Ayaq ağrısı üçün vanna

Ayaq ağrısı
Müəllif
Oxuma vaxtı
3 dəq
Müəllif
Oxunma sayı
6223
Müəllif
Paylaşılıb
03 Oktyabr 2019

Ayaq ağrısı insana əziyyət verən bir hissdir. Belə şəxslərin rahatlığı, yuxu rejimi pozulur, yanaşı olaraq əsəbilik, gərginlik meydana çıxır. Lakin əsla ümüdsizliyə qapılmağa dəyməz. Çünki xalq təbabətində ayaq ağrısı üçün müxtəlif vanna reseptləri mövcuddur. Bu məqalədə onlardan bir neçəsinə nəzər yetirək.

Ayaq ağrısı üçün vanna – məişət sabunu

  • 2-3 litr qaynar su;
  • məişət sabunu;
  • soda;
  • dəniz duzu;
  • yod;

Vedrəni 2-3 litr su ilə doldurun. Ora məişət sabunu doğrayıb, ağ rəng alınana qədər qarışdırın. Suya 10 damcı yod tökdükdən sonra ayaqlarınızı topuq hissəsinə qədər vannaya salın. Topuqdan yuxarı su ilə təmas məsləhət görülmür. Çünki belə vəziyyətlərdə əks təsir yarana bilər.

Qarışığı isitmək və yod damcılatmaqla, 3 dəfəyə qədər istifadə etmək olar. Gün ərzində 10-12 prosedurun aparılması məqsədəuyğundur. Damar genişlənməsindən əziyyət çəkən şəxslər suyu bir qədər ilıq etməlidir.

Vanna qəbulundan sonra ayaqlarınızı qurudun. Müalicəvi maz çəkib, dabanlarınızı masaj edin və yun corab geyinin.

Ayaq ağrısı üçün vanna şəkil 1

Ayaq ağrısı üçün vanna – efir yağları

Efir yağları ilə kontrast vanna ayaq ağrısı və yorğunluğu aradan qaldırır. Bu məqsədlə yaqlarınızı topuğa qədər isti suda 5 dəqiqə saxlayın, sonra isə 10 saniyə soyuq suya salın. Prosedur qan dövranını yaxşılaşdırır, narahatlıqları yox edir.

Ayaq ağrısı üçün növbəti kontrast vanna

Vannanı topuğa çatacaq miqdarda soyuq su ilə doldurun və orada ən azı 33 addım atın. Əgər vannaya su yığmağa imkanınız yoxdursa, 2 vedrə götürün. Birinə isti, digərinə isə sərin su tökün. Ayaqlarınızı 10 dəfədən az olmamaqla gah isti, gah da sərin suya salın. Proseduru dəniz və ya adi xörək duzu ilə də etmək olar. Duz dəridə bərpa proseslərini yaxşılaşdırır, ayaqda yorğunluq və ağırlıq hissini aradan qaldırır.

Ayaq ağrısı üçün vanna şəkil 2

Ayaq ağrısı üçün vanna: iynəyarpaq ekstraktı

İynəyarpaq ekstraktından ibarət hazır kosmetik vasitələr həm də ayaq vannası üçün nəzərdə tutulmuşdur. Paket açıb, içindəkiləri suya boşaldın. Ayaqlarınızı 20 dəqiqə müddətində vanna edin.

Ayaq üçün vanna növləri gərgin iş günündən sonra Sizə yüngüllük və rahatlıq bəxş edəcək.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir