ola bilər.
Dabanda ağrı zamanı isti də yaxşı təsir edir.
Dabanın ayşması nedendi
Salam. Sinirlə bağlı ola bilər.