Daban ağrısının təbii müalicəsi
Bəzi insanlar daban ağrısı ilə qarşılaşdıqda, daha çox xalq təbabəti üsullarına üstünlük verirlər. İltihabi prosesləri aradan qaldırmaq, duzları əritmək və ağrını yüngülləşdirmək üçün müxtəlif krem, maska, kompresslərdən istifadə edirlər. Bu məqalədə daban ağrısının təbii müalicəsi ilə tanış olacaqsınız.
Daban ağrısının ev şəraitində təbii müalicəsi
- Qliserin və sirkə ilə maska. Komponentlər 1:1 nisbətində qarışdırılır. Hazırlanmış qarışığı bintin üzərinə yaxaraq, daban hissəyə qoyulur. Üstünə polietilen sellofan qoymaqla, corab geyinilir. 4 saatdan sonra bint çıxarılır. Maskanı səhərə qədər də saxlamaq mümkündür.
- Sarımsaq. Məhsulu pure halına gətirdikdən sonra daban nahiyəsinə çəkilir. 4 saat qaldıqdan sonra təmizlənilir. Bu üsulu hər gün etdikdə daban ağrısının tez bir zamanda aradan qalxdığı müşahidə olunur.
- Bağayarpağı. Bitkinin yuyulmamış yarpaqlarının tərs üzü dabana qoyulur. Onlar quruduqda yeniləri ilə əvəz olunur. Başlanğıcda diskomfort hissi olsa da, sonradan hətta daban şporları da unudulur.
- Duz və bal. 30 ml əridilmiş balın içərisinə 20 qr duz və 10 ml yod tökülür. Qarışığı bintin üzərinə çəkib, dabana yapışdırılır, sellofanla bağlanılır. Maska səhərə qədər ayaqda qalır.
Daban ağrısının təbii müalicəsi – kompresslər
Bu məqsədlə qara turpdan istifadə edilir. Trup sürtkəcdən keçirilir, dabanın zədələnmiş hissəsinə qoyulur. Üzəri sellofanla örtülür. Kompress axşam saatlarında qoyulur, səhər yuxudan oyandıqda yuyulur. Qara turp daban şporu, duz yığını, çat, sümük döyənəklərinə qarşı effektiv vasitə hesab edilir. Kompressi hər gün etmək olar.
Şpor, döyənək və duzlara qarşı digər sadə üsul çiy kartofla edilən kompressdir. Kartof sürtgəcdən keçirilir, dabana yaxılır. Üzərindən sellofan qoyularaq, 2 saat saxlanılır. Prosedur daban ağrısının kəsilməsinə səbəb olur. Müalicə müddəti 1 həftədir.
Daban ağrısının təbii müalicəsi üçün tətbiq edilən digər kompress aspirindən hazırlanılır. Onun araqla qarışığı iltihabəleyhinə, antiseptik, ağrikəsici, tonuslandırıcı təsir göstərir.
- 10 tablet aspirin 250 qram araqda həll edilir. Bu məhlul bintə hopdurularaq, dabana qoyulur. Üzərini sellofanla örtdükdən sonra corab geyinilir. Səhərə qədər saxlanılır.
- 1 qram aspirin tozu 250 ml arağın içinə tökülür. Qabın ağzı bağlanılır. 2 gün isti yerdə saxlanılır. Axşam yuxuya getməzdən əvvəl yuxarıdakı qaydada kompress edilir. Səhər yuyulur və krem çəkilir.
- 1 qram aspirin tozu 1 stakan spirtdə həll edilir, ora 10 qram yod əlavə olunur. Hazır məhsul şüşə qabda saxlanılır.
Daban ağrısının təbii müalicəsi – ayaq vannaları
Daban ağrısının təbii üsulla müalicəsi dedikdə həm də vannalar nəzərdə tutulur. 2 kiçik vanna götürülür. Biri isti, digəri isə isti su ilə doldurulur. İsti suya çobanyastığı dəmləməsi də əlavə etmək olar. Ayaqlar növbə ilə gah isti, gah da soyuq suyun içərisinə salınır.
Bu prosedur hər biri 30 saniyə olmaqla, 16 dəfə təkrarlanılır. Sonda ayaqlara yağlı krem çəkilir və masaj edilir. Ayaq vannaları ağrını dayandırmaqla yanaşı, həm də qan dövranını yaxşılaşdırır.
Daban ağrısının təbii müalicəsi – növbəti vanna resepti
1 litr qaynar suda 300 qram duz həll edilir. Ayaqları həmin suda 20 dəqiqə saxlamaqla, müalicə 2 həftə davam etdirilir.
Daban şporu və çatlar olduqda 2 tablet analgin, furasilin, alma sirkəsi və 1 qaşıq balla vanna edilir. Dabanlar 25 dəqiqə müddətində həmin qarışıqda saxlanılır.
Sadalanan bütün üsullar xalq təbabəti reseptləri olduğundan onları tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.
Qəşəy