Varikoz agrilari niyə əmələ gəlir?
Varikoz agrilari venalarda tədricən yaranan ağrılar olub, başlanğıcda dərhal hiss olunmur. Əvvəlcə ayaqda varikoz agrilari yalnız gərgin iş gününün sonunda, xüsusən də uzun müddət ayaq üstə dayandıqdan sonra ortaya çıxır. Aktiv həyat tərzi sürən insanların çoxu bu əlaməti diqqətə almır, onu sadəcə yorğunluqla əlaqələndirir. Ancaq zaman keçdikcə varikoz agrilari sakitlik vəziyyətində — yəni yuxu və istirahət zamanı belə narahatlıq verir.
Ayaqda varikoz agrilari nə ilə əlaqədardır?
Varikoz agrilari varikoz damar genişlənməsinin əsas və erkən simptomlarından biridir. Əgər ağrı kəskin və fasiləsiz xarakter daşıyırsa, bu, tromboflebit xəstəliyinin göstəricisi ola bilər ki, bu da həyati təhlükə yarada bilən ciddi vəziyyətdir. Onun vaxtında müalicəsi həyat və sağlamlığın qorunması üçün vacibdir.
Ümumilikdə, mütəxəssislər bildirirlər ki, varikoz agrilari çox vaxt irsi faktorlarla bağlıdır. Məsələn, hər iki valideyni varikozdan əziyyət çəkən şəxslərdə xəstəliyin yaranma ehtimalı təxminən 89%-dir. Valideynlərin yalnız birində varikoz varsa, risk 47%-ə qədər azalır.
Bundan əlavə, varikoz agrilari yalnız irsi meyllikdən asılı olmayaraq, həm də bir sıra xarici və daxili amillərin təsiri ilə inkişaf edir. Risk faktorlarına aşağıdakılar daxildir:
-
Peşə fəaliyyəti: uzun müddət ayaq üstə və ya oturaq işləmək (müəllimlər, cərrahlar, satıcılar, sürücülər və s.)
-
Düzgün olmayan həyat tərzi, fiziki aktivliyin az olması
-
Artıq çəki
-
Hormonal dəyişikliklər
-
Uzunmüddətli uçuşlar və avtomobil səyahətləri
-
Xroniki stress
-
Hündürdaban ayaqqabıların daim geyilməsi
Ayaqda uzun müddət eyni vəziyyətdə qalmaq qan dövranını pozur. Məsələn, 30 dəqiqə ərzində eyni vəziyyətdə qalmaqla ayaqda qanın həcmi normadan 300 ml çoxalır ki, bu da damarların genişlənməsi və varikoz agrilari ilə müşayiət olunur.

Ayaqda varikoz agrilari necə yaranır?
Ayaqda ağrı hissi damarların funksiyasının pozulması nəticəsində meydana çıxır. Xəstələrdə venaların divarları incəlir, elastikliyi azalır, damarların bəzi hissələrində qan yığılıb durğunluq yaranır. Damar divarlarında iltihabi proseslər inkişaf edir. Qan laxtalanaraq venaların divarına təzyiqi artırır.
Damarlar üzərində əlavə yük düşməsi onların vəziyyətini pisləşdirir, venalar şişir və nəticədə güclü varikoz agrilari əmələ gəlir. Xəstəlik erkən mərhələdə müalicə olunmazsa, varikoz damarlarının partlaması, trofik yaralar və tromboz kimi ağır fəsadlar yarana bilər ki, bunlar ciddi sağlamlıq problemlərinə səbəb olur.
Ayaqda varikoz agrilari necə aradan qaldırılır?
Bir çox insan ayaqda ağrı hiss etdikdə yerli təsirli maz və kremlərdən istifadə edir. Lakin bu vasitələr yalnız ağrını müvəqqəti azaldır və xəstəliyin özünü müalicə etmir. Çünki onlar venaların daxili vəziyyətinə təsir etmədiyindən varikoz agrilari və damarların genişlənməsi prosesini dayandırmır.
Zaman keçdikcə venalarda geri dönməyən dəyişikliklər baş verir. Ağırlaşmaların qarşısını almaq üçün hətta yüngül ağrılar zamanı belə mütləq damar həkiminə müraciət etmək lazımdır.
Ayaqda varikoz agrilari profilaktikası
Varikoz xəstəliyinin qarşısını almaq üçün aşağıdakı tədbirlər məsləhət görülür:
-
Üzgüçülük və piyada gəzmə kimi fiziki aktivliklərə üstünlük verin.
-
Gün ərzində uzun müddət ayaq üstə və ya oturaq vəziyyətdə qalmaq məcburiyyətindəsinizsə, hər 2-3 saatdan bir bədən vəziyyətinizi dəyişin.
-
Ayaqları bir-birinin üstünə aşırıb oturmamaq vacibdir.
-
Qida rasionunuza diqqət edin: yaşıl alma, kələm, dəniz məhsulları və sitrus meyvələrinin qəbulunu artırın, yağlı və qızardılmış yeməkləri isə azaldın.
-
Varikoz diaqnozu qoyulmuş şəxslər üçün isti vannalar və sauna qəti olaraq qadağandır, çünki isti mühit venalarda qan toplanmasını artırır və damarların yüklənməsinə səbəb olur.
Erkən mərhələdə həkim məsləhətlərinə riayət edərək, varikoz agrilari və damar genişlənməsinin daha ağır fəsadlarının qarşısını almaq mümkündür. Belə halda cərrahi müdaxiləyə ehtiyac olmaya bilər.
Varikoz agrilari barədə məlumatlı olmaq, onun simptomlarını vaxtında tanımaq və müvafiq tədbirlər görmək sağlamlığınızın qorunması üçün vacibdir. Ağrılar güclənmədən, ilk əlamətlər aşkarlandıqda fleboloqa müraciət etməyiniz tövsiyə olunur. Bu, ağır fəsadların və həyat keyfiyyətinin pisləşməsinin qarşısını alacaq.
