Trombun təbii yolla müalicəsi

Varikoz xəstəliyi
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
16410
Müəllif
Paylaşılıb
10 Oktyabr 2019

Trombozdan əziyyət çəkən bir sıra insanlar bu xəstəliyin təbii yolla müalicəsi ilə maraqlanırlar. Xalq təbabətində olan reseptlərin əksəriyyəti trombların qarşısının alınmasına və əriməsinə kömək edir.

Trombun təbii yolla müalicəsi – əsas prinsiplər

Qan laxtasının inkişaf mərhələsi və yerləşdiyi yerdən asılı olmayaraq, aşağıdakı qaydalara əməl etdikdə trombun müalicəsi müsbət nəticə verir:

  • Gündəlik rasiondan qanın laxtalanmasını artıran məhsulları (qoz, banan, qırmızı üzüm, hisə verilmiş ərzaqlar və kolbasa) çıxarmaq;
  • Tromb kütlələrinin toplanmasına səbəb olan xolesterin tərkibli qidaların (yağlı və qızardılmış yeməklər, kərə yağı, yumurta, yüksək yağlılığıa malik süd məhsulları) qəbulunu məhdudlaşdırılmaq;
  • Zərərli vərdişlərdən (siqaret, spirtli içki) imtina etmək;
  • Piylənmə ilə mübarizə aparmaq və aktiv həyat tərzi sürmək;
  • Mütəmadi şəkildə həkimə müraciət edib, damarların vəziyyətini yoxlamaq.

Bundan əlavə gündəlik olaraq, 1-2 xörək qaşıq rafinə olunmamış bitki yağı, 1 xörək qaşığı bal və 1 diş sarımsaq qəbul etmək məsləhətdir. Bu, damarlar üçün təmizləyici pəhriz sayılır.

Trombun təbii yolla müalicəsi foto

Trombun təbii yolla müalicəsi – bitki dəmləmələri

Xalq təbabətində müalicəvi bitkilərdən hazırlanılan müxtəlif reseptlər vardır. Trombu əritməyə qadir olan ən məşhur bitki – gicitkandır. Bu otun özəlliyi ondan ibarətdir ki, o, hər yerdə bitir və xüsusi qulluq tələb etmir. Gicitkandan müalicəvi qarışıq hazırlamaq üçün onun yarpaqlarını xırdalayıb, üzərinə qaynar su tökülür. 1 saat saxladıqdan sonra süzüb, gün ərzində bir neçə qurtum içmək tövsiyə edilir.

Fitoterapevtlərin məsləhət gördüyü digər bitki nanədir. Bu ot nəinki qan laxtalarının profilaktikasında, həm də kiçik ölçülü trombların əriməsində iştirak edir.

Hazırlanma qaydası çox sadədir. 1 çay qaşığı xırda doğranılmış nanə 1 stakan suda dəmlənilir. Soyudulur, süzülür və səhər saatlarında yeməkdən əvvəl içilir. Müalicə kursu 2 aydan az olmamalıdır.

Trombun təbii yolla müalicəsi – bir neçə bitkinin qarışığı

Növbəti müalicəvi qarışıq boymadərən (tisyaçelistnik), solmazçiçəyi (bessmertnik), palıd qabığı (kora duba), ağcaqayın (beryoza) yarpaqları, mərcangilə (brusnika) əsasında hazırlanılır. Bütün inqrediyentlər eyni nisbətdə götürülür. Üzərinə qaynar su tökülüb, 5 saat saxlanılır. 1 stakan su üçün 1 xörək qaşığı ot qarışığının istifadəsi kifayətdir. Dəmləməni süzdükdən sonra gün ərzində 100 ml olmaqla 3 dəfə içilir. Bu yolla trombun yaranma ehtimalı və qanın qatılığı azaldılır.

Damarların təmizlənməsinə və trombun əriməsinə kömək edən digər resept nanə, bədrənc (melissa), adaçayı (şalfey) və şam ağacının cavan qozalarından hazırlanılır: bütün komponentləri bir yerə toplayıb, həmin qaba qaynar su tökülür. Dəmlədikdən sonra gün ərzində kiçik qurtumlarla qəbul edilir. Müalicəni 1 ay apardıqdan sonra mütləq fasilə verilməlidir.

Trombun təbii yolla müalicəsi foto 1

Trombun təbii yolla müalicəsi – giləmeyvələr

Trombozun müalicəsində nəinki bitkilər, həm də bəzi giləmeyvələrdən istifadə edilir. Məsələn, qara qarağat qanın qatılığını tənzimləyir. Onu həm təbii halda, həm də qurudulmuş meyvələrindən çay hazırlayıb qəbul etmək olar. Trombun əridilməsində göyəm də faydalıdır.

Trombun təbii yolla müalicəsi – bal

Arıçılıq məhsullarının, o cümlədən balın müalicəvi xüsusiyyətləri hər kəsə məlumdur. Baldan hazırlanan vasitələr trombun qarşısını almaqla yanaşı, həmçinin orqanizmin ümumi müqavimətini qaldırır. Bu məqsədlə 1 stakan bala eyni miqdarda soğan suyu əlavə edilir. Qarışdırılır, isti yerdə bir neçə gün saxlanılır. Hər dəfə yemək qəbulundan əvvəl 1 qaşıq qəbul edilir.

1 ay ərzində hər səhər balla çuğundur şirəsinin qarışığı da tromb əleyhinə effektiv vasitədir.

Əslində xalq təbabətinin effektivliyi inkar edilməsə də, trombun təbii yolla müalicəsi ilə məşğul olmazdan əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər
Bu yazıya ərh yazılıb
  1. Salam. Uşağın 16 yaşı var. Ayaqlarda tromb var. Dizdən aşağı ayaqları şişib, keyləşib. Ayaq barmaqları göyərib.
    D-dimer, fibrinogen, protorombin zamanı yüksəkdir. Bunun müalicəsi varmı? varsa necə əlaqə saxlaya bilərik? hansı klinika?
    çox sağolun

  2. Doxtur menim urey damar xesteliyim var tromblaşma baş verir ve özümü pis hiss edirem hekimler əməliyyat meslehet görürler ama əməliyyat riskli olduğundan istəmirəm 54 yaşım var sizcə bu halda sizin dediyiniz kimi tebii üsulla tromblaşmanin riskini ne qeder azalda bilerem. Xahiş edirəm cavab yazardız, məlumatınıza görede ayrica minnətdarlığımı bildirirəm

  3. Doktor salam.mən yuxarı təzyiqli xəstəyə.təzyiüim 200 yuxarı olur.45yaşım var.17 yaşından 200den yuxarı təzyiqli gedirəm.10 ildən artıqdır ürəkdən əziyyət çəkirəm.üreyimə oksigen çatmır.urek işemiyasıdı məndə
    Son 4-5qydı sinəmdə göynəmə olur.yatanda hiss edirəm sinəm ağırlaşır
    Nəfəs almaqda çətinlik çəkirəm.sinəm çox göynədir məni.6 atdı ki ayaqlarında şişmə olur
    Əvvəllər belə olmurdu.Doktor xahiş edirəm bir məsləhət verin mənə dinə görməməsinə nə edim mən. Işsizem.xestəxanaya getməyə imkanım yoxdu
    4 sydı ışsizem. Ona görə imkanlaşdıra bilmirəm həkimə gedim.bir məsləhət verin mənə.sinə görməməsi incidir məni. Azalır ki üreyim yardım.səhəri diri gözlü açıram.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir