Varikoz emeliyyati — effektiv müalicə üsulları

Varikoz müalicəsi
Müəllif
Müəllif
Müəllif
Oxuma vaxtı
5 dəq
Müəllif
Oxunma sayı
259
Müəllif
Paylaşılıb
22 May 2025

Varikoz emeliyyati — effektiv müalicə üsulları

Mərkəzimizdə varikoz emeliyyati yüksək peşəkarlıqla və ən müasir texnologiyalar əsasında həyata keçirilir. Varikoz xəstəliyindən tamamilə azad olmaq üçün fərqli metodlar kompleks şəkildə tətbiq olunur ki, bu da ən yaxşı nəticələrin əldə edilməsini təmin edir.

Varikozdan xilas olmaq üçün tətbiq olunan əsas prosedurlar aşağıdakılardır:

  • Radiofrekans ablasiya

  • Endovenoz lazer ablasiya

  • «PİN stripping» üsulu ilə flebektomiya

  • Miniflebektomiya

  • Exoskleroterapiya


1. Endovenoz Lazer Ablasiya — Müasir və effektiv varikoz emeliyyati

Endovenoz lazer ablasiya, yüksək kosmetik effekt və minimal travma ilə seçilən ən müasir varikoz emeliyyati metodlarından biridir.

Bu əməliyyat tamamilə kəsiksiz, tikişsiz, narkozsuz, ağrısız və xəstəxanada yatma tələb etmədən həyata keçirilir. Əməliyyatdan sonra bir gün ərzində normal həyatınıza davam edə bilərsiniz.

Endovenoz lazer emeliyyati necə aparılır?

Birinci mərhələ:
Xüsusi angiokateter vasitəsilə zədələnmiş varikoz damarına fiber (lazer şüası ötürücü lif) yerləşdirilir. Damarın divarına termiki təsir göstərilərək damar yandırılır və 6-12 ay ərzində bu damar sorularaq yox olur.

İkinci mərhələ:
Dəri səthində görünən kiçik damarlar 1-2 mm-lik dəlikdən miniflebektomiya üsulu ilə xüsusi alətlər vasitəsilə çıxarılır.

Bu varikoz emeliyyati metodunun üstünlükləri:

  • Ağrısız və kəsiksiz

  • Narkoz tələb olunmur

  • Xəstəxanada qalma zərurəti yoxdur

  • Əmək qabiliyyətinin tez bərpası

  • Tam ultrasəs nəzarəti altında aparılır

  • Almaniya istehsalı 1470 nm-lik Biolitek cihazından istifadə edilir

Ənənəvi cərrahi üsullarla müqayisədə bu metodun ağırlaşma riski çox aşağıdır və kosmetik nəticələri daha mükəmməldir.


2. Radiofrekans Ablasiya — Təhlükəsiz və səmərəli varikoz emeliyyati

Radiofrekans ablasiya müasir texnologiya əsasında aparılan, yüksək dəqiqlik və təhlükəsizlik təmin edən varikoz emeliyyati növüdür. ABŞ istehsalı olan COVİDEN cihazı ilə icra olunur.

Bu prosedurun ən böyük üstünlüyü ondan ibarətdir ki, cihaz temperaturu avtomatik tənzimləyir, bu da ətraf toxumaların zədələnmə riskini minimuma endirir. Əməliyyat bir ayaq üçün 30-60 dəqiqə davam edir.

Əməliyyat sonrası xəstə 1 saat müşahidə olunur və evə buraxılır.

Radiofrekans ablaziyanın əsas üstünlükləri:

  • Yüksək dəqiqlik və effektivlik

  • Ətraf toxumalara zərər verməməsi

  • Yerli anesteziya ilə aparılması

  • Yüksək kosmetik nəticə

  • Ambulator şəraitdə həyata keçirilməsi

  • Reabilitasiya tələb olunmaması

Bu metod sayəsində varikoz emeliyyati həm rahat, həm də təhlükəsiz olur.


3. “PİN Stripping” üsulu ilə Flebektomiya — Açıq varikoz emeliyyati

“PİN stripping” üsulu xüsusi alət olan “PİN STRİPPER” vasitəsilə varikoz damarının açıq üsulla çıxarılmasına əsaslanan varikoz emeliyyati növüdür. Bu metod damarların invaginasiyası — yəni “corab” kimi çevrilərək çıxarılması prinsipinə əsaslanır ki, bu da toxumalara zərəri minimuma endirir.

Bu üsul aşağıdakı hallarda məsləhət görülür:

  • Venoz damarların çox qıvrımşəkilli olması

  • Damar diametrinin 2 sm-dən böyük olması

Əməliyyatdan sonra ağrı minimal olur və reabilitasiya dövrü nisbətən qısa keçir.


4. Exoskleroterapiya — Varikoz damarların bağlanması üçün qeyri-cərrahi varikoz emeliyyati

Exoskleroterapiya iri ölçülü və görünən damarların müalicəsində tətbiq olunan, ağrısız və qeyri-travmatik varikoz emeliyyati metodudur. Prosedur xüsusi sklerozlaşdırıcı preparatın damar daxilinə inyeksiyası ilə damar divarlarının yapışmasına səbəb olur.

Prosedur tam ultrasəs nəzarəti altında icra edilir və həmçinin gözlə görünməyən kiçik damarların bağlanması və residivlərin qarşısının alınması üçün də istifadə olunur.

Exoskleroterapiya ambulator şəraitdə aparılır və əməliyyatdan sonra 3-4 həftə elastik corab geyinmək zəruridir.


Varikozdan tam azad olmaq üçün fleboloqa müraciət edin

Varikoz xəstəliyinin düzgün diaqnozu və effektiv müalicəsi üçün mütləq təcrübəli fleboloqa müraciət etmək vacibdir. Həkim ayaq damarlarının vəziyyətini ultrasəs müayinəsi (Doppler) vasitəsilə diqqətlə yoxlayır, damarların elastikliyi, qan dövranı və varikozun dərəcəsini təyin edir. Bu diaqnostika nəticəsində sizin üçün ən uyğun varikoz emeliyyati metodu seçilir və fərdi müalicə planı hazırlanır.

Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir