Skleroterapiya üsulu
Skleroterapiya üsulu ilə varikozun estetik və təhlükəsiz müalicəsi
Skleroterapiya üsulu, xırda və orta ölçülü varikoz damarların, xüsusilə də kapilyar səviyyədə olan damar genişlənmələrinin effektiv və qeyri-invaziv müalicə metodudur. Bu üsul, damar daxilinə xüsusi preparatın – sklerozant maddənin nazik iynə vasitəsilə yeridilməsi ilə həyata keçirilir. Preparat damarın divarını “yapışdırır” və damar zamanla sorularaq yox olur. Bu da dəridəki xoşagəlməz damar görüntülərinin azalmasına və ya tamamilə aradan qalxmasına səbəb olur.
Skleroterapiya üsulu nə üçün tətbiq olunur?
Bu müalicə forması əsasən estetik narahatlıqlar, “damar ulduzcuqları” və nazik səthi damarların aradan qaldırılması üçün seçilir. Dərinin alt qatında yerləşən retikulyar və kapilyar damarlar skleroterapiya üsulu ilə daha effektiv müalicə olunur. Prosedur dəridə heç bir iz buraxmadan, tikiş və kəsik olmadan aparılır, bu da onu digər metodlardan fərqləndirir.
Skleroterapiya müalicəsi necə aparılır?
Əvvəlcə pasiyent fleboloq tərəfindən ətraflı konsultasiyadan keçirilir. USM Doppler müayinəsi ilə damarların vəziyyəti dəyərləndirilir. Əgər dərin venalarda problem yoxdursa, skleroterapiya üsulu seçilir. Müalicə zamanı nazik iynələrlə preparat problemli damarların içinə yeridilir. Prosedur zamanı pasiyent minimal narahatlıq hiss edir – bu hiss, adətən, ağcaqanad sancmasına bənzəyir.
Müalicə seanslarla həyata keçirilir və hər seans təxminən 15-60 dəqiqə davam edir. Daha geniş damarlar üçün köpük formasında tətbiq olunan “foam-form skleroterapiya üsulu” seçilə bilər. Bu zaman sklerozant maddə hava ilə qarışdırılaraq köpük halında damara yeridilir, bu da dərmanın damarla daha sıx təmasda olmasına və daha yaxşı nəticələr əldə olunmasına imkan yaradır.
Skleroterapiya üsulunun üstünlükləri:
-
Prosedur anesteziyasız və ağrısızdır
-
Tikiş, kəsik və çapıq izləri yoxdur
-
Ambulator şəkildə həyata keçirilir – hospitalizasiya tələb olunmur
-
İş qabiliyyətini itirmədən gündəlik həyata qayıdış
-
Estetik görünüşdə nəzərəçarpacaq yaxşılaşma
-
Soyuq mövsümlərdə aparılması daha məqsədəuyğundur
Skleroterapiya sonrası pasiyentə elastik kompress corab geyinmək tövsiyə olunur və gündəlik gəzinti mütləq sayılır.
Əgər siz də ayaqlarınızdakı nazik damar genişlənmələrindən narahatsınızsa və qeyri-cərrahi yolla müalicə axtarırsınızsa, skleroterapiya üsulu sizin üçün ideal seçim ola bilər.