Ayaq altında ağrılar
Havanın qəfil dəyişməsi, uzunmüddətli yerimə və ya istirahət zamanı ayaq altında yaranan ağrılar orqanizmdə hər hansı bir pozğunluğun və ya xəstəliyin olmasından xəbər verir. Ayaq altında ağrılar müxtəlif səbəblərdən baş verə bilər. Onlara aşağıdakılar aiddir:
Yastıpəncəlik
Belə şəxslərdə dabanın forması dəyişdiyindən o, öz amortizasiya qabiliyyətini itirir. Nəticədə yerimə, qaçış və ya ayaqüstü iş zamanı ayaq altında ağrılar meydana çıxır.
Gərgin iş gününün sonunda ayaqda ağrı hissinin formalaşması qazanılmış yastıpənçəliyə işarədir. Uzunmüddətli yüklənmələrlə əlaqədar ayaq altında olan əzələlər və bağlar genişlənərək, xəstənin bədən çəkisinə çətinliklə tab gətirir. Bunun fonunda ağrı hissi müəyyən edilir.
Daban şporu
Daban şporu sümük çıxıntısının yaranması ilə xarakterizə olunur. Bu qrup şəxslərdə səhər yataqdan durduqda və ya oturduqdan sonra qalxmağa cəhd göstərdikdə ayaq altında ağrılar əmələ gəlir.
Artrit
İnsanın dabanı 26 ədəd xırda sümük və çoxsaylı kiçik oynaqlardan təşkil olunmuşdur. Virus və ya bakterial infeksiyalar, həddindən artıq gərginlik və ya müntəzəm soyuqlama halları ayaq altında oynaqların iltihabına səbəb olur.
İltihabi proseslər sakitlik vəziyyətində oynaq nahiyəsində güclü ağrı, qızartı və şişkinliklə müşayiət olunur. Artrit tənəffüs sisteminin kəskin virus infeksiyalarından sonra, eləcə də payız-yaz aylarında kəskinləşir. Xəstə nəinki gəzə, hətta ayağa durmağa da çətinlik çəkir.
Dabanın artrozu
Xəstəliyin digər adı – ayağın böyük barmağında “sümük” çıxıntısıdır. Ağır yüklənmələr, narahat ayaqqabı, artıq çəki və s. kimi faktorlar artrozun inkişafına gətirib çıxarır.
Xəstəliyin ilkin əlamətlərinə yerimə zamanı ayaq altında ağrılar, yorğunluq aiddir. Sümüyün yaranması ilə bağlı yeriş çətinləşir, forması dəyişir.
Sinir uclarının sıxılması
Bu patologiya daban sümüklərinin deformasiyası, yaşla əlaqədar dəyişikliklər və ya qan dövranının pozulması nəticəsində meydana çıxır. Xəstəlik əsasən yaşlı şəxslərdə aşkarlanır. Çünki onlarda ayaq daraqları nahiyəsində piy yığıntılarının miqdarı azalır. Bununla əlaqədar dabanın amortizasiya funksiyası pozulur, gəzdikdə və ya ayaq üstə dayandıqda güclü ağrılar yaranır.
Ayaq altında ağrılar olduqda nə etməli?
Topuq və daban gündəlik hərəkətlərin yerinə yetirilməsində iştirak etdiyindən bu hissədə ağrılar xəstəyə xeyli narahatlıq gətirir. Ayaqlara hündür vəziyyət verməklə, soyuq kompress etmək və reseptsiz satılan ağrıkəsicilər içməklə ağrını bir qədər yüngülləşdirmək mümkündür. Lakin ağrı şiddətli olduqda, açıq yara və şişkinlik müşahidə edildikdə mütləq həkimə müraciət olunmalıdır.
Bir çox insanlar damar genişlənməsi ilə ayaq altında ağrılar arasında əlaqənin olmasından şübhələnirlər. Əslində isə onların heç bir bağlılığı yoxdur.
Xəstələrə tövsiyələr
- Müayinə zamanı yastıpəncəlik diaqnozu təsdiqləndikdə ortopedik ayaqqabı geyinmək tövsiyə olunur.
- Yay aylarında ot üzərində yalın ayaqla gəzmək çox faydalıdır.
- İstirahət saatlarında ayaqların hündürə qaldırılması qan dövranını yaxşılaşdırır.
- Qadınlara daban hissəsi 5 sm-dən artıq olmayan, düzgün anatomik formalı ayaqqabılardan istifadə etmək məsləhət görülür.
Salam ,cox xais edirem nomre vererdiz de gelim hekime
Salam. 055 373 22 11
ayagimda dizden asagi hissesi cox agrayir.ayagin aitinda yanmis kimi agrilar olur bu ne ile elaqeli ola bilir?
Salam. Həmin hissədə qabarıq venoz düyünlər var?