Damar partlamasi niyə əmələ gəlir?

Varikoz xəstəliyi
Müəllif
Müəllif
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
224
Müəllif
Paylaşılıb
26 May 2025

Damar partlamasi niyə əmələ gəlir?

Əksər insanlarda üz, bədən və xüsusilə də ayaq nahiyəsində rast gəlinən damar partlamasi problemi çox yayılmış bir haldır. Bəs bu nədir? İnsanların dərisində müşahidə edilən damar ulduzcuqları əslində kapilyar damarların genişlənməsi nəticəsində yaranır. Bu görüntülər ilk baxışdan yalnız estetik narahatlıq kimi görünsə də, əslində daha ciddi sağlamlıq problemlərinin göstəricisi ola bilər.

Ayaqlarda görünən göyümtül damar ulduzcuqları çox zaman venoz sistemdə baş verən pozğunluqlardan xəbər verir. Damar partlamasi təkcə xarici görünüşə təsir etmir, həm də müxtəlif daxili xəstəliklərin əlaməti ola bilər.

Damar partlamasina səbəb ola biləcək faktorlar:

  • Alt ətraflarda venoz qanın yığılması, xüsusilə də varikoz xəstəliyi;

  • Hormonal sistemdəki pozuntular – endokrin və ginekoloji xəstəliklər;

  • Hamiləlik dövrü və abortlar sonrası hormonal dəyişikliklər;

  • Xroniki venoz çatışmazlıq sindromu;

  • Klimaks dövrü, uşaqlıq mioması, yumurtalıq kistası kimi ginekoloji problemlər;

  • Ürək və damar sisteminin disfunksiyası;

  • Qaraciyərdə maddələr mübadiləsinin pozulması;

  • C vitamini çatışmazlığı – damarların divarının zəifləməsinə səbəb olur;

  • Birləşdirici toxumanın doğuşdan gələn zəifliyi.

Xüsusilə hamiləlik zamanı damar ulduzcuqlarının yaranması hormon səviyyəsindəki dəyişikliklər – estrogenin artması ilə izah edilir.


Varikozla əlaqəli damar partlamasi necə inkişaf edir?

Ayaqda meydana gələn damar partlamasi, kapilyar səviyyəsində qan durğunluğunun bir nəticəsidir və çox hallarda bu vəziyyət venoz genişlənmə ilə əlaqələndirilir. Çoxları hesab edir ki, varikoz yalnız böyük damarları əhatə edir. Bu düzgün fikir deyil!

Varikoz xəstəliyi bəzən yalnız böyük venalarda deyil, eyni zamanda kapilyar səviyyəsində də baş verə bilər. Əgər bu mərhələdə müdaxilə olunmazsa, qısa müddət ərzində damar ulduzcuqlarına başqa əlamətlər də əlavə olunur.

Venaların elastikliyi və qapaq sistemi zəiflədikcə damar divarları genişlənməyə başlayır. Bu isə həmin nahiyədə qan dövranının pozulmasına və təzyiqin artmasına səbəb olur. Damar partlamasi kapilyar səviyyəsində də məhz bu mexanizmlə yaranır.

Əgər xəstəlik bu mərhələdə nəzarətsiz qalarsa, təzyiq getdikcə artır və damarların divarı daha da zəifləyir. Bu zaman qan damar divarını keçərək ətraf toxumalarda yığılır və bu da öz növbəsində dəridə göyərmə, ödem, qaşınma, quruluq və ağrı ilə müşahidə olunur.

Qeyd etmək lazımdır ki, damar partlamasi təkcə gözəllik problemi deyil, eyni zamanda ciddi bir damar patologiyasının ilk xəbərçisi ola bilər.


Damar partlamasi ilə necə davranmalı?

Bu kimi problemlər mütləq damar üzrə ixtisaslaşmış həkim – fleboloq tərəfindən dəyərləndirilməlidir. Mütəxəssis ilkin baxışdan sonra damarların vəziyyətini, diametrini və qan axınının sürətini təyin etmək üçün Doppler ultrasəs müayinəsinə yönləndirə bilər. Bəzən digər orqanlarda problemləri istisna etmək məqsədilə əlavə müayinələr də aparılır.

Kapilyar səviyyəsində olan damar partlamasi hallarında müalicə dərman preparatları və ya minimal invaziv prosedurlar – məsələn, Skleroterapiya vasitəsilə həyata keçirilə bilər.

Venoz qanaxma

Qan dövranının normallaşdırılması üçün xəstəyə venotonik preparatlar, yerli təsirli gel və mazlar təyin edilə bilər. Məşhur preparatlar sırasına Detralex, Trokserutin, Lioton, Varikosette və Troksevazin daxildir. Bu vasitələr həm simptomların aradan qaldırılmasına, həm də damar divarının möhkəmləndirilməsinə kömək edir.

Əlavə olaraq, damar partlamasi probleminin qarşısını almaq üçün aktiv həyat tərzi, düzgün qidalanma, bədən çəkisinin normada saxlanılması və damar sağlamlığı üçün nəzərdə tutulmuş məşqlər mütləq şəkildə tövsiyə olunur.

Əgər dərinizdə damar partlamasi müşahidə edirsinizsə, bu əlaməti yalnız kosmetik problem kimi qəbul etməyin. Çünki bu hal altında ciddi damar patologiyaları gizlənə bilər.

Bu səbəbdən, vaxt itirmədən fleboloq mütəxəssisinə müraciət etməyiniz və Rəngli Doppler müayinəsi etdirməyiniz tövsiyə olunur. Bu müayinə sayəsində damarlarınızın vəziyyəti tam dəqiqliklə müəyyən ediləcək və düzgün müalicə planı hazırlanacaq.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir