Topuq ağrıları

Ayaq ağrısı
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
14668
Müəllif
Paylaşılıb
27 Sentyabr 2019

Topuq bir neçə sümük, bağ və əzələlərdən təşkil olunmuşdur. Onun vəzifəsi bədən çəkisini dabana ötürməkdən və insanın hərəkət etməsinə şərait yaratmaqdan ibarətdir. Bu nahiyə zədələndikdə və ya iltihablaşdıqda topuq ağrıları meydana çıxır.

Topuq ağrıları hansı səbəblərdən baş verir?

  • Sınıqlar. İntensiv idman məşqləri, məsələn basketbol və ya aerobika topuq nahiyəsində sınıq və çatlara gətirib çıxara bilər. Adətən bu tip sınıqlar rentgen şəkildə travma anından ən azı 6 həftə keçdikdən sonra aşkara çıxır.
  • Düzgün seçilməmiş ayaqqabı, supinatorların (içlik) olmaması sərt yerdə gəzdikdə və ya daban hissəni yana çevirdikdə ağrı törədə bilər. Keyfiyyətsiz ayaqqabılar da öz növbəsində bağların həddindən artıq gərilməsinə səbəb olur.
  • Topuq ağrıları bir sıra xəstəliklər (məsələn, podaqra) fonunda müşahidə oluna bilər. Belə pasiyentlərdə oynaqda şişkinlik nəzərə çarpır. Bu da həmin hissədə sidik turşusu kristallarının yığılması ilə izah olunur.
  • Topuq nahiyəsində ağrıları gücləndirən digər amillərə sümük şporaları, revmatoid artrit, oynaqarası qığırdaq və ya sinirlərin zədələnməsi, artroz, bursit (oynağın iltihabı) və s. aiddir.

Topuq-agrilari şəkil 1

Topuq ağrıları ilə müşayiət olunan əsas əlamətlər

Dabanın burxulması, oynağın intensiv açılma və ya bükülməsi, zərbə nəticəsində güclü ağrı əmələ gəlir. Oynağın həddindən artıq yüklənməsi sınıqla sonlanır. Topuq ağrıları ilə yanaşı oynağın deformasiyası, qansızma, şişkinlik aşkar edilir. Sınıq və kəskin ağrılar olduqda təcili tibbi yardım çağırmaq lazımdır. Həkim briqadası gələnə qədər ayağa hündür vəziyyət vermək və tərpətməmək tələb olunur. Ağrı olan hissəyə 20 dəqiqədən artıq olmamaqla buz kompress qoymaq məsləhət görülür.

Oynaq bağlarının dartılması sınıqla müqayisədə daha çox rast gəlinir. Onun 3 dərəcəsi mövcuddur:

1-ci dərəcə – bir o qədər də güclü olmayan topuq ağrıları, cüzi şişkinlik müşahidə edilir. Oynaqda hərəkət pozulmur.

2-ci dərəcə – şişkinlik artır, zədələnmiş hissədə dərialtı qansızmalar görünür. Yerimə zamanı ağrı hissi meydana çıxır.

3-cü dərəcə – hematoma, şişkinlik, hərəkətin məhdudlaşması qeydə alınır.

Yadda saxlamaq lazımdır ki, dərəcədən asılı olmayaraq, heç bir halda oynaq nahiyəsini masajı etmək olmaz. Həmçinin isti vanna qəbulu da qadağandır. Çunki bu prosedurlar iltihabi prosesi və şişkinliyi artıra bilər. II və III dərəcələrdə dərhal mütəxəssisə müraciət etmək lazımdır.

Topuq-agrilari şəkil 3

Topuq ağrıları necə aradan qaldırılır?

Topuq nahiyəsinin ağrıları müxtəlif mənşəli olduğundan özünü müalicə izacəli deyil. Belə ki, artrit, artroz, tendinit (vətərlərin iltihabi) və s. kimi ciddi xəstəliklərin qeyri-peşəkar müalicəsi ağırlaşmalara gətirib çıxara bilər. Bu da əksər hallarda qanqrena, hətta ayağın amputasiyası ilə nəticələnir.

Aşağıdakı əlamətlər müşahidə olunduqda dərhal həkimlə əlaqə saxlamağınız məsləhətdir:

  • Topuqda şiddətli ağrı və ya şişkinlik;
  • Travma əlamətləri – açıq yara və ya toxumaların deformasiyası;
  • İnfeksiyadan xəbər verən simptomlar – zədələnmiş hissədə qızartı, istilik, bədən hərarətinin 37,8°C-dən yüksəyə qalxması;
  • Hərəkətin çətinləşməsi, xəstə ayağın üzərində dayanmağın mümkün olmaması.

Belə vəziyyətlərdə həkim lazımi müayinələr aparır, ağrının səbəbini üzə çıxarmaqla düzgün və effektiv müalicə təyin edir.

Topuq ağrıları: profilaktika

Topuqda ağrı hissinin qarşısını almağın ən asan yolu aktiv və hərəkətli həyat tərzi sürmək, fiziki yüklənmələrə yol verməməkdir.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Topuqlarım agrıyır Ayaqlarımın üstü şişgindir Yangı kimi agrayır topuqlarım agrılar çıxır Belimdədə prablem var Əzələlərim dartılır baldırlarımdaKimə müraciət edim Həmdə varikoz da varsol ayagımda

    1. Salam. Ağrı və şişkinlik yalnız topuq nahiyəsində olduqda bu oynaq mənşəli patologiya ilə bağlıdır. Yəni revmatoloqun və yaxud travmatoloqun müayinəsi mütləqdir.

  2. mənim topuqumda 2 ci dərəcəli artrozdu rentgen çekilib bəlkə mrt duz deyer çəkdirmək lazımdı ya yox havalar deyisende ölurem agridan müalicəsi varmı azərbaycanda?

  3. Menim ayağım 1 ay evvel burxulmuşdu. İNDİ Rahat gəzə bilirəm rahat hereket edirem. Lakin Şiş çox azda olsa qalıb.topuğun ətraf yerlərlərində azda olsa ağrılar var ne etmeliyem.Düzdür ağrı azdı ama ciddi bir şey olmasından narahatam.

  4. 53 yaşım var.Qabaqlar ayağım rez tez burxulurdu.Bir gün çox ayaq üstə qaldım səhər durub gəzə bilmıdimRramatologiyaya getdim müalicə aldlm.Amma ağrı dahada bərk oldu.Sınıxçıya getdim dedi çıxıb saldı.Amma yenə ağrıyır topuğumNə edə bilərəm?

  5. Salam mənim qizimin 11yasi var ayagini topuqdan iceri eyir bunun sebebi nə olabilər bütün ayaqqabilari iceri eyir xahiş edirem cvb veresiniz

  6. Topuğum bırk aörıyır 53 yaşım var 23 yaçımnan burxulurdu.dünənnən gəzıə bilmirəm Bu gecə aörıdan yata bilməmişəmaz şişginlik var Mən nə edim?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir