Ayaqda kapilyarların partlaması

Varikozun əlamətləri
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
10806
Müəllif
Paylaşılıb
25 Sentyabr 2019

Kapilyarlar dəri səthinə yaxın yerləşdiyindən digər damarlarla müqayisədə daha çox zədələnirlər. Bu zaman çoxşaxəli torlar nəzərə çarpır. Kapilyar torları kiçik ölçülü dərialtı damarların genişlənməsi və partlaması nəticəsində meydana çıxır. Bu, ilk növbədə kosmetik qüsur hesab olunur. Ancaq bir sıra hallarda ayaqda kapilyarların partlaması aşağı ətraflarda varikoz xəstəliyinin ilkin mərhələsindən xəbər verir.

Damar torları orta hesabla 0,1-0,3 mm diametrində olub, qırmızı, göy və ya bənövşəyi rəngi ilə seçilir. Zamanla ulduzcuqlar rəngini dəyişərək, genişlənə bilir. Belə ki, müalicə aparılmadıqda kapilyarların divarlarının deformasıyası artır, damar partlaması daha aydın nəzərə çarpır.

Bu əlamət qadınlarda daha çox qeydə alınır. Partlamış damarın yerində yaranan göyərmələr əksər hallarda bud və baldır nahiyəsində müşahidə edilir.

Ayaqda kapilyarların partlaması nədən baş verir?

Statistik məlumatlara əsasən dünya üzrə qadınların 1/3 hissəsi həyatları boyu damar partlaması ilə qarşılaşırlar. Kapilyarların genişlənməsi adətən ayaqların ümumi görünüşünün pozulması səbəbindən təkcə diskomfort və kompleks hissi yaradır. Bəzi qadınlarda əlavə olaraq, ayaqda yorğunluq, yüngül yanğı və qaşınma hissi meydana çıxır. Göyərmənin üzərindən basdıqda ağrı yarana bilər.

Ayaqda kapilyarların partlaması şəkil 2

Kapilyarların partlaması əsasən aşağıdakı səbəblərdən baş verir:

  • damar genişlənməsi;
  • kapilyar divarının zəifləməsi, onların keçiriciliyinin yüksəlməsi;
  • irsi meyllik;
  • ayaqüstü iş;
  • travmalar;
  • hamiləlik dövrü, abort, klimaks nəticəsində yaranan hormonal pozğunluqlar;
  • hormonal preparatların qəbulu.

Ayaqda kapilyarların partlaması necə müayinə olunur?

Göyərmələrin səbəbini üzə çıxarmaq üçün ilk növbədə damar həkiminə müraciət etmək lazımdır. Mütəxəssis Doppler müayinəsi aparmaqla, damarlardakı qan axınını, onların qapaq aparatının vəziyyətini qiymətləndirir.

Ayaqda kapilyarların partlamasının müalicəsi

Son dövrdə Skleroterapiya və lazer üsuluna üstünlük verilir. Skleroterapiya zədələnmiş damara xüsusi maddənin (sklerozant) yeridilməsinə əsaslanır. Bu yolla partlamış kapilyarların təmizlənməsi həyata keçirilir. Prosedur nazik iynələrlə aparıldığından müalicə demək olar ki, ağrısızdır.

Lazer üsulunda isə damara lazerlə təsir göstərilir. Nəticədə kapilyarlar daralır, bağlanır və dəri səthindən görünməz olur.

Ayaqda kapilyarların partlaması şəkil 4

Ayaqda kapilyarların partlamasının profilaktikası

  • kapilyarların divarlarını möhkəmlətmək üçün C, P, E vitamini və kalsium qəbulu məsləhət görülür. Qida rasionuna bu maddələrlə zəngin qidaları – limon, portağal, gül kələmi, sarımsaq, ispanaq, süd məhsulları və s. əlavə etmək tövsiyə edilir.
  • Ayaqların həddindən artıq yüklənməsinə yol verməmək üçün imkan daxilində hər 2-3 saatdan bir 5-10 dəqiqə oturub dincəlmək arzuolunandır. İdmanla məşğul olduqda hərəkətlərin düzgün yerinə yetirilməsinə və yüklənmənin tədricən artmasına nəzarət edin.
  • Ayaqların sağlamlığını qorumaq məqsədilə hər gün 20 dəqiqə “velosiped” hərəkətini yerinə yetirmək lazımdır.

Kapilyarların partlaması zamanı özünü müalicə ilə məşğul olmaq qadağandır. Qan-damar sistemi insanın sağlamlığı üçün mühüm əhəmiyyət kəsb etdiyindən ayaqda göyərmələrlə qarşılaşdıqda mütləq həkimə müraciət olunmalıdır.

 

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir