Ayaq damar hekimi

Varikoz müalicəsi
Müəllif
Müəllif
Müəllif
Oxuma vaxtı
4 dəq
Müəllif
Oxunma sayı
545
Müəllif
Paylaşılıb
15 May 2025

Ayaq damar hekimi — aşağı ətraf damar sağlamlığınızın keşiyində duran mütəxəssis

Ayaq damar hekimi, aşağı ətraf venalarının xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası ilə məşğul olan təcrübəli mütəxəssisdir. Xüsusilə ayaq damarlarında genişlənmə, qan dövranı pozğunluğu və venoz çatışmazlıq kimi hallarla mübarizə aparan bu həkimlər həm qadın, həm də kişilərdə geniş yayılan damar problemlərinin əsas səbəblərini araşdıraraq effektiv həll yolları təqdim edirlər.


Ayaq damar hekimi hansı damar xəstəliklərini müalicə edir?

Bu sahədə çalışan mütəxəssislər yalnız varikozla deyil, eyni zamanda tromboflebit, dərin venaların trombozu, flebit, trofiki xoraxroniki venoz çatışmazlıq kimi ciddi damar pozuntularını da müalicə edirlər. Xəstəliyin mərhələsindən asılı olaraq fərqli yanaşmalar və fərdi müalicə planları hazırlanır. Ayaq damar hekimi hər bir xəstəyə fərdi yanaşaraq, damarların funksional vəziyyətini bərpa etməyə yönəlmiş effektiv tədbirlər görür.


Bu əlamətləri hiss edirsinizsə, ayaq damar hekimi qəbuluna yazılın

Əgər aşağı ətraflarda kapilyar torların yaranması, şişkin və düyünlü damarların görünməsi, baldır nahiyəsində daimi şişkinlik və ağrılar, gecələr isə əzələ qıcolmaları kimi əlamətlər hiss olunursa, vaxt itirmədən ayaq damar hekimi ilə görüş təyin etmək lazımdır. Bu simptomlar varikozun ilkin mərhələləri ola bilər və erkən müdaxilə fəsadların qarşısını ala bilər.

damar-hekimi


Ayaq damarlarının diaqnostikasında Doppler müayinəsi

Ən doğru diaqnozun qoyulması üçün rəngli Doppler müayinəsi aparılır. Bu üsul sayəsində damarların keçiriciliyi, qan axınının sürəti və dərin venaların vəziyyəti ətraflı şəkildə analiz olunur. Ayaq damar hekimi, bu nəticələrə əsaslanaraq pasiyentə ən uyğun müalicə planını təyin edir.

Əgər damarlar nazik və səthi kapilyarlarla məhdudlaşırsa, Skleroterapiya və ya Kriolazer prosedurları kimi qeyri-invaziv metodlar tövsiyə edilir. Bu prosedurlar estetik cəhətdən də effektlidir və ambulator şəkildə icra olunur.


İrəliləmiş ayaq damar xəstəliklərində müasir lazer texnologiyaları

Xəstəlik ağırlaşdıqda və damarlar artıq qabarmış, funksiyasını itirmiş vəziyyətdədirsə, yeganə çıxış yolu lazer əməliyyatlarıdır. Ənənəvi əməliyyatlardan fərqli olaraq, bu gün ayaq damar hekimi müasir, kəsiksiz, narkozsuz və minimal invaziv üsullardan istifadə edərək problemi tam aradan qaldıra bilir. Əməliyyat sonrası pasiyentlər dərhal normal həyat tərzinə qayıdır, yataq rejiminə ehtiyac qalmır.


Ayaq damar hekimi nəyi tövsiyə edir?

Damar sağlamlığını qorumaq üçün ayaq damar hekimi aşağıdakı profilaktik tədbirləri məsləhət görür:

  • Fiziki aktivliyinizi artırın, oturaq həyat tərzindən uzaq olun

  • Dar geyimlər və hündürdaban ayaqqabılardan çəkinin

  • Rasionunuza meyvə və tərəvəzləri daxil edin

  • Ayaqüstü işlə məşğulsunuzsa və ya tez-tez səyahət edirsinizsə, varikoz corablarından istifadə edin

Ən vacibi isə odur ki, varikozun evdə müalicəsi ilə məşğul olmaq əvəzinə, problemin həllini peşəkar həkimə həvalə edin.


Sağlam damarlar üçün düzgün seçim — ayaq damar hekimi

Unutmayın, ayaq damar hekimi yalnız mövcud xəstəliyin müalicəsi ilə deyil, eyni zamanda damar sağlamlığınızın uzunmüddətli qorunması üçün də önəmli rol oynayır. Hər hansı əlamət hiss etdikdə vaxtında mütəxəssisə müraciət etməklə daha sağlam və fəal bir həyata qovuşmaq mümkündür.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir