Skleroterapiya proseduru

Varikoz müalicəsi
Müəllif
Müəllif
Müəllif
Oxuma vaxtı
7 dəq
Müəllif
Oxunma sayı
149
Müəllif
Paylaşılıb
23 May 2025

Skleroterapiya proseduru nədir və kimlər üçün tövsiyə olunur?

Skleroterapiya proseduru – bu, xüsusi sklerozlaşdırıcı preparatın birbaşa venanın içinə enjekte olunması yolu ilə damar divarlarının yapışmasını və sonradan sorularaq tamamilə yox olmasını təmin edən müasir, minimal invaziv bir müalicə metodudur. Bu metodda istifadə olunan inyeksiyalar çox incə, ultranazik iynələrlə tətbiq edilir ki, bu da prosedurun ağrısız və komfortlu keçməsini təmin edir. Skleroterapiya proseduru daha çox xırda və orta ölçülü damar problemlərində, xüsusilə də kosmetik və funksional məqsədlərlə geniş istifadə olunur.


Skleroterapiya prosedurunun üstünlükləri

Bu prosedurun ən böyük üstünlüyü onun yüksək təhlükəsizliyidir: ətrafdakı sağlam toxumalara heç bir zərər vermədən, yalnız təsir olunacaq damara yönəldilmiş preparatın tətbiq olunması ilə həyata keçirilir. Skleroterapiya proseduru ilə “damar ulduzcuqları” və retikulyar venalar kimi kiçik damar qüsurları effektiv şəkildə aradan qaldırılır. Əlavə olaraq, prosedurdan sonra dəridə heç bir çapıq, iz və ya kəsik qalmır, yəni kosmetik görünüş tamamilə qorunur. Üstəlik, hospitalizasiya tələb olunmur, prosedur tez və ambulant şəkildə həyata keçirilir, anesteziya və ya ağrıkəsici dərmanlara ehtiyac olmur. Prosedurdan dərhal sonra isə normal həyat tərzinə qayıtmaq mümkündür, əmək qabiliyyəti itmir. Həmçinin, Skleroterapiya proseduru ilin bütün fəsillərində edilə bilər, lakin mütəxəssislər onu daha çox soyuq mövsümlərdə etməyi məsləhət görürlər, çünki bu zaman dəri daha az günəşə məruz qalır və nəticələr daha yaxşı olur.


Skleroterapiya proseduruna göstərişlər və əks-göstərişlər

Skleroterapiya proseduru aşağıdakı hallarda məsləhət görülür:

  • Teleangiektaziya – dəridə görünən xırda, qanla dolu damar şəbəkəsi;

  • Venoz düyünlər və kiçik damarların genişlənməsi;

  • Kuperoz – üz və bədənin digər hissələrində qırmızımtıl damar görünüşü;

  • Retikulyar damarlar – dəridə mavi və ya yaşıl rəngdə damarlar;

  • Lateral varikoz – daha böyük və yerli damar genişlənmələri.

Lakin Skleroterapiya proseduru hər kəs üçün uyğun deyil və bəzi hallarda icra olunmamalıdır:

  • Sklerozant preparatına qarşı allergik reaksiyalar və fərdi həssaslıq;

  • Hamiləlik və südvermə dövrü;

  • Ürək xəstəlikləri, xüsusilə də ciddi ürək qüsurları;

  • Prosedur sahəsində iltihabi, infeksion proseslərin mövcudluğu;

  • Tromboz və tromboflebit kimi damar iltihabları;

  • Aşağı ətraf arteriyalarının aterosklerozu;

  • Prosedur sahəsində dəri zədələnmələri və ya yara;

  • Damar qapaq çatışmazlığı ilə əlaqəli retikulyar venaların olması.


Skleroterapiya proseduruna hazırlıq

Prosedura başlamazdan əvvəl, həkimə hormonal dərmanlar, xüsusilə qan incəldici preparatlar barədə məlumat vermək vacibdir. Aspirin, ibuprofen, trental və digər iltihabəleyhinə dərmanlar ən azı 7 gün əvvəl dayandırılmalıdır, çünki onlar qanaxma riskini artırır və prosedur sonrası qançır (hematoma) yaranma ehtimalını yüksəldir. Prosedur müddətində epilyasiya, losyon və digər dəriyə qulluq vasitələrindən istifadə etmək tövsiyə edilmir. Həmçinin, Skleroterapiya proseduru öncəsi gigiyenik duş qəbul etmək və ayaqları antiseptik sabunla yumaq lazımdır. Prosedura rahat və geniş paltar geyinmək, aclıq vəziyyətində gəlmək (prosedura 1,5 saat qalmış yemək yeməmək) və iki gün əvvəl spirtli içkilərdən və siqaret məhsullarından uzaq durmaq da çox önəmlidir.


