Varikoz damar cərrahiyyəsi
Varikoz damar cərrahiyyəsi – Müasir və Effektiv Müalicə Yolu
Varikoz damar cərrahiyyəsi ilə əsasən damar cərrahları və fleboloqlar məşğul olurlar. Bu xəstəliyin düzgün diaqnostikası üçün həm klinik (xəstəyə baxış), həm də instrumental (USM Doppler, fleboqrafiya) müayinələr əsas götürülür.
Varikoz damar genişlənməsi CEAR2 mərhələsindən etibarən yalnız varikoz damar cərrahiyyəsi yolu ilə müalicə oluna bilər. Əməliyyatın erkən mərhələdə aparılması, uğurlu nəticələrin əldə olunmasına zəmin yaradır.
Varikoz damar cərrahiyyəsi nə zaman vacib olur?
Varikoz damar cərrahiyyəsi aşağıdakı hallarda qaçılmaz olur:
-
Aşağı ətraflarda venoz qanın geri axması (refluks)
-
Venoz trofiki xoraların sağalmaması
-
Genişlənmiş dərialtı venaların mövcudluğu
-
Yorğunluq, ağırlıq və ödemlə müşayiət olunan varikoz
-
Səthi damar trombu (tromboflebit) halları
Varikoz damar cərrahiyyəsi sonrası qan axını necə davam edir?
Ən çox verilən suallardan biri – varikoz damar cərrahiyyəsi sonrası qan hansı damarlar vasitəsilə axır? Əməliyyat zamanı yalnız “xəstə”, köməkçi dərialtı venalar çıxarılır və bu damarlar ümumi qan axınının sadəcə 10%-ni təşkil edir. Qalan 90% isə sağlam dərin venalar və kommunikant damarlar vasitəsilə təmin olunur. Bu da əməliyyatdan sonra qan dövranının normal davam etməsinə imkan verir.
Hansı varikoz damar cərrahiyyəsi üsulları mövcuddur?
Varikoz damar cərrahiyyəsi sahəsində bu gün bir neçə metod geniş şəkildə tətbiq edilir:
1. Ənənəvi cərrahi üsullar:
Bu metod ümumi və ya regional anesteziya altında icra olunur. Əməliyyatdan sonra pasiyent bir gün klinik nəzarətdə saxlanılır.
2. Miniinvaziv cərrahi metodlar:
Bu texnikalarda (lazer və ya radiofrekans ablasiya) varikoz damar heç bir kəsik olmadan, termal üsulla bağlanılır. Prosedur demək olar ki, ağrısız keçir, pasiyent bir saat sonra evə buraxılır.
3. Flebektomiya:
İki mərhələli bu üsulda varikoz damarlar cərrahi alətlərlə çıxarılır. Əsas mərhələ olan krossektomiya zamanı damar bağlanaraq kəsilir.
4. Miniflebektomiya:
Kəsik əvəzinə dəridə kiçik dəliklər açılır və damarlar xüsusi qarmaq vasitəsilə çıxarılır. Estetik baxımdan üstünlük verir.
5. Qısa strippinq:
Yalnız genişlənmiş damar seqmenti çıxarılır. Kiçik dəliklərlə icra olunduğundan kosmetik effekt yüksək olur.
6. Endovenoz termal ablasiya:
Bu metodlara Endovenoz lazer ablasiya və radiofrekans ablasiya daxildir. Hər ikisi narkozsuz, kəsiksiz, yüksək estetik nəticələrlə həyata keçirilir.
Varikoz damar cərrahiyyəsi sonrası nə vacibdir?
Əməliyyatdan sonra pasiyentlərə müalicə effektini artırmaq üçün elastik damar corabları və flebotrop preparatlar təyin olunur. Bu, varikozun təkrarlanmasının qarşısını almağa kömək edir.
Varikoz damar cərrahiyyəsi effektiv nəticələr versə də, xəstəlik tam yox olmur və residiv riski qalır. Məhz buna görə də bizim klinikamızda varikoz damar cərrahiyyəsi keçirmiş pasiyentlər üçün 5 il ərzində hər il pulsuz kontrol müayinəsi və təkrar müalicə təmin edilir.