Prosedurun gedişi

Skleroterapiya proseduru öncəsi xəstə fleboloq tərəfindən tam konsultasiya olunur. Həkim anamnez alır, xəstənin şikayətlərini dinləyir və fiziki müayinə ilə yanaşı, USM doppler vasitəsilə ayaq damarlarının vəziyyətini dəqiqliklə qiymətləndirir. Beləliklə, varikoz və ya digər damar problemlərinin skleroterapiya üçün uyğun olub-olmaması müəyyən edilir. Əks göstərişlər yoxdursa, prosedur uzanıqlı vəziyyətdə həyata keçirilir. İnək ultrasinc iynələr istifadə edildiyindən ağrı demək olar ki, yoxdur, yalnız çox yüngül sancmalar ola bilər. Müalicə tamamlandıqdan sonra prosedur sahəsi elastik bant və ya xüsusi elastik corabla sarınır, bu da qan dövranının yaxşılaşmasına və damarın bağlanmasına kömək edir.


Prosedur sonrası qaydalar

Skleroterapiya prosedurundan sonra 20-30 dəqiqə piyada gəzmək məsləhət görülür. Prosedurda istifadə olunan sklerozantın tərkibində spirt olduğundan avtomobil idarə etmək tövsiyə edilmir. Hər gün 1-2 saat açıq havada gəzinti məsləhətlidir. Uzun müddət oturmaq və ya uzanmaqdan çəkinmək lazımdır. İlk 3-4 həftə isti vanna, sauna və digər istilik prosedurlarından uzaq durmaq vacibdir. Prosedurdan sonra 1-2 həftə elastik corab geyinmək tələb olunur. Fitnes və fiziki fəaliyyət ilk 3 gün qadağandır.


Prosedurun müddəti və seanslar

Skleroterapiya proseduru ümumilikdə 10-30 dəqiqə davam edir. Hər seansda, damar diametrindən asılı olaraq, 3-dən 10-a qədər inyeksiya vurulur. Prosedur adətən kurs şəklində aparılır və ən azı 3 gündən bir təkrarlanır. Kursun sayı xəstənin vəziyyətindən asılı olaraq dəyişir.


Skleroterapiya prosedurunun mümkün yan təsirləri və ağırlaşmaları

İnjeksiya yerində qaşınma və qıcıqlanma 2-3 saat ərzində itən ümumi hallardandır. Bəzən dəridə damar boyunca keçici tündləşmə müşahidə oluna bilər ki, bu da 5-8% hallarda görülür və bəzi hallarda piqmentasiya bir ilədək davam edə bilər. Dəri üzərində kiçik xoracaqlar 1% hallarda yaranır və 2-3 həftə ərzində sağalır. Allergik reaksiyalar çox nadir görülür və adətən digər dərmanlara qarşı allergiyası olanlarda müşahidə olunur. Sklerozantın təsirinə məruz qalmış damarlarda nadir hallarda ağrı yaranır, əsasən fiziki gərginlik zamanı, 3-10 gün ərzində itir. Bəzən metting adlanan qırmızı damar toru formalaşa bilər, lakin bu 2-3 həftə ərzində öz-özünə yox olur. Topuq ətrafında qısa müddətli ödem yalnız inyeksiya həmin nahiyəyə edildikdə meydana çıxır. Tromboz və tromboflebit isə çox nadir hallarda, 1000 pasiyentdən birində baş verir və müalicə ilə aradan qaldırılır. Yüksək dozada preparat verildikdə öskürək və keçici göz tütülməsi kimi simptomlar ortaya çıxa bilər.


Köpük skleroterapiya – Foam-form texnologiyası

Klinikamızda maye skleroterapiyadan əlavə olaraq köpük skleroterapiya üsulu da tətbiq olunur. Bu metodda sklerozlaşdırıcı preparat Tessari üsulu ilə köpük formasına çevrilir. Köpük preparatının üstünlüyü ondan ibarətdir ki, venoz damar divarına birbaşa və daha uzunmüddətli təsir göstərir. Bundan əlavə, köpük sklerozantın konsentrasiyası qorunur və qanla qarışma minimuma enir. Bu metodla damarların diametrindən asılı olmayaraq, daha böyük və müxtəlif ölçülü damarları bağlamaq mümkündür.


Qısa xülasə

Beləliklə, Skleroterapiya proseduru müasir, təhlükəsiz və effektiv damar müalicəsi metodudur. O, həm funksional, həm də estetik problemləri həll edir, həyat keyfiyyətini yüksəldir və minimal reabilitasiya müddəti tələb edir.


Bu yazını paylaş:
Yazını qiymətləndirin:
Şərhlər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir